Məhkəmə qərarları › İş №2(004)-260/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-260/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-260/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, İddiaçı Rafı̇ q oğlunun cavabdehlər "xxxx" BOKT ASC-yə və "xxxx" MMC-yə, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Abşeron rayon İcra Şöbəsinə qarşı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rafı̇ q oğlu cavabdehlər "xxxx" BOKT ASC-yə və "xxxx" MMC-yə, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Abşeron rayon İcra Şöbəsinə qarşı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113 kv.m ümumi.50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış sahəsi dair "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 13 avqust 2021 -ci il tarixli 249/21 saylı protokolu etibarsız hesab edilməsi və AR ƏMDK yanında DƏDRX tərəfindən Abşeron rayonu,Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış sahəsi dair "xxxx" BOKT ASC adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “FİNOKO" BOKT ASC ilə aralarında 31 may 2017-ci il tarixli 2017/00438-01 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası zamanı tərəfindən ödənişlərdə gecikmələr olmuş və buna görə də "xxxx" BOKT ASC ona qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli 2017/00438-01 saylı kredit müqaviləsinin ləğv edilməsi və ondan cəmi kredit borcuna görə 25012.92 ABŞ dolları borcun məhkəmə ekspertiza tətqiqatının dəyəri 600 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pulun tutulması, tələbin onun Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113 kv.m ümumi 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına cəmi 25012,92 ABŞ dolları borcun, məhkəmə ekspertiza tətqiqatının dəyəri 600 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun “FİNOKO" BOKT ASC ödənilməsi ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orda yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-87/21 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş. Ondan cəmi 14372.82 ABŞ dolları ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla eləcədə ödənilmiş dövlət rüsumların əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti və ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ona məxsus olan Abşeron rayonu.Xırdalan şəhəri.A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilmiş və əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC borc tələbi ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-87/21 saylı qətnaməsindən tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(103)-110/2022 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-87/21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan bilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-87/21 saylı qətnaməsinə əsasən icra vərəqəsi tərtib edilərək Abşeron Rayon İcra Şöbəsinə məhkəmə tərəfindən göndərilmişdir. Abşeron Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsinə dair şifariş edilmiş və hərracın keçirilməsi "xxxx" MMC həvalə edilmişdir. "xxxx" MMC tərəfindən hərraclar keçirilmiş və 13 avqust 2021-ci il tarixdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 249/21 saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113 kv.m ümumi, 50.2 kv.m yaşayış və 62.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış sahəsi "FİNOKO BOKT” ASC tərəfindən əldə edilmişdir. Onun yuxarıda qeyd etdiyi hərraclar barədə xəbəri olmamış, hərracın keçirilməsi barədə ona heç bir təşkilat tərəfindən rəsmi qaydada məlumat verilməmişdir. Belə olan halda hərracın yekun protokolu etibarsız sayılmalıdır. Cavabdeh "xxxx" BOKT ASC iddia tələbinə etirazla məhkəməyə müraciət edərək İddiaçı Rafı̇ q oğlunun cavabdehlər "xxxx" BOKT ASC-yə və "xxxx" MMC-yə, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Abşeron rayon İcra Şöbəsinə qarşı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiasının təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 BOKT ASC-yə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(004)-5455/2022 saylı mülki iş vardır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-2(113)- 87/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı cəmi 14.372,82 ABŞ dolları borcun tutulması və tutmanın İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömərli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 72.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün xx.xx.2021-ci il tarixində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Abşeron rayon İcra və Probasiya Şöbəsi ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC- yə xx.xx.2021-ci il tarixində sifariş məktubu göndərmişdir. Həmin əmlak iki dəfə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2021-ci il tarixli, 249/21 saylı protokola əsasən, Cavabdeh1 BOKT ASC tərəfindən 45900 manata əldə edilmişdir. xx.xx.2021-ci il tarixli, 249/21 saylı protokola və həmin tarixli müqaviləyə əsasən Cavabdeh1 BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən Çıxarış (qeydiyyat tarixi: xx.xx.2021-ci il, qeydiyyat tarixi: **********) almışdır. İddiaçı Raqif oğlu xx.xx.2021-ci il tarixində birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-İ406/2021 saylı qərardadı ilə apellyasiya şikayəti məhkəmənin icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-2(103)- 110/2022 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır: xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 1 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 72 000 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt zərfinin surətindən də göründüyü kimi, evdə heç kəs olmadığına görə sözügedən məktubu qəbul edən olmamışdır. “Market” qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021-ci il tarixində saat ll:00-da ünvan 1 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 72.000 manat olmaqla hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2020-ci il tarixində saat ll:00da ünvan 1 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 61200 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt zərfinin surətindən də göründüyü kimi, evdə heç kəs olmadığına görə sözügedən məktubu qəbul edən olmamışdır. “Həftə” qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2020-ci il tarixində saat 1:00-da ünvan 1 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 61200 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iş üzrə tərəflərin elektron kabinetinə əlavə edilmiş, qanuni hüquqi qüvvəyə mindikdən sonra isə icraya yönəldilmişdir. İcra vərəqəsi xx.xx.2021-ci il tarixində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Hərracın yekunlarına dair 249/21 saylı protokol və ipoteka predmetinin alqısatqısına dair müqavilə 13 avqust 2021-ci il tarixində bağlanılmışdır. Mülkiyyət hüquqlarına dair çıxarış isə xx.xx.2021-ci il tarixində alınmışdır. İddiaçı Raqif oğlu isə birinci instansiya məhkəməsinin qətnaməsindən xx.xx.2021-ci il tarixində apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icraya yönəldilərkən qanuni hüquqi qüvvəsini almışdır. İddiaçı isə hərrac prosesi tam yekunlaşandan 3 ay sonra məhkəməyə müraciət etmişdir. Qanunla hərrac təşkilatının hərracın keçirilməsi barədə bildirişi yalnız göndərmək və kütləvi informasiya vasitələrində elan vermək vəzifəsi vardır. Təqdim edilən sübutlardan da göründüyü kimi, cavabdeh qurum hər iki öhdəliyini qanunla müəyyən edilmiş qaydada həyata keçirmişdir. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Yekun olaraq bildirir ki, hərrac qanunvericiliyin tələblərinə tam riayət edilməklə keçirilmişdir. Odur ki, onun iddiası əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı Rafı̇ q oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron formada ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron formada ərizə ilə müraciət edərək məhkəməyə təqdim edilən etirazı müdafiə etdiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-87/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh 9001,16 ABŞ Dolları məbləğində əsas borc, 3990,46 ABŞ Dolları məbləğində faiz borcu, 1000 ABŞ Dolları məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 381,20 ABŞ Dolları məbləğində faizlərin, cəmi 14372,82 ABŞ Dolları, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla eləcə də, ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti və ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı Rafı̇ q oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömərli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilməsi, əmlak satışından əldə olunmuş vəsait hesabına "xxxx" BOKT ASC-nin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan mbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh İddiaçı Rafı̇ q oğluna qaytarılması, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 100 manat hissəsi isə cavabdeh İddiaçı Rafı̇ q oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilmməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 2(103)-110/2022 saylı qətnaməsinə əsasən İddiaçı Rafı̇ q oğlunun şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-87/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət İddiaçı Rafı̇ q oğlunun adına qeydə alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin 18 iyun 2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icrasına başlanmış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-87/2021 saylı icra sənədinə əsasən ilkin satış qiyməti 72000 manat dəyərində qiymətləndirilən Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömərli fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsini "BAKİ HƏRRAC MƏRKƏZİ” MMC-dən xahiş etmişlər və məktub "xxxx" BOKT ASC və İddiaçı Rafı̇ q oğluna göndərilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli MARKET HƏRRAC jurnalında dərc olunan "BAKİ HƏRRAC MƏRKƏZİ” MMC-nin elanlarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evi hərracda satılması üçün elan verilmişdir. "BAKİ HƏRRAC MƏRKƏZİ” MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Y-249/21 nömrəli, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-87/2021 saylı icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında İddiaçı Rafı̇ q oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömərli fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" BOKT ASC-yə 459000 manata satılmışdır. Hazırda İddiaçı Rafı̇ q oğlu hərracın və onun nəticələri haqqında protokolun etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hərrac keçirilərkən ona məlumat verilməməsi və məlumatının olmamasını bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir, yəni Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömərli fərdi yaşayış evinə hərrac keçirilməsi ilə bağlı "BAKİ HƏRRAC MƏRKƏZİ” MMC tərəfindən jurnalda elan edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Odur ki, İddiaçı Rafı̇ q oğlunun cavabdehlər "xxxx" BOKT ASC-yə və "xxxx" MMC-yə, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Abşeron rayon İcra Şöbəsinə qarşı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rafı̇ q oğlunun cavabdehlər "xxxx" BOKT ASC-yə və "xxxx" MMC-yə, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Abşeron rayon İcra Şöbəsinə qarşı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar