Məhkəmə qərarları › İş №2(004)-2697/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2697/2025

04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2697/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “İddiaçı məxsus olan qızıl zinət əşyaları və ya onları dəyəri kimi 7.780 ( yeddi min yeddi yüz səksən) manat məbləğin, cehiz əşyalarının isə ümumi dəyəri olan 36.385 ( otuz altı min üç yüz səksən beş) manat məbləğin, o cümlədən iş üzrə ödənilmiş 219, 44 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “İddiaçı məxsus olan qızıl zinət əşyaları və cehiz əşyalarının özü və ya dəyərinin Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirmiş, tələbi “İddiaçı məxsus olan qızıl zinət əşyaları və ya onları dəyəri kimi 7.780 ( yeddi min yeddi yüz səksən) manat məbləğin, cehiz əşyalarının isə ümumi dəyəri olan 36.385 ( otuz altı min üç yüz səksən beş) manat məbləğin, o cümlədən iş üzrə ödənilmiş 219, 44 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi” formasında müəyyən etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı oğlu Tibetin səhhəti ilə əlaqədar Naxçıvan MR-ə getmişdir. Həmin gün cavabdeh nikahın pozulması üçün öz atasına etibarnamə vermiş və mediasiya təşkilatına müraciət etmişlər. Həmin vaxtdan etibarən iddiaçı övladı ilə birlikdə öz atasının evində yaşayır. İddiaçıya məxsus olan qızıl-zinyət əşyaları və cehiz əşyaları cavabdehin yaşadığı ünvan 1 ünvanda qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında tələb üzrə ətraflı izahatlar verərək müdafiə arqumentlərini məhkəmənin diqqətinə çatdırmışlar (audio-video qeydlər mövcuddur). İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh yazılı etirazını məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı cavabdehi 23 dekabr 2023-cü il tarixdən yaşadıqları mənzilə buraxmamışdır, 06 yanvar 2024-cü il tarixdə atasının evinə, yəni Naxçıvan MR-ə gedərkən mənzili sərbəst şəkildə tərk etmiş, gedərkən əşyalarını özü ilə götürmüş, hətta cavabdehə məxsus olan bank kartlarını da özü ilə aparmışdır. Həmin bank kartından xx.xx.2024-cü il tarixdə Naxçıvan MR ərazisində pul vəsaiti çıxartmağa cəht etsə də, cəhdlər uğursuz olmuşdur. Bu xüsusat sübut edir ki, o, mənzili tərk edərkən hər hansı maneə olmamış, qızıl-zinyət əşyalarını da özü ilə sərbəst şəkildə götürmək imkanı olmuş və özü ilə aparmışdır. Cavabdeh nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş təyyarə biletinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il saat 18:40-daki uçuş üçün Naxçıvan MR-ə bilet əldə etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlara əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus bank kartından Naxçıvan MR ərazisində 40 manat və 5 manat vəsaitin əldə edilməsinə cəhd edilmiş, lakin, cəhdlər uğursuz olmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1913/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı X1 (cavabdehin qardaşıdır) cavabdehlər Cavabdeh və İddiaçı qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, müvafiq siyahı üzrə cehiz əşyalarının iddiaçı X2 məxsus olan ünvan 1 ünvanından cavabdeh İddiaçı hesabına çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-3707/2025 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Kirayə müqaviləsinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı kirayəyə verən X4 tərəfindən kirayəçi Cavabdeh xx.xx.2025-ci il tarixədək kirayə verilmişdir. İş materiallarında olan Central Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, 99 adda cehiz əşyalarının bazar dəyəri 22066 manat, 6 adda qızıl-zinyət əşyalarının dəyəri 5527 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 500 manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına mübahisə predmeti olan cehiz əşyalarının siyahıya alınması aktı, tərəflər arasındaki telefon danışıqları və vatsapp yazışmaları, cavabdehin ailə üzvlərinin iş yeri və yaşayış yeri barədə arayışlar və fotoşəkillər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 666.1 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri çıxış edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Kirayə müqaviləsinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı kirayəyə verən X4 tərəfindən kirayəçi Cavabdeh xx.xx.2025-ci il tarixədək kirayə verilmiş, iddiaçı və cavabdeh ailə olaraq həmin mənzilə yaşamışlar. Təyyarə (uçuş) biletinin surətinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il saat 18:40dakı uçuş üçün Naxçıvan MR-ə bilet əldə etmişdir. Bank hesabından çıxarışlara əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus bank kartından Naxçıvan MR ərazisində 40 manat və 5 manat vəsaitin əldə edilməsinə cəhd edilmiş, lakin, cəhdlər uğursuz olmuşdur. Deməli, iddiaçı cavabdehə məxsus olan bank kartını özü ilə aparmışdır. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1913/2025 nömrəli qətnaməsinə əsasən, iddiaçı X1 (cavabdehin qardaşıdır) cavabdehlər Cavabdeh və İddiaçı qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, müvafiq siyahı üzrə cehiz əşyalarının iddiaçı X2 məxsus olan ünvan 1 ünvanından məhz cavabdeh İddiaçı hesabına çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-3707/2025 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Keçirilmiş qiymətləndirmə üzrə Central Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, mübahisə predmeti üzrə 99 adda cehiz əşyalarının bazar dəyəri 22066 manat, 6 adda qızıl-zinyət əşyalarının dəyəri 5527 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 500 manat İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəf iddiaçıya məxsus cehiz əşyalarının qardaşına məxsus olan, özünün kirayədə yaşadığı sözügedən mənzildən çıxarılması və mənzilin boşaldılmasını tələb edir. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. İddia tələbində qeyd edilən xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 1913/2025 nömrəli qətnaməsinə əsasən hazırki mübahisə predmeti olan cehiz əşyalarının mənzildən çıxarılması qət edilmişdir, mübahisə həllini tapmışdır. Hazırki tələb üzrə isə iddia cehiz əşyalarının özünün deyil, məhz dəyərinin pul şəklində cavabdehdən tutulmasıdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin hüquqlarının qorunması prizmasından ilk öncə əşyaları özü tələb edilməli, əgər əşyalar mövcud olmadıqda və ya məhv edildikdə kompensasiya olaraq onların dəyərinin tutulması tələb edilməlidir. Hazırki mübahisə üzrə əşyalar mövcuddur, onların mənzildən çıxarılması məhz cavabdeh tərəfindən tələb edilir, bu barədə məhkəmə qətnaməsi də mövcuddur. Qızıl-zinyət əşyalarına münasibətdə isə məhkəmə cavabdeh tərəfindən göstərilən arqumentləri əsaslı hesab edir. Belə ki, müəyyən edilir ki, iddiaçı tərəfindən Naxçıvan MR-yə uçuş bileti xx.xx.2023-cü il tarixdə əldə edilmişdir. İddiaçının cavabdehin iş yeri üzrə DTX-ya ünvanladığı şikayət ərizəsində də tərəflər arasında münaqişənin dəfələrlə baş verməsi, əvvəllər, həmçinin, sonuncu dəfə 21 noyabr 2023-cü il və 22 dekabr 2023-cü il tarixlərdə cavabdehin ona şiddət göstərməsini, özünə məxsus olan cehiz əşyalarının cavabdehə məxsus mənzildə qalmasını bildirmiş, lakin DİN və DTX-ya ünvanladığı şikayət ərizələrində qızıl-zinyət əşyaları ilə bağlı hər hansı qeyd bildirməmişdir. Həmin şikayət ərizəsində qeyd edilənlərə əsasən təəssürat yaranır ki, məhz həmin münaqişədən dərhal 1 gün sonra iddiaçı Naxçıvan MR-ə uçuş bileti almış və 14 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə evi tərk etmişdir. Bu situasiyada isə iddiaçın özünə məxsus olan qızıl-ziynət əşyalarını götürmədən evi tərk etməsi ağlabatan hesab edilmir, bunun əski iddiaçı tərəfindən sübuta yetirilməmiş, ümumiyyətlə həmin hissədə hər hansı əsaslı arqument bildirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə əsasən məhkəmələrin mülki prosesdə arbitr rolunda çıxış etməsi xüsusatı nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə iddiaçı və ya cavabdeh tərəfdən sübut (lar) toplaması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş xərc və əşyaların qiymətləndirilməsi ilə bağlı ödənilmiş 500 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı məxsus olan qızıl zinət əşyaları və ya onları dəyəri kimi 7.780 ( yeddi min yeddi yüz səksən) manat məbləğin, cehiz əşyalarının isə ümumi dəyəri olan 36.385 ( otuz altı min üç yüz səksən beş) manat məbləğin, o cümlədən iş üzrə ödənilmiş 219, 44 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş xərc və əşyaların qiymətləndirilməsi ilə bağlı ödənilmiş 500 manat ekspertiza xərci İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar