Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2707/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh X4, X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı "aliment" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı "alimen" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 800 manat sabit pul məbləğində alimentin alinaraq, ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cavabdeh X9 ilə xx.xx.2023-cü il tarixdə Moskva vilayət baş qeydiyyat idarəsində ********************1 nömrəli aktı qeydi ilə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. İddiaçı bildirir ki, hələ xx.xx.2024-cü il təvəllüdlü X10 dünyaya gəlmədən öncə cavabdehin atasının və digər ailə üzvlərinin ona qarşı qeyri-insani münasibətlərini görüb dözə bilməyib və Bakı şəhərinə valideynlərinin yanına gəlib. Hamiləlik dövründə müxtəlif müayinələrin keçirilməsinə ümumilikdə 600 manatadək pulu valideynlərindən - anasından borc alaraq tibb müəssisələrində özü və uşağının sağlamlığını qorumaq məqsədilə hissəhissə ödəmişdir. Bu müddət ərzində Cavabdeh ona hər hansı maddi yardım göstərməmiş, hətta uşağının cinsiyyət ilə belə maraqlanmamışdır. Ona görə də aliment ödənilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin uşağı ona göstərməməsi barədə dedikləri həqiqəti əks etdirmir. Cavabdeh ondan xəbərsiz Rusiyada nikahın pozulması üçün müraciət etmişdir. Bu barədə ona mediasiya prosesi zamanı cavabdeh demişdir. Cavabdeh uşaq dünyaya gələndən bəri onunla maraqlanmamışdır. Hətta hamiləliyi dövründə də heç bir maddi köməklik göstərməmiş və onun səhhətilə maraqlanmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh işləmədiyini bildirsə də, lakin bizdə məlumata görə cavabdeh kompüterlə məşğul olur, müəyyən işlər görür və qazancı var. Uşaq hazırda ananın himayəsindədir. Uşağa baxmaq hər iki valideynin borcudur. Məhkəmə iclasında cavabdeh tərcüməçinin iştirakı ilə bildirmişdir ki, iddianı qismən qəbul edir. İddiaçının onun barəsində bildirdikləri böhtandır. İddiaçı özü cavabdehi tərk edib. 2024-cü ilin may ayı tarixindən bəri ayrı yaşayırlar. Hazırda heç yerdə işləmir, hər ay uşağın saxlanılması üçün 150 manat ödəyə bilər, bundan artıq ödəməyə maddi imkanı çatmır. Həmin pulu öz qohumlarından alaraq ödəyəcəkdir. Bir neçə dəfə uşaqla görüşmək istəyib, lakin iddiaçı buna maneə olmuş, razılaşmamışdır. Qeyd edir ki, Moskva şəhərində “nikahın pozulması” tələbinə dair iddia qaldırıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: Moskva Vilayəti VVAQ Baş İdarəsi Balaşixa VVAQ idarəsi 2 saylı şöbəsi tərəfindən verilmiş V-İK seriyalı 827395 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə İddiaçı 24 noyabr 2023-cü il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında ********************1 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Mehdiyev”, arvada “Əliyeva” soyadı verilmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı 072651 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 4528 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X9, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00180 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. “AZEMİS” Elektron İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı vəzifəsində çalışır və əmək haqqı 415 manat təşkil edir. “AZEMİS” Elektron İnformasiya sistemindən cavabdehin iş yeri barədə məlumat əldə oluna bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qeyd edilən Qanunvericilik normalarına əsaslanaraq və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqeni nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 02 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdeh X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 02 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdeh X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2707/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2707/2025
08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver