Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2788/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Qətnamə ilə tərəflərin birgə nikahından olan uşaqlarının saxlanılması üçün hər ay ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh uşaqların saxlanılmasına, təminatlarının ödənilməsinə kömək göstərmir. Uşaqların təminatları iddiaçı tərəfindən təkbaşına qarşılanır. İddiaçı Nəsimi rayon İcra Şöbəsinə ərizə yazaraq alimentdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşaqlarının saxlanılması üçün hər ay ümumilikdə 350 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00196 saylı barışıq sazişindən müəyyən olunur ki, İddiaçı Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, Cavabdeh övladları X3 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tələb etmişdir. Cavabdeh övladları X3 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimenti xx.xx.2023-cü il tarixdən etibarən ödəməyi təklif etmişdir. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimenti və alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasını qəbul etmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən alınmış məlumatdan görünür ki, İddiaçı mülkiyyətində **********018-05324-093020 reyestr nömrəli mənzil, “Toyota Land-Cruiser- Prado minik” markalı və “Chevrolet Cruze minik” markalı avtomobil vardır və o, südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. “Elektron Məhkəmə” İnformasiya sistemindən alınmış məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “satıcı, bazar” vəzifəsində işləyir və əmək haqqısı 345 manat təşkil edir, həmçinin o, mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, iddiaçı ona uşaqların saxlanması üçün alimentin təyin edilməsini xahiş edir. Və bunun onunla izah edir ki, o alimentin tutulması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 saylı qətnaməsinin icrasından imtina etmişdir. Məhkəmə izah edir ki, qətnamənin icrasından imtina onun ləğvinə deyil, qətnamə üzrə açılmış icra icraatı üzrə xitama səbəb olur. Yəni iddiaçı hal-hazırda qüvvədə olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 saylı qətnaməsinin icrasını tələb edə bilər, qətnamə ilə tutulmuş alimentin miqdarının artırılması istədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının aliment təyin edilməsi barədə ərizəsi təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia rədd edildiyindən dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2788/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2788/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver