Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2701/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-438/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş almentin miqdarı azaldılaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər iddiaçıdan tutulan alimentin məbləğinin hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehə ödənilən X2 3 yaşınadək, yəni xx.xx.2023-cü il tarixinədək hər ay 100 manat məbləğində alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-438/2022 saylı qətnaməsi ilə tərəflərin övladının saxlanması üçün, o, yetkinlik yaşına çatana qədər hər ay 250 manat sabit pul məbləğində alimentin və həmin uşağın üç yaşınadək, yəni xx.xx.2023-cü il tarixədək hər ay 100 manat pulun tutulub cavabdehə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçının maddi durumu pis vəziyyətdə olduğu üçün həmin məbləği ödəmək iqtidarında deyil, rəsmi fəaliyyət göstərdiyi iş yeri yoxdur. İcarəyə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Aylıq gəliri 400-500 manat civarındadır. Şəxsi avtomobili yoxdur. Öz maddi imkanlarını təmin edə bilmədiyi üçün atasının himayəsində yaşayır. Cavabdeh faktiki "xxxx" MMC-də mühüm vəzifə tutur. Əmək haqqısı 1000 manat ətrafındadır. Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli e-2(004)-438/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-438/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci l tarixli e-2(004)- 438/2022 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan və bununla əlaqədar hazırda həmin qərarla müəyyən edilmiş miqdarda alimenti ödəməyə maddi imkanı olmadığından alimentin miqdarı azaldılaraq 193 manat miqdarında müəyyən edilməli, uşağın 3 yaşına çatanadək 100 manat məbləğində alimentin ödənilməsindən iddiaçı azad edilməlidir. Lakin qətnamənin nəticə hissəsindən göründüyü kimi məhkəmə iddiaçının alimentin azaldılması tələbi hissəsi üzrə qətnamə çıxarsa da, iddiada qoyulmuş ikinci tələb üzrə, yəni uşağın 3 yaşınadək, yəni xx.xx.2023-cü il tarixinədək hər ay 100 manat məbləğində alimentin ödənilməsindən iddiaçının azad edilməsi tələbi üzrə qətnamə çıxarmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa. Həmin Məcəllənin 229.2 maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Əlavə qətnamə çıxarılması məsələsinə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddianın ikinci tələbi üzrə iddiaçı tərəfindən sübutlar təqdim edildiyindən və izahat verdiyindən, lakin həmin tələb üzrə qətnamə çıxarılmadığından ikinci tələb üzrə əlavə qətnamə çıxarılaraq iddiaçı uşağın 3 yaşınadək, yəni xx.xx.2023-cü il tarixinədək hər ay 100 manat məbləğində aliment ödəməkdən azad edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı “uşağın 3 yaşınadək, yəni xx.xx.2023-cü il tarixinədək hər ay 100 manat məbləğində alimentin ləğv edilməsi” tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)- 438/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşınadək, yəni xx.xx.2023-cü il tarixinədək Cavabdeh xeyrinə hər ay 100 manat məbləğində alimentin ödənilməsindən azad edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2701/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(004)-2701/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver