Məhkəmə qərarları › İş №2(004)-2608/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2608/2022

07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2608/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 644,71 (iki min altı yüz qırx dörd manat, 71 qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 47 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 10 iyul 2020-ci il tarixdə 3 Saylı Bakı "ASAN Xidmət" mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 1486 saylı akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından övladları yoxdur. Cavabdehlə aralarında olan rəsmi nikah formaldır. Hazırda o, anasının himayəsində yaşayır. Cavabdehlə birgə təsərrüfat aparmır. Aralarında olan nikah münasibətləri normal olmadığı üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 1486 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Onunla "xxxx" ASC-nin Xırdalan filialı arasında xx.xx.2020-ci il tarixdə CC/45428/77/23 nömrəli Kredit Sazişi bağlanılmışdır. Həmin müqaviləyə əsasən o, "xxxx" ASC-dən 36 ay müddətinə 4200 manat məbləğində kredit götürülmüşdür. Belə ki, həmin kredit məbləğini o, Cavabdeh təkidi ilə götürmüşdür. Belə ki, bizim nikahları xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. Onlar nikaha daxil olduqdan qısa müddət sonra Cavid avtomobilində yaranmış problemlərlə bağlı ona təcili şəkildə müəyyən məbləğdə pul lazım olduğunu, kredit onun adına açılsa da, o hər ay vaxtı-vaxtında pulu banka ödəyəcəyini bildirmişdir. O, etibar etdiyi üçün dediklərinə inanmış və öz adına kredit götürülməsinə razılıq vermişdir. Sonra onların arasında problemlər yaranmış və Cavid həmin borcdan bir manat da olsa banka ödənişlər etməmiş, o məcbur olub həmin borcu banka tam ödəmişdir. Belə ki, banka olan ödənişlərdə gecikmələr olduğu üçün 4200 manat məbləğində borc faiz ilə yüklü edilərək 5289,42 manat məbləğində müəyyən edilmişdir.Çünki həmin dövr pandemiya dövrünə düşüdüyü üçün onun maddi cəhətdən çətinlikləri olmuş və ona görə bank tərəfindən əsas məbləğin üzərinə faiz hesablanmışdır. Həmin pulun, yəni 5 289.42 manat pulun yarısı 2 644,71 manat Cavabdeh tutularaq ona ödənilməlidir. Baxmayaraq ki, həmin pulun tam hissəsi Cavid özü xərcləmiş və ona olan etibarından sui-istifadə edərək, onu borc ilə yüklü etmişdir. Həmin pul nikah dövründə əldə edildiyi üçün məhkəmə yolu ilə pulun yarı hissəsini cavabdehdən tələb edir. Cavabdeh nümayəndəsi X2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsindən öncə 2022-ci ilin yanvar ayında cavabdehə qarşı “birgə nikah dövründə ödənilmiş bank faiz pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş (2(004)-733/2022 nömrəli iş), xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhz həmin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, cavabdehlə birgə nikah dövründə "xxxx" ASC-nin Xırdalan filialına müraciət etmiş, bankdan 4200 manat aylıq 162,58 manat ödəməklə pul kredit xətti açılmış, eyni zamanda həmin 4200 manat hesabına İddiaçı əvvəlcədən (birgə nikaha daxil olmamışdan öncə) həmin bankdan götürdüyü kredit üzrə qalıq borcu - 1086 manat pul borcu da ödənilmiş və ona bank tərəfindən nağd qaydada 3 000 manat pul verilmişdir. Göründüyü kimi, iddiaçı ilkin iddia ərizəsində "xxxx" ASC-nin Xırdalan filialı ilə onun arasında bağlanan xx.xx.2020-ci il tarixli CC/45428/77/23 nömrəli Kredit Sazişi üzrə əldə etdiyi 4200 manat pulun bir hissəsinin, yəni 1086 manatın onunla bank arasında daha əvvəl bağlanan kredit müqaviləsi üzrə borc məbləğinə hesablandığını və xx.xx.2020-ci il tarixində bank tərəfindən ona 3000 manat məbləğin təqdim edildiyini etiraf etmişdir. Bundan başqa, iddiaçı qeyd edir ki, sözügedən xx.xx.2020-ci il tarixli kredit sazişi onunla cavabdehin birgə nikah dövründə əldə edildiyi üçün bütün borc məbləği tam yarı bölünməli və cavabdehən tutulmalıdır. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olsalar da, onların faktiki nikah münasibətləri xx.xx.2020-ci il tarixində başlamışdır. Yəni, iddiaçı xx.xx.2020-ci il tarixində bankdan kredit götürən zaman cavabdehlə faktiki nikah münasibətində deyildi. Həmin məbləğin cavabdehin təkidi ilə götürməsi məsələsi tamamilə əsassızdır. Belə ki, iddiaçı həmin kredit məbləğini şəxsi istehlak məqsədilə götürmüş (bu faktı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Kredit Sazişi də təsdiq edir), həmin məbləğin bir hissəsini əvvəlki kredit müqaviləsi üzrə borc öhdəliyinə sərf etmiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişdir. Buna görə də həmin məbləğin hər hansı hissəsinin cavabdehdən tələb edilməsi tamamilə əsassızdır. İddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərinə məhz xx.xx.2020-ci il tarixindən başlaması Yasamal Rayon Məhkəməsinin 2(004)-2425/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsində, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10029/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində və iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən 02 sentyabr 2021-ci il tarixli apellyasiya şikayətinin mətnində (iddiaçının öz dilindən) və digər məhkəmə aktlarında əks olunmuşdur. Xüsusilə də, iddiaçı “şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsinə dair cavabdehin ailə üzvlərinə qarşı qaldırdığı iddia üzrə iddia ərizəsində qeyd edir: “Bank of Baku ASC-nin Xırdalan filialından 4200 manat məbləğində pul götürdüm. Biz həmin ərəfədə Cavidlə ər-arvad kimi yaşamırdıq. Sadəcə rəsmi nikaha daxil olmuşduq”. İstinad edilən məhkəmə aktları (və iddiaçının ərizələri) və buna müvafiq qeyd edilən qanunvericilik norması onu sübut edir ki, iddiaçı xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nin Xırdalan filialından 4200 (dörd min iki yüz) manat məbləğində kredit götürəndə cavabdehlə faktiki nikah münasibətinə başlamamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankdan kredit götürərkən cavabdehlə rəsmi nikahda olsalar da, faktiki olaraq nikah münasibətlərində olmamış və bir yerdə yaşamamışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə işdə iştiak edən şəxslərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə X6 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 1486 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. xx.xx.2021-ci il tarixli AZ-İ № 380499 saylı tarixli şəhadətnaməyə əsasən Cavabdeh ilə X6 arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Tağızadə” soyadı verilmişdir. X6 ilə "xxxx" ASC arasında bağlanılmış 15 oktyabr 2020-ci il tarixli CC/4542/7723 nömrəli kredit sazişinə əsasən, bank tərəfindən X3 36 ay müddətinə illik 23 faiz ödənilməsi şərtilə 4200 manat məbləğində kredit verilmişdir. X3 aid hesabdan çıxarışdan və xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 15 oktyabr 2020ci il tarixli CC/4542/7723 nömrəli kredit sazişinə əsasən krediti tam şəkildə ödəmişdir. xx.xx.2021-ci il tarixli olan iddia ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə ödənilmiş bank faiz pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsində "xxxx" ASC-dən əvvəldən bağlanılmış kredit müqaviləsinə əsasən, 1086 manat borcu olduğunu, 4200 manat kedit məbləğindən həmin kredit borcunu ödədiyini və bank tərəfindən ona 3000 manat məbləğində pul verildiyini qeyd etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10029/2021 nömrəli qətnaməsindən görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına əsasən İddiaçı (İmranlı) Cavabdeh anasına məxsus evə xx.xx.2020-ci il tarixdə gəlin köçdüyü və xx.xx.2021-ci il tarixində faktiki olaraq ayrıldıqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycn Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq yaranmış öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Sözügedən öhdəliklərə görə ər-arvad münasibətlərinə xitam verilməsindən sonra, yaxud faktiki ayrı yaşadıqları dövrdə ödəniş etdiyini iddia edən tərəf, digər tərəfdən həmin ödəniş məbləğinin mütənasib hissəsini tələb etmək hüququna sahibdir. Lakin nəzərə alınmalıdır ki, “...ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hazırki halda, iddiaçı götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə və cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla iddiaçının bankdan kredit götürərkən cavabdehlə rəsmi nikah münasibətlərində olsalar da, faktiki olaraq nikah münasibətlərində olmadığı və birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş sənədlə iddiaçı tərəfindən götürülmüş kredit məbləğinin bir hissəsinin iddiaçının əvvəl götürdüyü kreditin ödənilməsinə sərf edildiyi müəyyən edilmişdir. Ona görə də, qeyd edilən borc birgə öhdəlik kimi qəbul edilə və iddiaçı tərəfindən ödənilmiş borcun yarısı cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir.. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar