Məhkəmə qərarları › İş №2(004)-2837/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2837/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2837/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Ağaməmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.1998-ci il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi və Cavabdeh mediasiya xərcinin əvəzi olan 61 (altmış bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.1996-cı il tarixdə Quliyev Müslüm Səlim oğlu ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1998-ci il təvəllüdlü oğlu Səlim Quliyev anadan olmuşdur. Cavabdehlə münasibətləri yaxşı olmadığına görə 13 mart 2002-ci il tarixdə Bakı şəhəri Xətai VVADQ şöbəsində nikah müqaviləsi ləğv edilmişdir. Bir neçə ildən sonra oğlu Səlim Quliyev “ağır dərəcəli əqli gerilik kobud nitq və davranış pozuntuları ilə” müddətsiz birinci dərəcəli əlillik xəstəliyinə tutulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli, 2(004)-2917/2023 saylı qətnaməsinə əsasən oğlu Səlim Quliyev fəaliyyət qabiliyyətsiz elan edilmişdir. Bakı şəhəri, Yasamal RİH başçısının xx.xx.2023-cü il tarixli, 440 saylı sərəncamına əsasən o oğlu Səlim Quliyevin qəyyumu təyin edilmişdir. Bunlarda əlavə uzun müddətdir əqli cəhətdən xəstə olan övladından ayrı yaşamasına baxmayaraq Cavabdeh bu neçə ildə bir dəfə də olsun nəinki övladına baş çəkmiş, heç maraqlanmamışdır. Səlim Quliyevin bütün tibbi müayinələrinin, yeməyinin, geyimkeciminin və sair hər bir ehtiyacını valideyni olaraq, tək bir ana olaraq çarəsiz o təmin edir. Təbii ki, onun övladıdır, ona baxmaq, qulluq göstərmək, sevmək, qeydinə qalmaq bir valideyn kimi onun borcudur, bunu sevərək edir. Lakin rəsmi iş yeri olmayan tək qadın üçün sağalmaz xəstə oğluna baxmaq çətinlik yaradır. Səlim Quliyev onun kimi, Cavabdeh də oğludur və onun qədər bu uşaq üzərində istər mənəvi, istərsə də qanuni məsuliyyəti və vəzifələri vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərmişdir ki, oğlu Səlim Quliyevin saxlanılması üçün dövlət tərəfindən əlilliyə görə hər ay 470 manat müavinət, 100 manat qəyyum kimi ona haqq ödənilir. Özü işləmir. Əvvəl uşağa anası baxdığından o işləyirmiş, lakin sonradan anası xəstə olduğundan işdən çıxmalı olmuşdur. Onun saxlanılması üçün dövlət tərəfindən verilən ödəniş kifayət etmir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, S.Quliyevin sağlamlığı ilə əlaqədar bir dərman qəbul edir, həmin dərman dövlət tərəfindən qarşılanır. Ancaq vitaminlərini özü alır. Rabilitasiya mərkəzləri ödənişlidir. Dövlət müəssisə olan realibilitasiya mərkəzi isə yatılıdır, onu gece qalmaqla mərkəzə yerləşdirə bilməz. Ondan ayrılması mümkün deyil. Oğlunun yemək və geyimini qarşılamağa maddi imkanı çatmır. Depozitə oğlu üçün cavabdeh tərəfindən qoyulmuş əmanəti müddət bitdikdən sonra, təxminən 7500-8000 manat arası məbləği götürmüşdür. Atası pandemiya dövrünədək hər ay olmasa da, müəyyən aralıqlarla uşağın saxlanılması üçün ödənişlər edirdi. Sonradan ödənişləri dayandırıldı. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Ağaməmməd oğlu iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh 23 sentyabr 1998-ci il təvəllüdlü 26 yaşlı oğulları Səlim Quliyevin saxlanması üçün hər ay 235 manat məbləğində aliment tələb edir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsi ilə əsaslandırmağa çalışmışdır. Tərəflər arasında nikah məhkəmə qaydasında xx.xx.2001-ci ildə pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, 6 saylı Mediasiya Təşkilatı ilə cavabdeh şəxsən və o nümayəndə-vəkil olaraq işə baxan mediator ilə əlaqə saxlayaraq “aliment tələbinə dair” təklifin hansı aliment və s. məsələləri olduğunu soruşduqda, mediator müraciəti cavablandıra bilməmişdir. Mediator hətta şifahi olaraq məlumat verməkdən imtina etmişdir. Ona görə mediasiya prosesində iştirak etmədi. 1998-ci il təvəllüdlü X8 dövlət tərəfindən sosial müavinət və pensiya təminatı kimi hər ay 570 (beş yüz yetmiş) manat müavinət ödənilir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Quliyev X11 Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baş mühasib vəzifəsində çalışır, aylıq əmək haqqı məbləği 503 manatdır. Müvafiq tutulmalar icra edildikdən sonra, cavabdeh 470 manat 30 qəpik aylıq maaş alır. Səlim Quliyev xx.xx.1998-ci ildə anadan olduğundan, uşağın 18 yaşı xx.xx.2016-cı ildə tamamlanmışdır. Məhkəmənin 27 may 2024-cü il tarixli hazırlıq iclasında İddiaçı etiraf etdiyi kimi, Cavabdeh “Azərpoçt” dövlət müəssisəsi vasitəsilə və iddiaçının kart hesabı vasitəsilə uşağın 18 yaşı tamam olduqdan sonrakı dövrlərdə uşağa görə iddiaçıya müvafiq ödənişlər (köçürmələr) etmişdir. Qeyd olunan məsələnin mübahisə predmetinə aidiyyəti olması baxımından, iddiaçının məhkəmə prosesində etirafı və cavabdehin həmin hərəkətləri könüllü olaraq icra etməsi nəzərə alınmalıdır. Cavabdeh 19 oktyabr 2009-cu ildə "xxxx" ASC-nin Suraxanı filialı ilə “Gələcəyə inamla” əmanət üzrə müqavilə bağlamışdır; Cavabdeh azyaşlı övladı X7 adına nağd yolla 2000 (iki min) manat məbləğində pul vəsaitini əmanətə qoymuşdur; Bank həmin vəsaiti qəbul edərək illik 30 % ödəniş etməyi öhdəlik götürmüşdür; əmanət 10 (on) il müddətinə qəbul edilmişdir; hesablanmış faiz məbləğləri müddətin sonunda ödənilməsi razılaşılmışdır, əmanət Bank tərəfindən sığortalanmışdır. Beləliklə, 10 il müddətinə illik 30% hesabı ilə Səlim Quliyevin adına Kapital Bankda qoyulmuş pulun götürülmə müddəti xx.xx.2019-cu ildə tamam olmuşdur. Səlim Quliyev tərəfindən əgər 2019-cu ildə pul vəsaiti götürüləcəkdisə, götürüləcək pulun ümumi məbləği 8000 (səkkiz min) manat təşkil edir. Məhkəmənin hazırlıq iclasında sualları cavablandırarkən İddiaçı etiraf etdi ki, Səlim Quliyevin xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi müəyyən edilməklə, Sosial və Pensiya təminatı kimi hər ay dövlət tərəfindən ona 570 (beş yüz yetmiş) manat pul ödənilir. İddiaçı heç bir yerdə işləmədiyini Məhkəməyə bildirdi. Cavabdeh 12 yanvar 2002-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2002-ci ildə X12 adında övladları vardır. ADA universitetində əyani, ödənişli təhsil alır. Atasının himayəsindədir. xx.xx.2003-cü il tarixdə X10 adında övladları vardır. Psixologiya üzrə əyani, ödənişli təhsil alır. Atasının himayəsindədir. Hal-hazırda Cavabdeh həyat yoldaşı heç bir yerdə işləmir. Beləliklə ailənin cəmi dörd üzvü var. İşləyən yalnız Cavabdehdir. Ölkədə tibbi xidmətlər artıq sığorta hesabına qarşılandığı üçün, Cavabdeh diqqətəlayiq hərəkətləri, Səlim Quliyev sosial və pensiya təminatında olduğundan, ailənin digər üzvlərin mənafelərini nəzərə almaqla, habelə hər iki valideynin əmək qabiliyyəti olmayan övlada münasibətdə bərabər hüquq və vəzifələr daşıdıqları nəzərə alınmaqla, uşağın saxlanmasına görə hər ay iddiaçıya cavabdeh tərəfindən 50 (əlli) manat ödəniş etmək imkanının olmasını nəzərə alaraq, 50 (əlli) manat həcmində sabit pul məbləğin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş XX-JQ 459932 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 23 sentyabr 1998-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş AZ-İ 016694 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah 13 mart 2001-ci il tarixdə 52 nömrəli akt qeydi ilə ləğv edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-nın müayinə olunan şəxs üzrə məlumatından görünür ki, X6 müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz ağır dərəcəli əqli gerilik, kobud nitq və davranış pozuntuları ilə. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(004)- 2917/2023 saylı qətnaməsinə əsasən, ərizə təmin edilərək, 23 sentyabr 1998-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Yeni Yasamal yaşayış massivi, giriş 3, xarici dairəvi yol, 20 nömrəli evin 248-ci mənzilində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 440 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı övladı xx.xx.1998-ci il təvəllüdlü X8 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Quliyev X11 MKTB-də əmək müqaviləsi üzrə baş mühasib vəzifəsində çalışır və 503 manat əmək haqqı alır. Suraxanı MKTB-nin 26 aprel 2024-cü il tarixli arayışından görünür ki, X5 aylıq gəliri vergi və ödənişlər çıxıldıqdan sonra 470,30 manat təşkil edir. "xxxx" ASC-nin Suraxanı filialının 1328 saylı 21 oktyabr 2009cu il tarixli arayışından görünür ki, X5 adına GELM-02 hesabı üzrə 2000 manat məbləğində depozit əmanət hesabı açılmışdır və vəsait uşağın atası Cavabdeh tərəfindən qoyulmuşdur. Xətai rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 031975 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında 12 yanvar 2002-ci il tarixdə 36 nömrə ilə qeydə alınmaqla nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X12 və xx.xx.2003-cü il təvəllüdlü X10 anadan olmuşdur. Bakı şəhəri 6 saylı Medasiya təşkilatının 01 may 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı nümayəndəsi X14 tərəfindən 50 manat İMS xərci, 10 manat kargüzaqlı xərci üzrə ödəniş edilmişdir. İşin mübahisəsiz halı odur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.1998ci il təvəllüdlü X13 anadan olmuş, tərəflər arasında olan nikah 2001-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə, 23 sentyabr 1998-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 440 nömrəli sərəncamına əsasən, vətəndaş İddiaçı övladı xx.xx.1998-ci il təvəllüdlü X8 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Cavabdeh 2002-ci ildə nikaha daxil olmuş, nikahdan iki uşaqlar var, yetkinlik yaşına çatmışlar. Hazırda ididaçı İddiaçı xx.xx.1998-ci il təvəllüdlü X2 üçün 235 manat məbləğində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 85.1.2-ci maddəsinə əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunur ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Ailə Məcəlləsinin 80.2-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhkəmə, S.Quliyevin saxlanılması üçün verilən müavinətin məbləğini (iddiaçı tərəfin bildirdiyi üzrə ümumi 570 manat), onun hal-hazırki sağlamlıq durumunu, xüsusi qulluğa ehtiyacı olmasını, eləcə də cavabdehin maddi vəziyyətini (503 manat əmək haqqı) nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.1998-ci il təvəllüdlü X1 üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulması ağlabatandır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.1998-ci il təvəllüdlü X1 üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməli, alimentin tutulması məhkəməyə müraciət edilən vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.1998-ci il təvəllüdlü X1 üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar