Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2880/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş övladları xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi, alimentin tutulmasının əvvəlinin uşaqların doğulduğu vaxtdan hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2010-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-5808/2012 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında bağlanmış nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmışlar. Nikahları rəsmi qaydada pozulsa da, fasilələrlə barışaraq bir evdə yaşamışlar. Sonuncu dəfə xx.xx.2023-cü ildə faktiki olaraq ayrılmışlar. Evin və uşaqların xərci o, özü ödəmişdir. Cavabdeh rəsmi əmək haqqından başqa, peşəkar olaraq foto və video çəkilişlər aparmaqla əlavə vəsait qazanır. Buna baxmayaraq cavabdeh boşanmadan sonra uşağların saxlanması üçün ona maddi kömək etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2010-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmışdır. Nikahları rəsmi qaydada pozulsa da, onlar fasilələrlə barışaraq ünvan 1 ünvanda bir ailə kimi yaşamağa davam etmişlər. O, ailənin maddi təminatını ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə faktiki ayrılmışlar. O, AMEA Fəlsəfə İnstitutunda aparıcı elmi işçi işləyir, aylıq əmək haqqı 580 manatdır. O, əlavə olaraq hərdən bir foto və video çəkilişləri ilə məşğul olur. Aylıq qazancının 1/3 hissəsini aliment kimi uşaqlarına ödəməyə etiraz etmir. Lakin alimentin tutulmasının əvvəlinin uşaqlarının doğulduğu vaxtdan hesablanması ilə razı deyildir. Çünki, daima onlar birlikdə yaşamışlar və uşaqlarının maddi təminatını ödəmişdir. Hazırda alimentin tutulmasının əvvəlinin iddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən və ya xx.xx.2023-cü il tarixdən hesablanmasına etiraz etmir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ 477795 nömrəli və xx.xx.2013-cü il tarixli AZ-İİİ 125213 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan - xx.xx.2010-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-5808/2012 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 984 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmışlar. Nikah pozularkən İddiaçı xx.xx.2012-ci il tarixdə ərizə verərək aliment tələbinin olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi alimentin uşaqların doğulduğu vaxtdan tutulmasına dair hissədə rədd edilməlidir. Çünki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixə kimi tərəflər bir evdə yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Cavabdeh uşaqlarının maddi təminatının ödənilməsində iştirak etmişdir. Bu səbəblərdən ailimentin tutulmasının əvvəli uşaqların doğulduğu vaxtdan deyil, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulması qanuni, əsaslı və ədalətli hesab edilir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2880/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2880/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver