Məhkəmə qərarları › İş №2(004)-263/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-263/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-263/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 qarşı “gəlirin bölüşdürülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 qarşı “gəlirin bölüşdürülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bərabər paylı mülkiyyətdə olan ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinin icarəyə verilməsindən cavabdehin əldə etdiyi 92800 manat məbləğində gəlirin Cavabdeh ilə iddiaçı arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşıdır. Onunla 19 noyabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 26.12.2006-cı il təvəllüdlü Abel adlı, 25.06.2011-ci il təvəllüdlü Məhəmməd adlı va 23.07.2014-cü il təvəllüdlü Əli adlı oğulları var. Nikah dövründə - ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərini də əldə etmişlər. 39 saylı mənzil cavabdehin, 40 saylı mənzil iddiaçının adına rəsmiləşdirilmişdir. 26.09.2018-ci il tarixdə o, nikahlarının pozulması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı 25.02.2019-cu il tarixli qətnamasi ilə nikahıları pozulmuşdur və 3 uşağın nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli qatnaməsi ilə Bakı şahəri, Yasamal rayonu ,İ.Qutqaşınlı küçasi 507 saylı evin 39 və 40 saylı mənzillərinin üzarində 1/2 (ikidə bir) hissədə iddiaçının 1/2 hissəda Cavabdeh pay hüququ müəyyən edilmişdir. Baxmayaraq ki, göstərilən mənzillər ümumi əmlak idi, iddiaçıda həmin mənzillarin açarı olmamışdır. Həmin mənzillər yeni mənzillərdir va yaşayış üçün təmir edilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, hətta yaşadıqları ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə belə məhkəmə qətnaməsi ila köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Təmin edilen iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilmirdi. Bunları məhkəməyə ona görə bildirir ki, cavabdeh ümumi əmlakda olan hüququnu daima məhdudlaşdırıb. Cavabdeh ayrı yaşadıqları müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından ümumi əmlaklara — yuxarıda göstərdiyii Bakı şahəri, , Yasamal rayonu ,İ.Qutqaşınlı küçasi 507 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib, gəlir götürüb. Həmin mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdan sonra, 2021-ci ilin aprel ayının 29-da o böyük maneələrə qalib gələrək mənzillərə daxil ola bilmişdir və o vaxt müəyyən etmişdir ki, cavabdeh 2 mənzili birlləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir. Bu fakt Yasamal rayon Məhkəməsinin icraatında olan payın natura qaydasında bölgüsü barəda tələbi ilə bağlı iş üzrə məhkəmə ekspertizası keçirilarkən də yuxarıda göstərilən mənzillərə baxış zamanı bir daha təsdiqini tapmışdır. Paylı mülkiyyətimdə olan mənzillər cavabdeh tərəfiindən X3 icarəyə verilmişdir, icarə müddəti 05 yanvar 2022-ci il tarixədək va icarə haqqı ayda icarə müqaviləsinə əsasən 2320 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh ümumi əmlakda olan pay hüququnumülkiyyət hüququnu pozur, onun xəbəri və razılığı olmadan hal-haziradək paylı ümumi mülkiyyətdə olan mənzilləri icarəyə verərək uzun müddətdir ki iddiaçıdan gizli gəlir əldə edir. Bu cavabdehə xas olan əməldir, çünki yüksək gəlir sahibi, yüksək maddi vaziyyəti olduğu halda 3 uşağa görə cəmi 397 manat aliment ödəyir. Son 4 ayda isə heç bir aliment ödəmir. Beləliklə cavabdeh iddiaçının razılığı olmadan paylı ümumi mülkiyyətdə olan mənzillərə dair sərəncam verərək 2018-ci ilin sentyabr ayından gəlir əldə edir. İddiaçı isə onun qanunsuz hərəkətləri nəticəsində həmin gəlirdə olan payından məhrum edilmidir. Pozulmuş hüququnun bərpa edilməsi məqsədilə hazırki tələb ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onlar cavabdehlə ümumi əmlakda bərabər pay sahibi olduqları üçün gəlirdə də payları bərabər bölünməlidir. Cavabdeh 2018-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qadar hər ay əldə etdiyi 2320 manat pulun ½ hissəsi iddiaçıya aid edildiyindən ona ödənilməlidir. 2018-ci il üzrə - 4 ay, 2019-ci il üzrə 12 ay, 2020-ci il üzrə 12 ay, 2021-ci il üzrə 12 ayın icarə haqqı, cəmi — 40 ay üçün 92.800 manat gəlir əldə etmişdir. Həmin məbləğin ½ hissəsi 46.400 manat iddiaçının payına düşən məbləğ olduğu üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 107 saylı evin 39 və 40 saylı mənzillər üzərində Cavabdeh özbaşına sahiblik edib, sərəncam verərək əldə etdiyi 92.800 manat məbləğində gəlirin Cavabdeh ilə iddiaçının arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı paylı mülkiyyətdə olan ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərindən cavabdehin gizli sahiblik edərək gəlir götürməsini, həmin mənzilləri X3 icarəyə verməsini və icarə müddəti 05 yanvar 2020-ci il tarixədək aylıq icarə haqqı 2320 manat olmaqla icarəyə verilməsini və 92800 manat pul əldə etməsini iddia edərək həmin məbləğin paya uyğun olaraq 46400 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh bu iddiası ilə bağlı həmin evlərdən fotoşəkillər və naməlum şəxs tərəfindən imzalanmış, cavabdehin adı olmayan, fotokopiya olan və 09.01.2021-ci il tarixli qaralama kağıza istinad etmişdir. Həmin müqavilə adlandırılan kağızda “Altes Plaza” yaşayış kompleksinin 11-ci mərtəbəsində 39 saylı mənzilin aylıq 2320 manata naməlum şəxs tərəfindən icarəyə verilməsi qeyd edilmişdir. Bildiririk ki, tərəfimizdən X3 hər hansı bir mənzil icarəyə verilməmiş, həmin mənzilin açarı həmişə MTK-da olmuş, bir nüsxəsi də iddiaçının özündə olmuş, bu səbəbdən də, iddiaçı sərbəst olaraq həmin mənzilə giriş-çıxış edə bilmiş, eləcə də, təqdim edilmiş fotoşəkillər və yerində baxış zamanı fotostudiya üçün avadanlıqların mənzilin birində 39 saylı mənzildə aşkar edilməsinə baxmayaraq, cavabdeh X4 tanımır və heç bir kəslə icarə müqaviləsi bağlamamışdır. 92800 manat gəlir əldə etməyə dair hər hansı bir sübut işdə yoxdur. Müqavilənin cavabdehə hər hansı bir aidiyyəti yoxdur. 01 yanvar 2021-ci ildən məhz cavabdeh tərəfindən həmin mənzilin icarəyə verilməsi faktı özü də iddiaçı tərəfindən sübuta yetirilə bilmir. X10 deyilən şəxs Cavabdehla müqavilə bağlayıb icarə haqqı vermişdirsə, bu barədə müvafiq sübut olmalıdır. Mənzildən hər hansı bir fotoqraf tərəfindən reklam niyyəti ilə istifadə edilməsi ilə və müvəqqəti olaraq saxlanc yeri kimi əşyaların saxlanılması heç də bu mənzildən Cavabdeh faktiki sahiblik etməsi və ya gəlir əldə etməsi anlamına gəlmir. Onu da qeyd edək ki, Cavabdeh, ümumiyyətlə, Azərbaycanda 2021-ci ildə olmamışdır və səfir olaraq əvvəl İspaniyada, hazırda Estoniyada dövlət qulluğunu yerinə yetirir və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Eləcə də, icarə müqavilələsi müvafiq qaydada notarial qaydada təsdiq edilməli, gəlir qismində icarə haqqı Azərbaycanda olmayan şəxsə hər hansı bir şəkildə ödənilməli idi. Bu isə iş materialları ilə öz əksini tapmır. Eləcə də, nəzərə almağınızı xahiş edirik ki, iddiaçının özü 40 aylıq icarə haqqının yarı hissə məbləğini tələb etməsi özü də absurddur. Belə ki, iddiaçı özü, ümumiyyətlə, həmin mənzilə pay hüququnu 2021-ci ilin yanvar ayında əldə edib. 3 il 4 aylıq icarə haqqı məbləğini 2021-ci ilin yanvar ayından bağlanmış qaralama kağıza istinadən tələb etmək, hüquq anlayışına ziddir. Tələb tamamilə əsassızdır. Subyektiv hüquq olaraq, iddiaçı yalnız mülkiyyət hüququ əldə etdiyi andan, əgər gəlir olması barədə mötəbər sübut olarsa, pul tələb edə bilər və bu səbəbdən də məhkəmədən xahiş edirik ki, iddia tələbi üzrə cavabdeh olmalı şəxs Cavabdeh olmadığı, gəlir sübuta yetirilmədiyi, iddiaçının mülkiyyətçi olmadığı dövr üzrə də pul tələb etdiyi, mülkiyyətçi olduğu dövrdə isə şahid sübut olmadığı üçün hesab edirlər ki, iddia tələbi rədd edilməlidir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü üçün, iş üzrə mötəbər sübut olarsa, qanuni qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkilini sualına cavab olaraq cavabdehin gəlir etməsinə dair sübutunun mülki iş materiallarına əlavə olunan müqavilə və Şəfiqənin instaqram hesabında olan şəkillər olduğunu, cavabdehin müqaviləni imzalaması ilə bağlı əlavə sübutunun olmadığını, Şəfiqə xanımın cavabdehin və Abel Məhərrəmovun göstərişi ilə oranı tərk etdiyini, cavabdehin gəlir əldə etməsi ilə bağlı təqdim olunan müqavilənin əslini, əlavə müqavilənin əgər varsa, başqa müqavilələrin əslini məhkəməyə təqdim edə bilmdədiyini, mənzilin açarlarının komendatda olduğunu, ora gedəndə Şəfiqə xanımı gördüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzilin fotostudio kimi fəaliyyət göstərməsi iş materialları ilə tam sübut olunur. Yerli baxış zamanı mənzilin ortasında yellencəyin olduğu müəyyən edilmişdir. Hansı mənzilin ortasında yellencək quraşdırılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili idida ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 06.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, mənzillər üzərində iddiaçı və cavabdehin bərabər pay hüquqları tanındıqdan sonra qətnamə icraya yönəldilmiş, onlar da mülkiyyətçi hüquqlarından istifadə edərək mənzilə daxil olmuş, bu zaman mənzildə Şəfiqə adlı icarədarın olduğunu və mənzilin fotostudio kimi fəaliyyət göstərdiyini görmüşdürlər. Daha sonra Şəfiqədən hansı əsasla mənzildə fəaliyyət göstərdiyini soruşduqda onlara müqavilə təqdim etmiş, onlar da müqavilənin şəklini çəkərək iş materiallarına əlavə etmişdirlər. Daha sonra instaqram səhifəsinə daxil olaraq həmin mənzilin 2016-ci ildən bu yana fotoşəkilləri çıxartmışdırlar. Şəkillər yerli baxış zamanı müəyyən edilən hallara uyğun gəlir. Cüzi dəyişiklik olmuşdur. Yerli baxış keçirilməmişdən qabaq Şəfiqə orda olmuş, lakin cavabdehin təzyiqi nəticəsində ordan çıxmışdır. Sübut etmə qeyd edilən halda cavabdehin üzərinə düşür. Cavabdehin gəlir əldə etməsinə dair sübut mülki ş materiallarına əlavə edilmiş müqavilə və Şəfiqənin instaqram hesabında olan şəkillər və yerli baxış zamanı müəyyən edilən hallardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahi şetmişdir. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzildəki avadanlıqlar cavabdehin dostuna aiddir, ora boş idi, cavabdehdin dostu xahiş edib ki, onları saxlasın. Şəfiqə xanıma heç bir hədə-qorxu gəlməyiblər. 24.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsində şəxslərin kimlər olması və oranın foto studio olması müəyyən olnumur. Qarşı tərəfin müqaviləni və ora aid şəkilləri məhkəməyə təqdim etməsini xahiş etmişdir. 06.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim olunan müqaviləni cavabdeh imzalamayıb. Onun kim tərəfindən imzalandığını iddiaçı tərəf sübut etməlidir. Cavabdeh həmin vaxt Azərbaycanda olmayıb. Orada olan studio avadanlıqları işlənməyən əşyalardır. Onları cavabdehin tanışı xahiş edib ki, orada saxlasın. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasının müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli icra vərəqəsinə əsasən müəyyən olunur ki, Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilinin, ünvan 107 saylı evin 39 saylı və 40 saylı mənzillərinin, ünvan 2 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahənin, Mersedes-Benz markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, Mersedes 220 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ (ikidə bir) hissədə iddiaçı X1 və ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun müəyyən edilməsi, iddiaçı X1 adına qeydiyyatdan keçən “Volkswagen Tiguan” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində üzərində ½ (ikidə bir) hissədə iddiaçı X1 və ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququnun müəyyən edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Fərid İnşaat MMC (inşaatçı) ilə X7 və İddiaçı (sərmayəçi) arasında bağlanmış 30.12.2020-ci il tarixli yaşayış evinin sərmayələşdilrilməsi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, inşaatçı Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin 2(004)-2192/2019 saylı 13.09.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 212,6 kv m, o cümlədən 4 otaqlı 39 saylı mənzilin ½ pay hüququ X5, digər ½ pay hüququ İddiaçı verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində, cavabdehin 2018-ci ilin sentyabrından, ümumi əmlaka, ünvan 107 saylı evin 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib özbaşına iddiaçının razılığı olmadan, sərəncam verərək, gəlir götürdüyünü bildirsə də, iş materialları ilə cavabdehin əmlakı 2018-ci ildən icarəyə verməsi, ondan gəlir götürüməsi mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin sübutu kimi istinad etdiyi müqavilənin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Digər istinad etdiyi 2 dəlil isə (fotoşəkillər və yerli baxış zamanı fotoşəkillərdə olanların üstüstə düşməsi) məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət deyildir. Yəni, bu dəlillər, cavabdehin oranı icarəyə verərək gəlir götürməsi halını müəyyən etməyə kifayət etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Həmin məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi rədd edildiyindən özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ünvan 107 saylı evin 39 və 40 saylı mənzillər üzərində Cavabdeh özbaşına sahiblik edib, sərəncam verərək əldə etdiyi 92.800 manat məbləğində gəlirin Cavabdeh ilə iddiaçının arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar