Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2796/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, eyni zamanda digər ilk iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın nümayəndəsi İddiaçı, İlk iddia üzrə İddiaçı vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 MTK-nın ilk iddia üzrə Cavabdeh2 qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin olaraq iddiaçılar İddiaçı və Cavabdeh1 MTK Cavabdeh2 qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ona və rəhbəri olduğu Cavabdeh1 MTK-ya qarşı məhkəmələrə və icra şöbələrinə əsassız və qərəzli iddia tələbləri və şikayətlər ilə müraciət etməsi nəticəsində ona vurulmuş 10000 manat, rəhbəri olduğu Cavabdeh1 MTK-ya vurulmuş 10000 manat olmaqla, cəmi 20000 manat mənəvi zərərin və 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 alınaraq ona və Cavabdeh1 MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, sədri və qanuni təmsilçisi olduğu Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina inşa edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına xx.xx.2016-cı il tarixli 0083 saylı icazə verilmiş və binadakı hazır mənzillər payçılara təhvil verilmişdir. Eyni zamanda Cavabdeh1 MTK-nın sədri kimi onun və payçılardan biri olan Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 116,8 kv.m olan 2 otaqlı mənzil cavabdehə təhvil verilmişdir. 2016-cı ildən başlayaraq cavabdeh əsassız və qərəzli iddia tələbləri ilə məhkəmələrə və icra şöbəsinə müraciət edərək onun və rəhbəri olduğu Cavabdeh1 işgüzar nüfuzuna zərər yetirməklə bərabər ona mənəvi sarsıntılar yaşatmışdır. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-325/16 nömrəli 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 və digərlərinin ona və sədri olduğu Cavabdeh1nə qarşı irəli sürdüyü xidmət müqaviləsinə əlavələrin edilməsi və ümumi həyət sahəsinin yaxşılaşdırılması”na dair iddia tələbi yalnız qismən təmin olunmuş, qalan hissələrdə isə əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2017-ci il tarixli, 2( 103)-1121/2017 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və digərlərinin apellyasiya şikayəti qismən təmin edilmiş, yuxarıda qeyd olunan qətnamə qismən - iddia tələbinin binanın müvafiq səlahiyyətli qurumlar tərəfindən təsdiq edilmiş tikinti layihəsinin binanın həyətyanı sahəsinə aid hissəsində öz əksini tapmamış qanunsuz və icazəsiz tikintilərin, hasarlamanın və əlavə qurğuların sökülməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanda inşa edilmiş binanın üçüncü girişi ilə birinci və ikinci girişlərini ayıran taxta güldan, 3-cü giriş qarşısındakı söhbətgahlar, birinci girişə bitişik olan ikimərtəbəli qeyri-yaşayış binasının sökülməsi qət edilmiş, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7288/2017 saylı 10 noyabr 2017-ci il tarixli Qərarı ilə onun və Cavabdeh1 MTK-nın birgə verdikləri şikayət təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2017-ci il tarixli, 2(103)-1121/2017 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanda inşa edilmiş binanın üçünçü girişi ilə birinci və ikinci girişlərini ayıran taxta güldan, 3-cü giriş qarşısındakı söhbətgahlar, birinci girişə bitişik olan ikimərtəbəli qeyri-yaşayış binasının sökülməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2424/20 saylı 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və digərlərinin apellyasiya şikayətləri apellyasiya baxışının predmeti olan hissədə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanda inşa edilmiş binanın üçüncü girişi ilə birinci və ikinci girişlərini ayıran taxta güldan, 3-cü giriş qarşısındakı söhbətgahlar, birinci girişə bitişik olan ikimərtəbəli qeyri-yaşayış binasının sökülməsinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5785-2018 saylı 06 sentyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2424/20 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Daha sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(004)- 98/2022 saylı, 31 mart 2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə tələblərin borclu Cavabdeh1 MTK və Cavabdeh1 MTK-nın sədri olaraq onun tərəfindən guya yerinə yetirilməməsi və borclu İddiaçı barəsində cinayət işinin başlanması ilə bağlı tələbkar Cavabdeh2 Yasamal Rayon İcra şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və şikayət ərizəsinin əsassız olduğu barədə ona ətraflı cavab verilmişdir. Daha sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ilə tələbkar Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisinin və icra məmurunun hərəkətlərinə (hərəkətsizliyinə) dair verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-185/2023 saylı qərardadı ilə tələbkar Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ləğv edilmiş, tələbkar Cavabdeh2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ilə tələbkar Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin rəisi və icra məmurunun hərəkətlərinə (hərəkətsizliyinə) dair verilmiş şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-414/2023 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 8(004)- 227/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(004)-2230/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 İddiaçı, Cavabdeh1nə və digərlərinə qarşı “qanun pozuntularının araşdırılaraq təqsirli şəxslərin müəyyən edilməsi, zəbt edilən sahənin hansı rəsmi sənəd əsasında qəbul edilməsinin araşdırılması” və digər tələbləri üzrə iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5777/2023 saylı qətnaməsi ilə Cavabdeh2 iddiası qismən təmin edilmiş və İddiaçı və Cavabdeh1 hissəsində rədd edilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən Cavabdeh1 MTK-nın rəhbəri kimi onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il, 3(004)- 5286/2023 saylı qərarı ilə Cavabdeh1 MTK-nın rəhbəri kimi onun barəsində İXM- nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan zərər çəkmiş şəxs (tələbkar) Cavabdeh2 apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 3(004)-5286/2023 saylı qərarının ləğv edilməklə borclu Cavabdeh1 MTK-nın rəhbəri İddiaçı barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2418/2023 saylı qərarı ilə zərər çəkmiş şəxs Cavabdeh2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Cavabdeh1 MTK-nın rəhbəri İddiaçı barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 3(004)- 5286/2023 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, cavabdehin hüquqlardan sui-istifadə edərək, ona və rəhbəri olduğu Cavabdeh1nə qarşı heç bir qanuni əsası olmayan və qərəzli iddia tələbləri və şikayətləri nəticəsində onun və rəhbəri olduğu Cavabdeh1 MTK-nın işgüzar nüfuzuna zərər dəymiş, eyni zamanda, o, mənəvi sarsıntılar keçirmiş, səhhəti korlanmış və bununla əlaqədar mütəmadi müalicələr almaq məcburiyyətində qalmışdır. Bununla da cavabdehin yuxarıda qeyd edilən hərəkətləri ilə ona, rəhbəri olduğu Cavabdeh1 MTK-ya mənəvi ziyan dəymişdir. Özünə dəymiş mənəvi ziyanı 10000 manat və Cavabdeh1 MTK-nə dəymiş mənəvi ziyanı 10000 manat məbləğində dəyərləndirir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh1 MTK-nın Cavabdeh2 qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 MTK və İddiaçı, Cavabdeh2 ilə bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilə öhdəliklərini və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri icra etməməsi, Cavabdeh2 qarşı təqsirli mülki hüquq pozuntularının davam etməsi, onun qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, ünvan üzrə binada ona əxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin tam təmin edilməməsi nəticəsində həmin mənzildən lazımınca istifadə edilməməsi və mülki hüquqlarının pozulmasına baxmayaraq, cavabdehlərin əsassız, yalan və böhtan tərkibli iddia ərizəsi ilə, hüquqlarının müdafiəsindən çəkindirmək, Konstitusiyada və müvafiq qanunlarda nəzərdə tutulan hüquqlardan istifadəyə maneələr yaratmaq cəhdləri nəticəsində davamlı vurulmuş mənəvi zərərin əvəzi kimi Cavabdeh2 xeyrinə Cavabdeh1 MTK-dan 15000 manat və İddiaçı 15000 manat məbləğdə təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, eyni zamanda digər ilk iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın nümayəndəsi İddiaçı və onun vəkili Vəkil izahatında ilk iddianı təmin olunmasını, qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X4 izahatında qarşılıqlı iddianı müdafiə etdiklərini, ilk iddianı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 0083 saylı “Tikinti obyektinin istismarına” İcazə sənədindən görünür ki, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikinti obyektinin istismarına icazə verilmiş və binadakı hazır mənzillər payçılara təhvil verilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/16 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar X10, X2 və Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və onun sədri İddiaçı qarşı “xidmət müqaviləsinə əlavələrin edilməsi və ümumi həyət sahəsinin yaxşılaşdırılması tələbinə” dair iddia tələbinin qismən təmin edilməsi, iddia tələbinin 3-cü hissəsinin 2, 3, 4, 6, 7, 8, 9, 10 və 11-ci bəndlərinin təmin edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7288/2017 saylı, 10 noyabr 2017-ci il tarixli Qərarına əsasən cavabdehlər Cavabdeh1 MTK və onun sədri İddiaçı birgə verdikləri kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1121/2017 saylı, 15 may 2017-ci il tarixli qətnaməsinin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş binanın üçünçü girişi ilə birinci və ikinci girişlərini ayıran taxta güldan, 3-cü giriş qarşısındakı söhbətgahlar, birinci girişə bitişik olan ikimərtəbəli qeyri-yaşayış binasının sökülməsi” hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5785/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli Qərarına əsasən iddiaçılar X16 və Abdullayev Kimya Hənifə qızının kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasıiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2424/20 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5777/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2230/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsi qismən – “”Yasamal 43” MMMCnin sədri X6 imzası ilə Cavabdeh2 adına göndərilən 12 yanvar 2023-cü il tarixli, 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, iddiaçı Cavabdeh2 məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh1 MTK əsasında yenidən təşkil edilmiş hüquqi şəxs ”Yasamal 43” MMMC-nin mühasibat sənədlərində, 01 fevral 2020-ci il tarixdən hazırki vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək binanın ümumi əmlakının saxlanılmasına aid kommunal xidmətlərə görə, Cavabdeh2 ”Yasamal 43” MMMC-nin pul ödənişi tələbini qanunsuz hesab edilməsi, ”Yasamal 43” MMMC və onun sədri X5, iddiaçı Cavabdeh2 tərəfindən göndərilən məktubları qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkətinin qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsi vəzifəsinin qoyulması” hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh2 iddiasının qismən təmin edilməsi, ”Yasamal 43” MMMC tərəfindən Cavabdeh2 adına göndərilmiş 1660 manat məbləğində pul vəsaitinin tələb olunması ilə bağlı 12 yanvar 2023-cü il tarixli, 0171/2023 saylı bildirişin qanunsuz hesab olunaraq həmin bildirişə əsasən binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə hesablanmış 1660 manat pul məbləğində borcun silinməsi, ”Yasamal 43” MMMC-nin Cavabdeh2 tərəfindən göndərilən müraciətlərə cavab verməməsinin qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməsi vəzifəsinin qoyulması iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2418/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən zərərçəkmiş şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Cavabdeh1 MTK-nın rəhbəri İddiaçı barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 3(004)-5286/2023 saylı qərarın verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Cavabdeh1 MTK ilə payçı Cavabdeh2 arasında bağlanmış 29 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən, kooperativ Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq Hərbi Şəhərciyində 1028-ci məhəllədə yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 139 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. -Cavabdeh1 MTK ilə sakin Cavabdeh2 arasında bağlanmış 29 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən kooperativ və sakinin qarşılıqlı öhdəlikləri müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2018ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-608/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi, mülki hüquq pozuntusu, qanunsuz pul tələb edilməsi, vəzifəli şəxsin qanunla verilməsi nəzərdə tutulmuş məlumatların və sənədlərin fiziki şəxsə verilməsindən imtina edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MTK və İddiaçı 29 yanvar 2013-cü il tarixli xidmət müqaviləsi üzrə kooperativin öhdəlikləri yerinə yetirilənədək və Yasamal rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda AR Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05128 saylı yanğın texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan aradan qaldırılana qədər, iddiaçı X3 “kommunal xidmət” üzrə ödəniş tələb olunmasının qanunsuz hesab edilməsi və kommunal xidmətlər üzrə cavabdeh “Qranit" MTK-nın mühasibat sənədlərində iddiaçının adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsinin üzərlərinə qoyulması, X7 məxsus ünvan 3, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət“ə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Cavabdeh1 MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin erasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 MTK-nın Cavabdeh2 qarşı “kommunal xidmətlərə görə ödənişlərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9271/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-608/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən- kooperativin nizamnaməsinin, kooperativə üzvlük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsinə dair iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, kooperativin nizamnaməsinin, kooperativə üzvlük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin iddiaçı Cavabdeh2 verilməsi vəzifəsinin Cavabdeh1 MTKya həvalə edilməsi qət edilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MTK-nın üzərinə iddiaçı X8 ilə ünvan 5 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, iddiaçı X7 məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməsi və tanınması, Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 8(103)-185/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən tələbkar Cavabdeh2 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, tələbkar Cavabdeh2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1952/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək, 1200 manat məbləğində inzibati cərimə edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7584/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 3(004)-1569/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən tələbkar Cavabdeh2 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, İddiaçı barsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2058/2023 saylı, 30 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, işdə olan natamamlıqların həll edilib aradan qaldırılması və inzibati xətaya dairr materialın yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 MTK ilə payçı Cavabdeh2 arasında bağlanmış 29 yanvar 2013-cü il tarixli müqaviləsi əsasında, kooperativ Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq Hərbi Şəhərciyində 1028-ci məhəllədə yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 139 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixdə Cavabdeh1 MTK ilə sakin Cavabdeh2 arasında bağlanmış 29 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən kooperativ və sakinin qarşılıqlı öhdəlikləri müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 0083 saylı “Tikinti obyektinin istismarına” İcazə sənədi əsasında Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikinti obyektinin istismarına icazə verilmiş və binadakı hazır mənzillər payçılara təhvil verilmişdir. Daha sonra Cavabdeh1 MTK və onun sədri İddiaçı ilə Cavabdeh2 arasında 29 yanvar 2013-cü il tarixli müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri olmuş, çoxsaylı məhkəmə aktları qəbul edilmişdir. Hazırda Cavabdeh1 MTK və İddiaçı Cavabdeh2 qarşı iddia tələbi, eyni zamanda Cavabdeh2 da Cavabdeh1 MTK və İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəli sürərək çoxsaylı məhkəmə çəkişmələrindən irəli gələn mənəvi zərərin ödənilməsini tələb edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansıl məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Plenum qərarının da mövqeyindən müəyyən olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi birbaşa iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsindən, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilmiş olmasından asılı etmişdir. Lakin hazırda nə ilkin iddiaçılar, nə qarşılıqlı iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir, bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəfi onlara mənəvi zərər dəyməsini çoxsaylı məhkəmə çəkişmələrinin baş verməsi ilə əlaqələndirmişlər. Həmin dəlilə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hüquq və azadlıqların məhkəmədə müdafiəsi hər bir hkəsin təməl konstitusion hüquqlarından biridir. Bu baxımdan hər hansı bir şəxsin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi, məhkəmə aktlarından şikayət verməsi digər şəxsə mənəvi zərər vurulmasına səbəb ola bilməz. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 MTK-nın ilk iddia üzrə Cavabdeh2 qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni həm ilkin iddia, həm də qarşılıqlı iddia rədd edilməli olduğundan hazırkı iddia və qarşılıqlı iddianın qaldırılması ilə əlaqədar iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları onlara aid olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 MTK-nın ilk iddia üzrə Cavabdeh2 qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2796/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2796/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver