Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-272/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik payından imtinaya dair ərizənin və vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, payın müəyyən edilməsi, paya istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş, Cavabdeh2 atası X6 miras qalmış əmlakdan nə vəsiyyət üzrə, nə də qanun üzrə qəbul etmədiyi barədə reyestrdə 8İ-1338 nömrə ilə qeyd edilmiş ərizəsinin və 2V- 1123 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının və Azərbaycan Respublikası Yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilindən vərəsəlik hüququ əsasında Cavabdeh2 çatası payın müəyyən edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilin Cavabdeh2 düşən pay hissəsində İddiaçı istifadə hüquqlarının tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; himayəsində olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X7 onunla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 6 saylı evin 4 nömrəli mənzilinə köçürülməsi və mübahisəli mənzildə yaşamağa, həmin mənzildən istifadə etməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2006-cı ildə iddiaçı ilə rəsmi nikahla ailə quraraq iddiaçını atası X8 mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçürmüşdür. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2019-cu il təvəllüdlü Aysel adlı uşaqları vardır. 12 iyul 2006-cı il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 6, 4 nömrəli mənzildə qeydiyyatda olmaqla əri Cavabdeh2 və onun valideynləri ilə birlikdə təsərrüfat aparmaqla 2022-ci ilin axırlarına qədər fasiləsiz yaşamışlar. Mənzil xx.xx.2012-ci il tarixdə özəlləşdirmə əsasında dövlət reyestrində mülkiyyət hüququ ilə X9 adına qeydiyyata alınmışdır. Buna ailə üzvü kimi iddiaçının da razılığı tələb olunurdu. Qaynatası X1 yaşadıqları mənzili xx.xx.2020-ci ildə əri Cavabdeh2 vəsiyyət etmişdir. X15 vəfat etdikdən sonra həmin mənzildən Cavabdeh2 və onunla əlbir olan anası Cavabdeh1 tərəfindən 2022-ci ildə azyaşlı uşaqları ilə birlikdə çıxmağa məcbur edilmişdir. Ona məxsus olan cehiz əşyaları mübahisəli mənzildədir. Oğlu Əli mübahisəli mənzilin ərazisində Yasamal rayonu, 53 saylı Tam Orta Məktəbin 8-ci sinfində oxuyur. İddiaçı və uşaqları uzun illərdir ki, Yasamal rayonunda mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə 19 saylı şəhər Poliklinikasında qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi ilə Cavabdeh2 ilə aralarında olan nikah pozulmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan sonra övladları 22 yanvar 2010-cu il təvəllüdlü X17 və 04 mart 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər iddiaçının yanında qalması qət edilmişdir. Hazırda 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli vəkil sorğusuna 2052 nömrəli, 07 dekabr 2023-cü il tarixli cavab məktubu və məktuba əlavə olunmuş notariat işinin 31 vərəqədən ibarət materialları ilə tanış olarkən məlum olmuşdur ki, Cavabdeh2 2006 ildən etibarən 17 il müddətində yaşadığı mənzildən istifadə hüququna xitam vermək niyyəti ilə atası tərəfindən ona vəsiyyət edilmiş, miras qalmış yaşadığı mənzildən onun mülkiyyətinə çatası paydan anasının xeyrinə imtina etmişdir. Anası Cavabdeh1 da yaşadığı mənzilə tam mülkiyyət hüququ əldə etdikdən sonra mənzildən qeydiyyatdan çıxarılmağı barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Qanunvericiliyin müvafiq normalarına görə mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhz buna görə də Cavabdeh2 mübahisəli mənzil üzərində mülkiyyət hüququnu pərdələmək üçün vərəsəlik hüququ üzrə atasından miras qalmış mübahisəli mənzildən əldə edəcəyi paydan anası Cavabdeh1 xeyrinə imtina edib sonuncunun adına vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında həmin mənzilə tam mülkiyyət hüququ əldə etməklə iddiaçının qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsini arzu etmiş və bu xüsusda razılığa gəlmişlər. Bunun nəticəsidir ki, mübahisəli mənzili iddiaçının razılığı tələb edilmədən satıb özlərinə üçünçü şəxsin iddiasından kənar ev almaq istəyirlər. Bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunmuşdur. Anası Cavabdeh1 Yuniz qızı ilə əlbir olan Cavabdeh2 iddiaçını uşaqları ilə birlikdə sözü gedən mənzilə buraxmır, deyir indi mənzilin yeni mülkiyyətçisi anasıdır, o, belə istəyir. Beləliklə iki uşağı ilə birlikdə yaşadığı yeganə yaşayış sahəsindən məhrum edilmişlər. Cavabdehlər tərəfindən sui-istifadə etmə halları nəticəsində uşaqları ilə yaşadığı yeganə yaşayış sahəsi olan mübahisəli mənzildən məhrum edilmişlər. Cavabdehlərdən Cavabdeh2 uşaqların hüquq və mənafelərinin müdafiəsindən qəsdən yayınır. Belə olmasaydı uşaqlarını doğularaq boya-başa çatdıqları mənzildə və ya başqa mənzildə iddiaçı ilə birlikdə yaşamalarını təmin edərdi. Buna görə də iddiaçı özünün, həmçinin yetkinlik yaşına çatmayan azyaşlı uşaqlarının da hüquqlarının müdafiəsinə qalxmışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi mənzil üzrə hazırkı mərhələdə iddiaçının subyektiv hüququnun olub-olmamasını məsələsi aydınlaşdırılmalı və bundan sonra həmin hüquqdan irəli gələn digər törəmə tələblərin mövcudluğuna hüquqi qiymət verilməlidir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 21 sentyabr 1996-cı il tarixdən xüsusi mülkiyyət olaraq mərhum X9 mülkiyyətindədir. Buna dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 026204 saylı Qeydiyyat vəsiqəsi mövcud olmuşdur ki, həmin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 6 №-li yaşayış evinin 4 saylı mənzili xx.xx.1996-cı il tarixində 698 №-li reyestr kitabının 104702 səhifəsində 30/N104702 nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə mərhum X9 adına xüsusi mükiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Eyni zamanda həmin mənzillə bağlı 1996-cı il tarixli 004905 №-li order də mövcud olmuşdur. X15 04 aprel 2022-ci il tarixdə prostat vəzinin bədxassəli yenitörəməsindən Bakı şəhərində vəfat etmişdir. X15 ölən günədək ona məxsus olmuş bütün daşınar və daşınmaz əmlakını oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsi barədə notariat ofisinə müraciət edilmişdir. Həmin ərizədə miras əmlakı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakdan və **-CD-*** dövlət qeydiyyat nişanlı, “BMW 520 D” minik markalı, 2013-cü il buraxılışlı nəqliyyat vasitəsindən ibarət olmaqla digər vərəsələr oğlu Cavabdeh2 və X4r. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində 8İ-13381 № ilə qeydiyyata alınmış və Cavabdeh2 ərizəsindən bəlli olur ki, o X6 qalmış mirası əmlakı nə vəsiyyət üzrə nə də qanun üzrə qəbul etmir və etməyəcək, gələcəkdə bununla bağlı tələb və iddiası olmayacaqdır. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində 8İ-13379 № ilə qeydiyyata alınmış və X3 ərizəsindən bəlli olur ki, o 04 aprel 2022-ci il tarixdə vəfat etmiş atası X6 irs qalmış mirası əmlakı qəbul etmir və etməyəcəkdir. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh1dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv.m, yaşayış sahəsi 57.1 kv.m, yardımçı sahəsi 26.0 kv.m, 3 otaqlı mənzildən və ban nömrəsi WBAFW1104DD265481, mühərrikin nömrəsi və buraxılış ili 2013-cü il il olan BMW 520 D minik markalı **-OD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. ünvan 3 ünvanında yerləşən, **********58-05101-093013 nömrəli daşınmaz əmlak Cavabdeh1 mülkiyyətindədir. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Davamında iddiaçının mənzildən istifadə hüququnun tanınması və bunun qeydə alınması, habelə həmin mənzilə uşaqları ilə birlikdə köçürülməsi və maneələrin cavabdehlərə qadağan edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi iddiaçı 2006-cı il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 6 saylı mənzilin 4 saylı mənzili 1996-cı il tarixli order əsasında, habelə xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 mülkiyyətində olmuşdur. Bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarına istinadən tətbiq etmə həyata keçirilməlidir. Faktiki olaraq mənzil 1996-cı il tarixdən mərhum X9 mülkiyyətində olmuş, evdən istifadə ilə bağlı isə iddiaçının hüquqları 2006-cı il tarixdən əmələ gəlmişdir. Belə olan təqdirdə isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin normaları tətbiq edilməlidir ki, həmin normalarda konkret olaraq qeyd edilmişdir ki, istifadə hüququnun yaranması üçün notarial qaydada razılaşma olmaqla bərabər həmin hüquq reyesterdə qeydə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 2022-ci ilin dekabr ayından etibarən ərarvad münasibətləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə nikah pozulmuş və birgə nikahdan olan uşaqlar ananın himayəsində qalmışdır. Uşaqların ananın yanında qalması və nikah pozularkən uşaqların məhz mübahisə predmeti olan həmin evdə olmaları da nəzərə alınmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 2022-ci ilin dekabr ayına qədər həmin evdə yaşamışdır. Hətta həmin ilin avqust ayında nikahın pozulması barədə qətnamə qəbul edildikdən sonra belə orada yaşamışdır. Vəsiyyətnamədən xəbəri olmamışdır. Qayınanası ilə problemlər həmişə, qayınatası sağ olan vaxt da olmuşdur. Hazırda anasıgildə yaşayır. Nikah dövründə isə başqa əmlak əldə etməmişlər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə mübahisəsinədək övladları mübahisəli evdə yaşamağa davam etmiş, mübahisə yarandıqda isə uşaqları öz yanına aparmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, etiraz ərizəsində qeyd olunanları müdafiə edir. İddiaçının vərəsəlik haqqında şəhadətnaməsinin etibarsızlığı barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mərhumun digər övladı olan Svetlana xanım da mirasdan imtina etmişdir. Mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd 1996-cı ildən mövcud olmasına baxmayaraq iddiaçı həmin mənzilə 2006-cı ildə qeydiyyata alınmışdır. İddiaçı 4 ildir ki, həmin mənzildə yaşamır. Hərdən əşyasını götürmək üçün gəlmişdir. Birgə nikahdan olan oğlan həftənin 5 günü Anarın yanında qalmış, məktəbə oradan getmişdir. Lakin inzibati məhkəməyə müraciət edildikdən sonra ana uşağı götürmüşdür. 2019-cu ildən iddiaçı orada yaşamır. İddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzil tam paylı mülkiyyət hüququ üzrə X8 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli notarial qaydada tərtib edilmiş vəsiyyətnaməyə əsasən müəyyən olunur ki, X16 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. - 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Cavabdeh2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 qalmış miras əmlakı qəbul etməkdən imtina etmişdir. Həmçinin bildirmişdir ki, bununla bağlı gələcəkdə iddiası olmayacaqdır. - X5 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 qalmış miras əmlakı qəbul etməkdən imtina etmişdir. - Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 444 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X9 vərəsəsi olaraq Cavabdeh1 miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzildən tam hissədə pay almalıdır. - ƏMDX DƏDKR X18 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzil tam paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 435336 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh2 və İddiaçı arasında bağlanmış nikaha Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. - AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh1, X17, X5, İddiaçı, X14, Cavabdeh2 Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzildə qeydiyyatdadır. Arayışdan həmçinin müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı Cavabdeh2 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Digər Cavabdeh1 isə iddiaçının keçmiş qayınanasıdır. Belə ki, Cavabdeh2 və İddiaçı arasında bağlanmış nikaha Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Mübahisə predmeti olan mənzil isə iddiaçının qayınatası X9 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X15 xx.xx.2020-ci il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etmişdir. X9 vəfatından sonra vərəsələri olan oğlu Cavabdeh2 və qızı X5 ərizə ilə müraciət edərək miras əmlakı qəbul etməkdən imtina etmişlər. Digər vərəsələr imtina etdiyindən X9 arvadı Cavabdeh1 yeganə vərəsə kimi miras əmlakdan – mübahisə predmeti olan mənzildən tam pay hüququ üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hazırda iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin digər əqdi pərdələmək məqsədilə tərtib edildiyini bildirərək etibarsız hesab edilməsi və onun əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini, keçmiş əri X11 həmin mənzilə dair payının müəyyən edilməsi və onun payına uyğun hissəyə iddiaçının və birgə nikahdan olan uşaqların istifadə hüququ tanınmaqla mənzilə köçürülmələrini xahiş edir. Cavabdehlər isə iddia ərizəsinə etiraz verərək iddiaçının subyektiv hüququnun olmadığını bildir və ididanın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı mərhum qayınatasına məxsus olmuş və sonradan vərəsəlik qaydasında qayınanası və hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 mülkiyyətinə keçmiş əmlaka mülkiyyət hüququnun qeydə alınmasını mübahisələndirir. Müəyyən olunduğu kimi mübahisə predmeti olan mənzilin vəsiyyətnamə üzrə Cavabdeh2 vəsiyyət edilmiş əmlakın vəsiyyətnamə və qanun üzrə vərəsəlik üzrə məcburi pay hüququ nəzərə alınmadan mərhum X9 övladları olan digər vərəsələri deyil, yalnız arvadı Cavabdeh1 keçməsinə əsas məhz mərhumun digər vərəsələri olan övladlarının – Şərifova Svetlana və Cavabdeh2 miras əmlakdan imtina etməsi barədə ərizələri olmuşdur. Buna görə də hazırda iddiaçı ilk növbədə Cavabdeh2 tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilməsi barədə ərizəsini mübahisələndirərək etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli ərizə Cavabdeh2 tərəfindən şəxsən notarial qaydada tərtib edildiyindən iddiaçının həmin ərizəni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin əsasında xx.xx.2022-ci il tarixli ərizə dayandığından və həmin ərizənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyindən, eyni zamanda şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar olmadığından iddia xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzilinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi və həmin mənzilə dair vərəsəlik hüququ əsasında Cavabdeh2 çatası payın müəyyən edilməsi hissədə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 346.2-ci maddəsinə əsasən sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 1133-cü maddəsinə əsasəm ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1225-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1127-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Vəkil2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbinə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilin Cavabdeh2 düşən pay hissəsində İddiaçı istifadə hüquqlarının tanınması və birgə nikahdan olan övladlar ilə birlikdə həmin mənzilə köçürülməsi hissəsində münasibət bildirərək qeyd edir ki, mənzil hazırda Cavabdeh1 mülkiyyyətində olmaqla adına qeydiyyata alınmışdır. İddiaçı hazırda Cavabdeh1 ailə üzvü olmadığından və onun həmin mənzilə istifadə hüququnun tanınması və onun evə köçürülməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik payından imtinaya dair ərizənin və vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, payın müəyyən edilməsi, paya istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 6759, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-272/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-272/2024
31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver