Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-273/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X1rşı "əmək haqqı" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X6 Mərkəzindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün 4679 manat əmək haqqının və həmin dövr üçün olan 803,2 manat mükafat pulunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba X6 Mərkəzinin meşə mühafizə mühəndisi vəzifəsində işləmişdir. Nazirliyin xx.xx.2019-cu il tarixli, 201/ü saylı məktubunu əsas götürərək X8 Sultanovun xx.xx.2019-cu il tarixli, 63/k saylı əmri ilə AR ƏM-nin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmışdır. Onun işdən kənarlaşdırılmağına səbəb kimi AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqını göstərmişlər. İstintaqın yekununda qəbul edilən xx.xx.2019-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, əməlində cinayət tərkibi olmadığı və təqsiri olmadığı üçün, Mərkəzin direktoru Ramin Mursalov və digər şəxslərlə birlikdə iddiaçının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İstintaq qərarından sonra iddiaçının işə qaytarılması məsələsi həll ediləndə ona bildirilmişdir ki, əvvəlki mühəndis ştatı ixtisara düşmüşdür və onu həmin işə qaytara bilməzlər. Buna görə də iddiaçıya bu barədə ərizə yazmışlar və Nazirliyin Meşələrin inkişafı Xidmətinin xx.xx.2020-ci il tarixli, 117/k saylı əmri əsas götürülərək, X8 Sultanovun xx.xx.2020-ci il tarixli, 143/k saylı əmrinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən Mərkəzin Vəl-Vələ meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin edilmiş və həmin tarixdən Mərkəzin Quba rayonu üzrə meşə mühafizəsi mühəndisi vəzifəsindən azad edilmişdir. X9 Baxışovun xx.xx.2022-ci il tarixli, 046\k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş və baş mühasibə ona son haqq hesabın ödənilməsi tapşırılmışdır. Mərkəzin direktor əvəzi Elvin Baxışovun xx.xx.2022-ci il tarixli, 086/k saylı əmrinə əsasən iddiaçı Alpan meşəbəyliyinin 7 saylı dolayına meşə gözətçisi təyin edilmişdir. Hal-hazırda da orda işləyir. Bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə səbəb odur ki, təqsirsiz olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işdən kənarlaşdırıldığı müddət üçün əmək haqqı və mükafatları bu günə kimi ödənilməmişdir. İddiaçı bu barədə dəfələrlə Mərkəzin Direktorlarına müraciət etsə də ona hər hansı bir cavab verilməmişdir. Ona görə də son olaraq Nazirə müraciət etmiş və cavabda ona bildirilmişdir ki, istintaqda olduğu üçün işdən kənarlaşdırılmağı qanuni olmuşdur və bu zaman həmin müddətə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu cavabda cavabdehin əsaslandırması qanunsuz olmuşdur. Belə ki, cavabda istinad edilən normalar barəsində cinayət işi olan təqsirləndirilən şəxslər barədədir. İddiaçı isə təqsirləndirilən şəxs olmamışdır, Nazirliyin təqdimatı əsasında barəsində araşdırma aparılıb və sonda əməlində cinayət tərkibi olmaması qərara alınmışdır. Bundan əlavə, hətta o, təqsirləndirilən şəxs olsa da sonda bəraət alsaydı yenə də cavabdeh həmin müddət üçün əmək haqqını ödəməli idi. Hazırda cavabdeh həmin müddət üçün əmək haqqını ödəmədiyi üçün məhkəməyə müraciət etmiş və belə hesab edir ki, göstərdiyi müddət üçün əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 2022-ci ildə 2018-2020-ci illərin əmək məzuniyyəti pulu iddiaçıya ödənilmişdir. O zaman məlum olmuşdur ki, onun əmək haqqısı hesablanmamış və ödənilməmişdir. Digər şəxslərə əmək haqqı ödənsə belə iddiaçı arxayın olmuşdur ki, onun da pulunu ödəyəcəklər. İddiaçı 2022-ci ildə may ayında bildikdən sonra, əvvəlcə Xidmətə sonra isə məhkəməyə müraciət etmişdir və həmin müddətdən 1 il keçməmişdir. İddiaçı bundan əvvəl 2023-cü ilin mart ayında Sumqayıt İnzibati Məhkəməsinə də müraciət etmişdir. İnzibati məhkəmə iddia ərizəsini aidiyyət məsələsinə görə geri qaytardığından Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinə gec müraciət edilməsinin səbəbi isə iddia ərizəsinin səhvən başqa ünvana göndərilməsi olmuşdur. Daha sonra o, poçt göndərişinin yanlışlıqda başqa məhkəməyə getməsini öyrənmiş, sənədlərin əslini məhkəmədən geri alması vaxt sərf etmişdir, hazırda məhkəməyə gec müraciət etməsinin səbəbi üzrlü hesab edilməsini və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 2018-2020-ci illərin əmək məzuniyyəti pulu ona verilmiş, amma əmək haqqları ödənilməmişdir. Bu məbləğ ona işə bərpa olunduqdan sonra ödənilmişdir. Əmək haqqının tam verilməməsini ondan əvvəl bilirdi. Bununla bağlı bir neçə rəhbər işçiyə məlumat versə də, onlar işdən çıxmışlar. Digər işçilərin əmək haqqısı verilsə də, onun əmək haqqısı ödənilməmişdir. Üzərindən 1 ilə yaxın vaxt keçdikdən sonra departamentdə başa salmışlar ki, onun işi məhkəmə predmetidir. Onu arxayın etmişlər ki, əmək haqqı veriləcəkdir, sonradan verilmədiyini gördükdə isə məcbur qalaraq, məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçı bu proseslər baş verdiyi müddətdə bilirdi ki, onun əmək haqqısı ödənilməlidir. İddiaçıya məlum olduğu vaxtdan 1 il ərzində tələb irəli sürə bilərdi. O, 2022ci ilin may ayında müraciət etmişdir. 2023-cü ilin may ayına qədər 1 il keçmişdir. Hazırki iddia tələbi isə məhkəməyə 2023-cü ilin oktyabr ayında daxil olmuşdur. Həmçinin qəbul edir ki, iddiaçının əmək haqqının hesablanmasında yanlışlığa yol verilmişdir, lakin iddia müddəti keçdiyindən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddiaçı 1 illik iddia müddətini ötürdüyündən iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X6 Mərkəzinin xx.xx.2019-cu il tarixli, 63/k nömrəli əmrinə əsasən müəyyən olunur ki, Quba X6 Mərkəzinin meşə mühafizə mühəndisi İddiaçı xx.xx.2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmışdır. - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X6 Mərkəzinin xx.xx.2020-ci il tarixli, 143/k nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən X11 X4-Vələ meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin edilmiş və həmin tarixdən Mərkəzin Quba rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsindən azad edilmişdir. - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X6 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 046/k nömrəli əmrinə əsasən müəyyən olunur ki, X11 X4-Vələ meşəbəyliyinin meşəbəyi köməkçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmiş və son haqq hesabın öədənilməsi əmr edilmişdir. - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X6 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 086/k nömrəli əmrinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Alpan meşəbəyliyinin 7 saylı dolayısına meşə gözətçisi təyin edilmişdir. - Quba X6 Mərkəzinin şəxsində direktor X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı Alpan meşəbəyliyinin 7 saylı dolayısına meşə gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə xx.xx.2022-ci il tarixədək – 3 ay müddətinə bağlanmış və əmək haqqı 415 manat məbləğində razılaşdırılmışdır. - İddiaçı tərəfindən Quba X6 Mərkəzinin direktoru X3 ünvanlanmış və sadə əlyazma formasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, o, 2019-cu ilin mart ayında işdən kənarlaşdırılması və yenidən işə bərpa olunsa da, 16 ay ərzində məcburi işburaxma dövründə əmək haqqının ödənilmədiyini, dolayısı ilə hüquqlarının pozulduğunu bildirərək müvafiq hərəkətlərin edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edimiş halları odur ki, İddiaçı xx.xx.2019-cu il tarixədək Quba X6 Mərkəzinin meşə mühafizə mühəndisi vəzifəsində çalışmış və həmin tarixdə o, AR Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə isə işə qəbul edilərək meşəbəyi köməkçisi vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində məcburi iş buraxma dövrü üçün ödənilməyən əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddiaçının qanunvericikdə müəyyən edilmiş iddia müddətini ötürdüyünü bildirmiş və buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni iş materialları ilə toplanmış sübutlara əsasən qiymət verərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən Quba X6 Mərkəzinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə əsasən müəyyən edilir ki, o, işdən azad edildiyi 16 ay ərzində ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Dolayısı ilə, iddiaçıya xx.xx.2019-cu il tarixdən, hansı əsasla işdən azad edilməsi və əmək haqqının ödənilməməsi aşkar olmuşdur. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. Dolayısı ilə xx.xx.2022-ci il tarixdən ona əmək haqqı ödənilmədiyini iddiaçı aşkar etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X6 Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Quba X6 Mərkəzinin 2022-ci il aprel ayı üzrə əmək haqqının hesablanması cədvəlindən müəyyən edilir ki, 2022-ci ilin aprel ayında İddiaçı 1835,68 manat məzuniyyət pulu hesablanmış, lakin vergilər və digər məcburi tutmalardan sonra cəmi 1467,01 manat ona ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin aprel ayında artıq hüquqlarının pozulduğu barədə məlumatlı olmuşdur. Hətta bununla bağlı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir. Buna baxmayaraq iddiaçı müvafiq mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini digər məhkəməyə müraciət etməsi və onun iddia ərizəsinə əlavə edilmiş sənədlərinin məhkəmə tərəfindən vaxtında təqdim edilməməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, iddiaçının digər məhkəməyə və müvafiq orqana müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. Belə ki, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin aprelmay ayında artıq əmək haqqının ödənilməməsi ilə hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə müvafiq məhkəməyə deyil digər orqana - Quba X6 Mərkəzinə müraciət etmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddətini ötürmüşdür. İddiaçı həmçinin məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişdir ki, o, ilk öncə Sumqayıt İnzibai Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qərarına əsasən ərizə geri qaytarılmışdır. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yanlış ünvana göndərildiyindən hazırkı iddia ərizəsi məhkəməyə gec daxil olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının digər rəsmi orqana müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına əsasən 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə və müvafiq mediasiya təşkilatına müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 illik müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir. Belə ki, AR Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X1rşı "əmək haqqı" tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-273/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-273/2024
05.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver