Məhkəmə qərarları › İş №2(004)-2610/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2610/2022

23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2610/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(004)-3509/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 15 dekabr 2017-ci il tarixdə bağlanmış nikahın pozulması, 29 mart 2019cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması, 29 mart 2019-cu il təvəllüdlü X1 üçün 08 iyun 2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay 550 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Keçmiş əri Kapital Bank ASC-də işləyir və onun orta aylıq əmək haqqının məbləği yuxarıdır. Lakin buna baxmayaraq o bir uşağa görə cəmi 550 manat məbləğində aliment ödəyir. Bu hal övladlarları X2 hüquqlarını kobud şəkildə pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə iddianı tam qəbul etdiyinə dair ərizə təqdim edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 191.3, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(004)-3509/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 15 dekabr 2017-ci il tarixdə Səadət Sarayında 899 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 29 mart 2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması, 29 mart 2019-cu il təvəllüdlü X1 üçün 08 iyun 2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay 550 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Lakin təyin edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddia tələbini etiraf edərək, alimentin artırılmasına etiraz etmir. İş materiallarında olan əmək müqaviləsi məlumatlarından görünür ki, Cavabdeh "xxxx" ASC-də işləməklə 2600 manat əmək haqqı alır. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 29 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 29 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 29 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 29 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar