Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2764/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və digər xərclərin tutulması” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və digər xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün hər uşağa 235 (iki yüz otuz beş) manat alimentin tutulması və azyaşlı olduqlarına görə onların saxlanılmasına görə 150 (yüz əlli) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 04 iyun 2019-cu ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində nikah bağlamışlar. Birgə nikahlarından X6 14 avqust 2020-ci il və X3 27 iyun 2022-ci ildə anadan olmuşdur, bir müddət keçdikdən sonra ailədə münaqişələr başlamışdır. Ailənin öhdəliklərini ödəməkdən imtina etmişdir. Ailəyə biganə yanamışdır, uşaqlar azyaşlıdır, iddiaçı heç bir yerdə işləmir. Uşaqları saxlamaqda və maddi cəhətdə saxlamağa imkanı yoxdur. Ona görə də, məcbur olub alimentə görə Bakı şəhəri 13 saylı mediasiya təşkilatına müraciət etdi. Aralarında razılaşma olmadığına görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahaatında iddia ərizəsi ilə qismən razı olduğunu, maddi vəziyyətinin aşağı olmasını nəzərə alınaraq uşaqlara görə cəmi 400 manat aliment ödəyə biləcəyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, münasibətləri korlandığından ayrı yaşayırlar. Nikahın pozulması ilə bağlı iddia qaldırmışdır. Tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə məhkəmə baxışı təyin olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: 3 saylı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 341059 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2019-cu ildə nikaha daxil olmuşlar, bu barədə 1728 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Qəhrəmanov”, arvada “Qəhrəmanova” soyadı verilmişdir. 2 saylı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 485439 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 3 saylı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 764936 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi işləyir, aylıq əmək haqqısı 345 manat təşkil edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin alimentin artırılması ilə razılaşmasını ifadə edən ərizəsini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın “uşağın üç yaşı tamam olanadək cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əlavə xərclərdə iştirak məqsədilə hər ay 50 (əlli) manat sabit məbləğdə pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əlavə xərclərdə iştirak məqsədilə hər ay 50 (əlli) manat sabit məbləğdə pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı və alimentin tutulması 29 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əlavə xərclərdə iştirak məqsədilə hər ay 50 (əlli) manat sabit məbləğdə pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 29 aprel 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2764/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2764/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver