Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2627/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4245 (dörd min iki yüz qırx beş) manat miqdarında sığorta haqqı, ödəniş gününədək hər gecikdirilmiş gün üçün 4245 (dörd min iki yüz qırx beş) manat sığorta ödənişinin məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və ödənilmiş 30 otuz manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaısnda iştirak edən iddiaçı iddia ərizəsinin məmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, **-VS-*** dövlət qeydiyyat nişanlı Tofash Shahin S minik markalı nəqliyyat vasitəsi 10.12.2017-ci il tarixdən 10.12.2018-ci il tarixədək icbari sığorta edilmişdir. Nəqliyyat vasitəsinin sığortaçısı xxxx ASC-dir. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqında qərara əsasən müəyyən olunur ki, X4sa məxsus **-VS-*** dövlət qeydiyyat nişanlı Tofash Shahin S minik markalı nəqliyyat vasitəsinin elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın baş vermişdir. Yanğın baş verən zaman avtomobil işlək vəziyyətdə olmuşdur. X3 dəymiş 9000 manat məbləğində ziyan öz günahından özünə dəymiş, X1 4245 manat məbləğində dəymiş maddi ziyan isə ağır nəticə kimi qiymətləndirilməmişdir. Şahbazov Emin Çİvəxan oğlunun əməlinmə cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Apleyasiya Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(103)- 2400/2020 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, Emin Şahbazov 13 sentyabr 2018-ci il tarixdə “xxxx” ASC tərəfindən icbari sığorta növündə sığortalanaraq, özünə məxsus Tofash Shahin S markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobillə qardaşı İddiaçı həyətyanı sahəsinə daxil olarkən, avtomobilin mühərrik hissəsində qısa qapanma baş vermiş, nəticə etibarilə avtomobildə yanğın baş vermiş və yanğın alov ətrafa yayılaraq, talvarı yandırmışdır. Qətnamədə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yanlış olaraq mövqeyini avtobomildə baş vermiş yanğının yol hərəkətinə deyil, avtomobilin fərdi yaşayış evinin həyətinə daxil olan zaman baş tutduğu, buna görə də sığortalanmış avtomobildə naş vermiş yanğın sığorta hadisəsi kimi qiymətləndirilmədiyi ilə əsaslandırmışdır. Belə ki, qanunvericilikdə avtomobilin istifadə olunması onun yolda, küçədə və ya həyətyanı sahədə hərəkəti ilə şərtləndirilməmişdir. Qətnamədə qeyd olunur ki, iddiaçı Emin Şahbazovun idarə etdiyi Tofash Shahin S markalı **-VS-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili ilə Biləsuvar rayonu Çinarlı kəndində yaşayan qardaşı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olarkən, avomobildə yanğın baş vermiş və yanğın genişlənərək açıq talvara keçmişdir. İddiaçı hazırda qardaşına məxsus evə dəymiş ziyanın əvəzini tələb etməkdədir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddianı ziyan dəymiş əmlakın sahibi irəli sürə bilər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərsığorta ASC-dən 4245 (dörd min iki yüz qırx beş) manat miqdarında sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki Cinayət işinin başalnılmasının rədd edilməsi haqqında qərara əsasən X2 **-VS-*** dövlət qeydiyyat nişanlı Tofash Shahin S minik markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən baş vermiş yanğın nəticəsində X1 məxsus həyətyanı sahəyə 4245 manat məbləğində maddi ziyan vurulması faktı iş materialları ilə öz təsdiqini tapmişdır. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddia qismən təmin edilməli, 4245 manat miqdarında sığorta haqqı və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə prossi zamanı həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş etdiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1ci maddsinəəsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cabadeh Azərsığorta ASC-dən 4245 (dörd min iki yüz qırx beş) manat miqdarında sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2627/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2627/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver