Məhkəmə qərarları › İş №2(004)-283/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-283/2024

04.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-283/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ödəncin gecikdirilməsinə görə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2571066Cavabdeh tərəfindən ona 16890 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci tarixindən xx.xx.2018-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsində həqiqi hərbi xidmətdə olmuşdur və istefaya buraxılmışdır. Həmin vaxtdan xx.xx.2022-ci il tarixinədək mülki şəxs kimi hərbi vəzifə olan Daxili Təhlükəsizlik Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir və 2022-ci ilin aprel ayına kimi ona vəzifə maaşı, eləcə də FHN-nin də tətbiq etdiyi Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamənin 11-ci maddəsinə uyğun olaraq, qulluq illərinə görə əlavə ödənilmişdir. xx.xx.2022-ci il tarixində öz xahişilə tutduğu vəzifədən azad edilmişdir, lakin bu günə qədər onunla son haqq-hesab aparılmamış, noyabr ayında işlədiyi günlərin əmək haqqısı və 2019-cu ildən istifadə etmədiyi məzuniyyətlər üçün pul əvəzi ödənilməmiş və əmək kitabçası ona qaytarılmamışdır. Bununla bağlı Nazirliyin Maliyyə İqtisadiyyat Baş İdarəsinin əməkdaşlarına müraciət edəndə ona bildirirlər ki, mülki şəxs kimi hərbi vəzifəni tutanda qulluq illərinə görə əlavə ona düzgün hesablanmayıb, ona görə də noyabr ayının əmək haqqısı və istifadə etmədiyi məzuniyyətlər üçün pul əvəzi ödənilməyəcəkdir. O bununla razılaşmayaraq qulluq illərinə görə əlavənin həmin vaxt qüvvədə olan Əsasnaməyə uyğun ödənildiyini, düzgün ödənilmədiyi halda həmin məbləğin kimin təqsiri üzündən ödənilibsə, ondan tutulmalı olduğunu, indi pulun ondan tutulmasına qanunun yol vermədiyini izah etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı, xx.xx.2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə rəsmi ərizə ilə müraciət etməyinə baxmayaraq, bu günə kimi müraciətinə cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1821/Ş nömrəli Əmək müqaviləsinə xitam verilmə haqqında Əmrdən çıxarışa əsasən müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müavini (hərbi qulluqçu vəzifəsi hesabına) İddiaçı öz xahişi ilə 18 noyabr 2022-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-18/2-659/2024 nömrəli məktubdan görünür ki, İddiaçı ödənilməli olan əmək haqqı 662 manat 52 qəpik və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya 3668 manat 25 qəpik vəsait hesablanaraq 11 dekabr 2023-cü il tarixdə ödənilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli, 1821/Ş nömrəli Əmək müqaviləsinə xitam verilmə haqqında Əmrdən çıxarışa əsasən müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müavini (hərbi qulluqçu vəzifəsi hesabına) İddiaçı öz xahişi ilə 18 noyabr 2022-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ödəncin gecikdirilməsinə görə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2571066Cavabdeh tərəfindən ona 16890 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ödənilməli olan əmək haqqı 662 manat 52 qəpik və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya 3668 manat 25 qəpik vəsait hesablanaraq 11 dekabr 2023-cü il tarixdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tutduğu vəzifəsindən azad edildiyi halda ödənilməli olan əmək haqqı ona xx.xx.2023-cü il tarixində, yəni 387 gün gecikdirilərək ödənilmişdir. Belə olduğu təqdirdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində (662,52x1%=6,62 manat) ödənc verilməli olduğu müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz (6,62x387=2561,94 manat) ödəncin verilməsi qismində 2561,94 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən tutularaq ödənilməlidir. Həmçinin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin gecikdirilməsinə görə ödənilməli olan məbləğə dair hissəni araşdıraraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin iddiaçı tərəfindən verilmiş iddia tələbinə nəzər yetirdikdə görmək olur ki, tələbin bir hissəsi qismində cavabdehdən işdən azad olunmağı ilə bağlı gecikdirilmiş son haqq-hesab məbləğinin gecikdirilmiş hər iş günü üçün azı bir faizi məbləğində ödənişin verilməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, AR ƏM-nin 172.5-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, burada hər gecikdirilmiş gün üçün işçiyə azı bir faizi məbləğində ödəncin verilməsi sadəcə əmək haqqına münasibətdə tətbiq edilə bilər. Son haqq-hesab dedikdə isə burada istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. Nəticədə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin gecikdirilməsinə görə ödəncin verilməsi nəzərdə tutulmur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 2561,94 (iki min beş yüz altmış bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən tutularaq ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar