Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2656/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC – nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC – yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1650 (bir min altı yüz əlli) manat əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda şirkətin səlahiyyətli şəxslərinin yol verdiyi qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə məhkəmənin səlahiyyəti çərçivəsində qiymət verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 02 mart 2020-ci ildə "Cavabdeh" MMC ilə 3 aylıq (müddətli) əmək müqaviləsi bağlamışdır. Müqaviləyə görə aylıq əmək haqqı 550 (beş yüz əlli manat) müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Sosial evlər” lahiyəsinin binalarının zirzəmilərinin işıqlandırılması, zirzəmidə yerləşən müxtəlif təyinatlı otaqların elektrik işlərini icra etmişdir. İşlədiyi müddətdə şirkətin iş icraçısı Ramil Məmmədovun tabeliyində olmuş və icra etdiyi işlərin keyfiyyətinə görə iddiaçıya hər hansı irad bildirilməmişdir. Ona aid maaş bank kartı iş icraçısı Ramil Məmmədovda olmuşdur. Kart ona verildikdən sonra şirkət həmin karta onun əmək haqqısı üzrə hər hansı ödəniş etməmişdir. Şirkətin rəhbər şəxsləri isə əmək haqqının karta köçürüldüyünü iddia edir. İş icraçısı Məmmədov Ramil isə karta köçürülmüş pulun onun əmək haqqısı olmadığını bildirmişdir. O pulun başqa məqsədlə köçürüldüyünü bildirmişdir. İş icraçısının dediyindən belə məlum olur ki, bank kartını şirkət rəhbərliyi özündə saxlayaraq onun əmək haqqı hesabı ilə pul əməliyyatı etmiş və özləri də nağdlaşdırmışdırlar. Onun əmək haqqını isə ödəmirlər. “Cavabdeh" MMC əmək müqaviləsi üzrə ona 3 ay üzrə ödəməli olduğu ümumilikdə 1650 (bir min altı yüz əlli) manatı isə ödəməkdən imtina edir. O, əmək haqqının ödənilməsi üçün məhkəmədən əvvəl dəfələrlə şirkətin rəhbərliyinə müraciət etmiş, lakin, onlar əmək haqqını ödəməkdən imtina etmişlər. Eyni zamanda əmək hüquqlarının pozulmasına görə Əmək Müfəttişliyinə də şikayət etmiş, ancaq müfəttişlik onun şikayətinə o qədər səhlənkar yanaşmışdır ki, onun əmək müqaviləsinin müddətli olduğuna görə xitam edildiyini yox, guya öz ərizəsilə işdən çıxarıldığını iddia etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı 02.03.2020-ci il tarixində Cavabdeh MMC-yə Fəhlə peşəsinə qəbul edilmiş və 01.05.2020-ci il tarixində öz xahişinə əsasən (müvafiq ərizənin surəti əlavə olunur) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və əmək haqqı bank hesabına köçürülərək ödənilmişdir. Bu günə Cavabdeh MMC-nin ona əmək haqqı və digər heç bir borcu qalmamışdır. İddiaçı əmək haqqının ödənilməsinə əlavə izahat olaraq bildirir ki, o, digər şəxslərlə birlikdə briqada şəklində müxtəlif tikinti obyektlərində elektrik işləri görməklə məşğuldur. İddiaçı və briqadanın digər üzvləri Şirkət tərəfindən 2020-ci ilin mart ayının əvvəlində “X5” inşa etdiyi iki sosial yaşayış binasının zirzəmisində və zirzəmidə yerləşən bir neçə texniki otaqda işıqlandırma sisteminin quraşdırılması zamanı yarımçıq qalmış işləri görmək üçün cəlb olunmuşdurlar. İddiaçı və briqadanın digər üzvləri mart ayı bitməmiş bütün işləri yekunlaşdıraraq təhvil vermişlər və sonradan şirkət tərəfindən heç bir işlərə cəlb olunmamışlar. Beləliklə, İddiaçı ancaq 2020-ci ilin mart ayında 9 gün işləmişdir və iş günlərinə mütənasib olaraq hesablanmış əmək haqqı məbləği onun bank hesabına köçürülmüşdür (İş vaxtlarının uçotu tabelindən çıxarış əlavə olunur). Qeyd olunanlardan görünür ki, İddiaçı iddia etdiyi 3 aylıq əmək haqqı məbləği 1650 (bir min altı yüz əlli manat) tələbi tamamilə əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsini 154-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, “Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”. İddiaçı görmədiyi işlərə görə əmək haqqı tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Onunla bağlanmış əmək müqaviləsinə gec xitam verilməsinin səbəbi isə həmin dövrdə ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq işçilərin əmək müqavilələrinə «işəgötürən tərəfindən xitam verilməsinin qadağan edilməsi olmuşdur. Bu səbəbdən də, işə çıxmadığı üçün onun barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir və özü istədiyi vaxt ərizə ilə müraciət etdikdən sonra öz xahişi ilə işdən azad olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı və digər briqada üzvləri əmək haqqı tələbi ilə əvvəllər X8 Xidmətinə ərizə ilə müraciət etmişlər və onların müraciətləri DƏMX tərəfindən araşdırılmışdır (müvafiq sənədlər əlavə olunur). İddia ərizəsinin mətnindən görünür ki, Müfəttişliyin cavabı iddiaçını qane etməmiş və əmək haqqının ödənilməməsi təsdiqini tapmamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o Yusiflə birlikdə Cavabdeh MMC – də çalışmışdır. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Sosial evlər” lahiyəsinin binalarının zirzəmilərinin işıqlandırılması, zirzəmidə yerləşən müxtəlif təyinatlı otaqların elektrik işlərini icra etmişlər. Yusif və digər şəxsləri MMC – yə işləmək üçün o aparmışdır. Onları işləmək üçün Şirkətin işçisi Ramil Məmmədov adlı şəxs çağırmışdır. Bundan sonra, onlar Şirkətlə üç aylıq müqavilə bağlamışlar. Ancaq, orada bir ay tam çalışmışlar. Bir aydan sonra isə, pandemiyaya görə iki ay ərzində arada bir çağırılmışlar. İşlədikləri əməyin müqabilində isə heç bir ödəniş almamışlar. Cavabdeh tərəf deyir ki, əmək haqları onların kartlarına vurulmuşdur. Lakin, onlar həmin kartlardan bir manat belə pul çıxarmamışlar. Kartları həmin Ramin adlı şəxsdə olmuşdur. Ramin onlara demişdir ki, karta pul vurulmuşdur, lakin həmin pul onların maaşı deyil, karta başqa məqsədlə köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 02.03.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onu Cavabdeh MMC-yə fəhlə peşəsinə işə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 02.03.2020-ci il tarixli müddətli əmək müqaviləsindən görünür ki, İddiaçı hər ay 550 (beş yüz əlli) manat məbləğində əmək haqqı ödənilmək şərti ilə fəhlə vəzifəsinə (peşəsinə) vəzifəsinə təyin edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyalarının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Müqavilənin 4.17-ci bəndinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İş materiallarına əlavə olunmuş xxxxxxx000100 nömrəli 02.03.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi birdirişi”ndən və həmin bildirişin qeydiyyata alınması barədə məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış 02.03.2020-ci il tarixli əmək müqaviləsi X2 qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC tərəfindən tərtib edilmiş aylar üzrə tabeldən çıxarışdan görünür ki, İddiaçı 2020-ci ilin mart ayında (5 gün), aprel ayında isə (4gün) işdə olmuşdur. İş materiallarına əlavə olunmuş X9 Xidmətinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, İddiaçı və digərləri əmək haqqlarının onlara ödənilməməsi barədə şikayətçi olduqlarını bildirirək, əmək haqqının onlara ödənilməsində yardım göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh” MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 09 oktyabr 2020-ci il tarixli 112 nömrəli cavab məktubundan görünür ki, şikayət ərizəsində adları qeyd olunmuş şəxslər briqada şəklində elektrik işləri klə məşğuldurlar. Onlar Cavabdeh MMC tərəfindən 2020-ci ilin mart ayının əvvəlində “X5” etdikləri iki yaşayış binasının zirzəmisində və zirzəmidə yerləşən bir necə texniki otaqda işıqlandırma quraşdırılması üçün işlərə cəlb olunmuşdurlar. Şikayətçilərin hər biri ilə əmək qanunvericiliyinin lərinə uyğun olaraq müvafiq qaydada əmək müqavilələri bağlanmış və X2 qeydiyyatdan keçirilmişdir. Briqada tərəfindən mart ayı ərzində görülmüş və yekunlaşmış işlərə görə onlara cəmi 1357 manat əmək haqqı məbləği 03 aprel 2020-ci il tarixdə hər bir işçinin bank hesabına köçürülmüşdür. Göründüyü kimi bu məbləğ müraciətdə qeyd olunuş ümumiliklə alacaqları olduğu 1280 manatdan çoxdur. Yəni müəssisənin həmin işçilərə əmək haqqı borcu qalmamışdır. Əksinə tələlb etdikləri məbləğdən də çox ödənilmişdir. Adları qeyd olunmuş briqada mart ayı bitməmiş bütün işləri yekunlaşdıraraq təhvil vermişlər və sonradan Cavabdeh MMC tərəfindən heç bir işlərə cəlb olunmamışlar. Onlarla bağlanmış əmək müqavilələrinə gec xitam verilməsinin bi isə həmin dövrdə ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq işçilərin əmək avilələrinə xitam verilməsinin qadağan edilməsi olmuşdur. Sonradan onlar müvafiq qaydada ərizə ilə müraciət edərək öz xahişləri ilə işdən azad olunmuşdurlar. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 06 yanvar 2021-ci il tarixli 10 nömrəli cavab məktubundan görünür ki, 23.09.2020-ci il tarixli **********6 saylı X4 və digərlərinin əmək ödənilmədiyi barədə məktubuna cavab olaraq qeyd etmişdir ki, şikayət ərizəsində adları qeyd olunmuş şəxslər briqada şəklində elektrik işləri görməklə məşğuldurlar. Onlar Cavabdeh MMC tərəfindən 2020-ci ilin mart ayının əvvəlində “X5” inşa etdikləri iki yaşayış binasının zirzəmisində və zirzəmidə yerləşən bir necə texniki otaqda işıqlandırma sisteminin quraşdırılması üçün işlərə cəlb olunmuşdurlar. 2020-ci ilin mart ayının son günlərinə qədər işləmişlər və daha işə çıxmamışlar və müəssisədə heç bir fəaliyyətləri olmamışdır. İşlədikləri müddət ərzində əmək haqqları tam ödənilmişdir. Bu günə müəssisənin onlara heç bir borcu qalmamışdır. Ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq işçilərin əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsinin qadağan edilməsini nəzərə alaraq adları qeyd olunmuş işçilər müraciət etdikləri vaxt ərizələri əsasında işdən azad olunmuşlar. İş materiallarına əlavə olunmuş əmək haqqı cədvəlindən çıxarışa əsasən 2020-ci ilin mart ayında İddiaçı 9 iş günü üçün 300 manat əmək haqqı hesablanmışdır. İş materiallarına əlavə olunmuş 03.04.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ******************** hesab nömrəsinə 300 (üç yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 01.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (a) bəndinə əsasən 160 K nömrəli Əmrlə öz xahişi ilə işdən azad edilmişdir Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 02 mart 2020-ci il tarixdən Cavabdeh MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmiş, 01 may 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, əmək haqqının ödənilməsi üçün məhkəmədən əvvəl dəfələrlə şirkətin rəhbərliyinə müraciət etmiş, lakin, onlar əmək haqqını ödəməkdən imtina etmişlər. Bundan sonra, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1650 (bir min altı yüz əlli) manat əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda şirkətin səlahiyyətli şəxslərinin yol verdiyi qanun pozuntularına görə izibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə məhkəmənin səlahiyyəti çərçivəsində qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, həm iş materialları, həm də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tələb etdiyi 01 mart 2020-ci il tarixdən 01 may 2020-ci il tarixədək olan müddət ərzində 2020-ci ilin mart və aprel ayları müddətində cəmi 09 gün işdə olmuş və ona verilmiş əmək funksiyalarını yerinə yetirmiş və həmin iş günləri üzrə hesablanmış əmək haqqı məbləği cavabdeh təşkilat tərəfindən ona məxsus ******************** hesab nömrəsinə köçürülmüşdür. Bu həm hesabdan çıxarışla və cavabdeh təşkilatın nümayəndəsinin izahatı zamanı öz hüquqi təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin “onun 1650 (bir min altı yüz əlli) manat əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi” hissəsinin məhkəmə araşdırması zamanı əsassız olması müəyyən edildiyindən təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia ərizəsinin şirkətin səlahiyyətli şəxslərinin yol verdiyi qanun pozuntularına görə izibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə məhkəmənin səlahiyyəti çərçivəsində qiymət verilməsi hissəsi ilə bağlı da qeyd edir ki, iddianın həmin hissəsi əmək haqqı tələbi hissəsi ilə bağlı olduğundan və həmin hissədə də iddia əsassız olduğundan, eyni zamanda cavabdeh təşkilatın səlahiyyətli şəxslərinin hər hansı qanun pozuntusuna yol verdiyi sübuta yetmədiyindən, iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı 1650 (bir min altı yüz əlli) manat əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi, şirkətin səlahiyyətli şəxslərinin yol verdiyi qanun pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə məhkəmənin səlahiyyəti çərçivəsində qiymət verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2656/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2656/2021
29.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver