Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2893/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Əhmədov X5, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Əhmədov X5 Cavabdehnə qarşı “əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədov X12 Cavabdehnə qarşı “əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə ödəncin ödənilməsi, məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh rəhbərliyi arasında olan əmək mübahisəsinin araşdırılması, əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə 1% ödəncin 2446 (iki min dörd yüz qırx altı) manat ödənilməsi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may) əməkhaqqı 2427 (iki min dörd yüz iyirmi yeddi) manat, mediasiya xərcləri 55 (əlli beş) manat və iddia ərizəsinin dövlət rüsumu 71 (yetmiş bir) manat məbləğində ümumilikdə 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ildən etibarən Cavabdehndə çalışmışdır. 2018-ci ildə Kollecə yeni təyin olunmuş direktor İsrayıl İsgəndərov onu qərəzli formada qanunsuz olaraq şöbə müdiri vəzifəsindən çıxartdı. Bildirir ki, Kollecdə şöbə müdiri olduğu və Naxçıvanda qeydiyyatda olduğu üçün onu işdən kənarlaşdırmaq, işgüzar nüfuzunun aşağı salınması üçün əlindən gələni etmiş, ona külli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Eyni hərəkətləri təkrarlamış 2022-ci ilin fevral ayında müdriyyət onu qanunsuz olaraq 70 ç maddəsi ilə işdən xaric etmişdir. Bununla əlaqədar o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etmişdi. Araşdırılma nəticəsində əmək müqavilənin əmək qanunvericiliyi tələbləri pozularaq xitam verildiyindən müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla o yenidən həmin işə əvəzçilik üzrə müəllim kimi bərpa olundu. Bərpa olunsa da işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqının 1% 2446 (iki min dörd yüz qırx altı) manat ödənilməmişdir. Əmək müqaviləsinə qanunsuz olaraq 2023-cü ilin sentyabr ayında yenidən xitam verilmişdir. İşdən qanunsuz çıxarılan zaman Azərbaycan Dövlət Pedaqoji Kollec 2023-cü ildən məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may) əməkhaqqı 2427 (iki min dörd yüz iyirmi yeddi) manat məbləğ ödənilməyib. Bütün bunları ona məxsus olan əməkhaqqı kartından "xxxx" KB ASC tərəfindən verilmiş çıxarış da sübut edir. Müdriyyətə dəfələrlə bu barədə kompramisə getməyi təklif etsə də heç bir şəkildə müraciətlərinə baxılmamış və məhəl qoyulmamışdır. Odur ki, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı Əhmədov X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək haqqının işəgötürənin təqsiri ucbatından gecikdirilərək 24 fevral 2022-ci il tarixdən 03 may 2024-cü il tarixədək 1% ödəncin, 2446 manat məbləğində pulun, 55 manat mediasiya xərci və 71 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Əhmədov X12 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixində iddia verərək əvvəllər işlədiyi Cavabdeh ona gecikdirilmiş əmək haqqının ödənilmədiyini tələb etmişdir. İddiada göstərilmişdir ki, 2023cü ildən məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may) əməkhaqqı 2427 manat məbləği ödənilməyib. Beləliklə iddiaçı məhkəmədən xahiş edir ki, təqsiri üzündən gecikdirilməsinə görə 1% ödəncin 2446 (iki min dörd yüz qırx altı) manat ödənilməsi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may) əməkhaqqı 2427 (iki min dörd yüz iyirmi yeddi) manat, mediasiya xərcləri 55 (əlli beş) manat və iddia ərizəsinin dövlət rüsumu 71 (yetmiş bir) manat məbləğində ümumilikdə 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat ödənilməsini xahiş etmişdir. İddiaçının tələbləri tamamilə əsassızdır və onun əsassız olması müxtəlif orqanlara, o cümlədən Elm və Təhsil Nazirliyinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və digər orqanlara dəfələrlə yazdığı şikayətlərlə bağlı verilən cavablarda göstərilib. Borcun olmaması haqqında müvafiq bank sənədləri mövcuddur. İddiaçıya işlədiyi dövrdə hesablanmış bütün əmək haqqı, əmək haqqına əlavələr bank hesabına köçürülmüşdür. İddiaçı 12 sentyabr 2014-cü ildən ADPKda əvvəlcə müəllim, 14 sentyabr 2016-cı il tarixdən isə “Texnologiya müəllimliyi” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixində işində yol verdiyi nöqsanlara görə İddiaçı şiddətli töhmət verilmiş, öz ərizəsinə əsasən xx.xx.2019-cu il tarixli 90 nömrəli əmrlə şöbə müdiri vəzifəsindən azad edilmiş, yenidən müəllim vəzifəsinə keçirilmişdir. Bakı Nəqliyyat Agentliyinə (əsas iş yeri) işə qəbul edilməsi ilə əlaqədar olaraq xx.xx.2021ci tarixli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli 130 nömrəli əmrlə əmək normasının dəyişdirilməsi (0.5 ş.v.ə. müəllim) barədə əmr verilmişdir və iddiaçı Bakı Nəqliyyat Agentliyində işləməklə yanaşı ADPK-da əvəzçilik üzrə müəllim vəzifəsində çalışmaqda davam etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilənə qədər 2021/2022-ci tədris ili üzrə İddiaçı 634 saat dərs yükü ilə tarifikasiyaya hesablanaraq müəyyən edilmişdir. İddiaçı uzun müddət işə gəlməmiş, telefon zənglərinə və ünvanına göndərilən məktuba cavab verməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə 70 ç) maddəsi ilə xitam verilmişdir. X19 Əhmədov X11 Xidmətinə şikayət etmişdir. ADPK ilə X11 Xidmətinin Bakı şəhər İdarəsi ilə razılaşma əsasında o yenidən xx.xx.2022-ci il tarixli 78 nömrəli əmrlə əvəzçilik üzrə işinə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixindən (iddiaçı ilə əmək müqaviləsin ƏM 70 ç maddəsi ilə xitam verildiyi tarixdən) onun işə bərpa olunduğu xx.xx.2022-ci il tarixinə qədər iddiaçının dərs yükü olmadığı üçün (qış imtahan sessiyasından sonra onun növbəti sessiya üçün dərs yükü bitmişdir) ona məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanmamışdır və hesablana bilməzdi. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə (qeydiyyat nömrəsi 543) əsasən xx.xx.2021- ci il tarixli 130 saylı əmrlə 0.5 ş.v.ə. müəllim keçirildikdən sonra dərs yükü müavfiq şəkildə 50% azaldımışdır 0.5 ş.v.ə müəllim kimi 2021/2022-ci tədris ili üzrə ona 272 saat dərs yükü ayrılmışdır. İddiaçı bu dərs yükünü 1-ci semestrdə icra edib. Müəyyən olunmuş dərs yükü üzrə tədrisi həyata keçirdiyi müddətdə, yəni sentyabr ayı üzrə şəxsə 240,15 manat, oktyabr ayı üzrə 195 manat, noyabr ayı üzrə 195 manat, dekabr ayı üzrə 195 manat, yanvar ayı üzrə 234 manat hesablanılıb, tutulmalar nəzərə alınaraq (o, cümlədən sentyabr ayı üçün 154 manat aliment) sentyabr ayı üçün 45,68 manat, oktyabr ayı üçün 156,98 manat, noyabr ayı üçün 156,98 manat, dekabr ayı üçün 156,98 manat, yanvar ayı üçün 188,37 manat ödənilib. xx.xx.2022-ci il tarixli 35 nömrəli əmək müqaviləsinə xitam verilməsi əmrinə əsasən mart ayında son haqq hesab aparılmış və mart ayı üçün 1663,98 manat şəxsin bank hesabına (AZ31UBAZ**********1010AZN001 saylı hesaba) köçürülmüşdür. Sonradan verilən məlumata görə iddiaçının kredit borcu olduğu üçün həmin məbləğ borca yönəldilmişdir. Son haqq-hesabın bir neçə gün gecikməsi Kollecin və işəgötürənin təqsiri üzündən gecikdirilməmişdir. Kollec büdcədən maliyyələşdirilir. Büdcədən maliyyələşən təşkilatlarda isə maliyyə aylıq maliyyə sifarişləri verildikdən sonra Maliyyə Nazirliyi tərəfindən aylıq ödənişlər vasitəsilə tənzimlənir. Bu baxımdan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ay ərzində 1 dəfə maliyyələşmə açılır. xx.xx.2022-ci il tarixli 35 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab aparılmış, lakin kollecin büdcə qalığı sıfıra bərəbər olduğuna görə hesablanan son haqq hesab xx.xx.2022-ci il tarixində ödənilmişdir. Buna səbəb kollecə Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşmənin xx.xx.2022-ci il tarixdə daxil olmasıdır. Qeyd olunduğu kimi iddiaçının müxtəlif dövlət orqanlarına etdiyi şikayətlərə verilən cavablarda borcun olmadığı sübut edilmişdir. Lakin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələblərini zidd olaraq iddia müddəti başa çatdıqdan sonra mediasiyaya müraciət etmişdir. Bu səbəbdən məhkəmə verilən iddia müddətinin keçməsi səbəbindən baxılmamalıdır. 2023-cü il 15 avqust tarixində mediasiya ofisində keçirilən ilkin mediasiya sessiyasında Kollec tərəfindən məsələ qaldırılmışdır və bu səbəbdən sonrakı mediasiya prosesindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində əvəzçilik üzrə müəllim vəzifəsinə bərpa edilmiş və bundan sonra o məhkəməyə pul tələbi ilə iddia vermək üçün hər hansı fəaliyyətə başlamamış, o cümlədən mediatora müraciət etməmişdir. Yalnız 1 il 3 aydan çox keçdikdən sonra mediatora müraciət etmişdir. Müraciət ona əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam veriləcəyinə dair xəbərdarlıq ediləndən sonra baş vermişdir. İddiaçıya 2022/2023-cü tədris ili üzrə 264 saat dərs yükü müəyyən edilmiş və tarifikasiyaya salınmışdır. Müvafiq olaraq sentyabr ayı üzrə 117 manat, oktyabr ayı üzrə 234 manat hesablanılıb, tutulmalar nəzərə alınaraq sentyabr ayı üzrə 94,19 manat, oktyabr ayı üzrə 188,37 manat şəxsin bank hesabına (AZ31UBAZ**********1010AZN001 saylı hesaba) köçürülmüşdür. İddiaçı ixtisaslaşdığı fənn üzrə dərs yükləri analoji olaraq azaldığı və yalnız əsas iş yeri Kollec olan iki müəllim üçün dərs yükü qaldığı üçün əvəzçilik üzrə işləyən M.Əhəmədova əvvəlcədən xəbərdarlıq edilməklə 155 nömrəli xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı fərdi əmək mübahisəsinə başlamamış və Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən 1 ay müddətində məhkəməyə iddia verməmiş və ya əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra mediatora müraciət etməmişdir. Belə olan halda iddiada göstərilən “məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may) əməkhaqqı 2427 (iki min dörd yüz iyirmi yeddi manat) manat” tələbinin hər hansı hüquqi əsası yoxdur. Göstərilən vaxtlarda iddiaçı Kollecdə işləməmişdir. Dərs ilinin başlanmasına qədər, yəni 11 sentyabr 2024-cü il tarixində əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədər əmək müqaviləsinə xitam verilib. Ondan əvvəl isə məzuniyyətdə olduğu üçün məzuniyyət ərəfəsində ona bütün ödənişlər edilmişdir. Beləliklə iddia müddətlər keçməsi baxımdan baxıla bilməz və MPM 151.3-cü maddəsinə əsasən qəbul olunmamalıdır. İddiaçı mediatora müraciət edənə qədər iddia müddətləri bitmişdir. İddadakı ikinci tələb (2023-cü-2024-cü illərin ayaları üzrə məcburi iş buraxmaya görə ödəniş tələbi) əsassızdır və ilkin mediasiya sessiyası prosesi keçilmədən verilmişdir. İddiada göstərilən tələb əsassızdır və İddiaçı bütün ödənişlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əhmədov X12 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və onun dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, son haqq-hesab 24 fevral 2022-ci il tarixli əmrdən 22 gün sonra bank hesabına köçürülmüşdür. Unibank KB ASC tərəfindən həmin hesabdan pul silindiyindən son haqqhesabın köçürüldüyündən gec məlumatı olmuşdur. Hal-hazırda son haqq hesabı deyil, gecikdirilməyə görə pulu tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirir ki, son haqq hesabın gec ödənilməsində işəgötürən təşkilatın təqsiri olmamışdır, həmin vaxt büdcə vəsaitinin gec açılması ilə əlaqədar pul gec ödənilmişdir. Etirazda da qeyd etmişlər ki, hazırki tələb müddət ötürülməklə qaldırılmışdır. Belə ki, iddiaçının bank hesabına 18 mart 2022-ci ildə son haqq-hesab köçürülmüşdür. Həmin tarixdən 2 ildən çox müddət keçmişdir. Hesab edir ki, iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Bu barədə etiraz ərizəsində xahiş etmişlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı etirazını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Cavabdeh direktoru X7 ilə Əhmədov X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Əhmədov X12 xx.xx.2021-ci il tarixdən Cavabdehndə 0.5 müəllim vəzifəsinə aylıq 195 manat olmaqla işə qəbul olmuşdur. İş materiallarında olan ebf96dbc11c547748cc058fb7e03150c nömrəli xx.xx.2023-cü il tarixli vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Əhmədov X12 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdehndə 269 manat əmək haqqı olmaqla 0.5 stavka əvəzçi müəllim vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Naziriyinin Bakı Sənaye- Pedaqoji kolleci direktorunun 12 sentyabr 2014-cü il tarixli 133 nömrəli işə təyin, işdən azad və başqa vəzifəyə keçmə haqqında əmrinə əsasən Əhmədov X5 12 sentyabr 2014cü il tarixdən ixtisası üzrə 1 il müddətinə müəllim vəzifəsinə təyin edilməsi və əmək haqqının faktiki dərs yükünə uyğun olaraq ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh intizam Komissiyasının iclasının 11 mart 2019-cu il tarixli protokoluna əsasən kollecin texnologiya müəllimliyi şöbəsinin müdiri İddiaçı şöbədə işgüzar münasibətlərinin qurulmasında yol verdiyi boşluqlara, tələbələrin ballarının düzgün hesablanmasında və tələbələrin qiymət vərəqələrinin doldurulmasındakı məsuliyyətsizliyə, tələbənin kollecə bərpası məsləsində loyallıq göstərdiyinə, tələbəyə təhsilini davam etdirmək məslələrində köməklik göstərmək əvəzinə onu qeyri-ciddi vədlərlə prosesə gecikdirdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2019-cu il tarixli intizam tənbehinin verilməsi barədə 64 nömrəli əmrinə əsasən kollecin texnologiya müəllimliyi şöbəsinin müdiri Əhmədov X12 şöbədə işgüzar münasibətlərin qurulmasında yol verdiyi boşluqlara, tələbələrin ballarının hesablanmasında və tələbələrin qiymət vərəqələrinin doldurulmasındakı məsuliyyətsizliyə, tələbənin kollecə bərpası məsələsində loyallıq göstərdiyinə, tələbəyə təhsilini davam etdirmək məsələlərində köməklik göstərmək əvəzinə onu qeyri-ciddi vədlərlə prosesə gecikdirdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli təhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2019-cu il tarixli başqa vəzifəyə keçirilmə və səlahiyyətlərin ötürülməsi barədə 90 nömrəli əmrinə əsasən Əhmədov X1 texnologiya müəllimliyi şöbəsinin müdiri vəzifəsində çalışan əməkdaşın ərizəsi nəzərə alınaraq 01 may 2019-cu il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək müəllim vəzifəsinə keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2021-ci il tarixli əmək normasının dəyişilməsi barədə 130 nömrəli əmrinə əsasən Əhmədov X1 sosial-iqtisad fənn birləşmə komissiyasında tam ştat müəllim vəzifəsində çalışan əməkdaşın ərizəsi nəzərə alınaraq 2021-ci ilin oktyabr ayının 13-dən əmək müqaviləsinə xitam verilməsi və həmin tarixdən 0,5 ştat vahidi əvəzçi müəllim vəzifəsinə qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə 35 nömrəli əmrinə əsasən Əhmədov X5 əmək və icra intizamını pozduğuna görə kollecdə 0,5 ştat vahidi əvəzçi müəllim vəzifəsində çalışan əməkdaşla bağlanmış əmək müqaviləsinə 24 fevral 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və Əhmədov X5 işə bərpa olunması barədə 78 nömrəli əmrinə əsasən Cavabdeh Əhmədov X5 əmək müqaviləsinə xitam verilməsi barədə 24 fevral 2022-ci il tarixli 35 nömrəli əmrinin ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 151 nömrəli əmrinə əsasən Cavabdeh bölməsində müəllim vəzifəsində işləyən Əhmədov X12 ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” - əmək müqaviləsinin müddətinin bitməsi bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi və işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əhmədov X12 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdehndə 0,5 stavka əvəzçi müəllim vəzifəsində işəmuzd çalışmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 155 nömrəli əmrinə əsasən “müəllim” bölməsində 0,5 stavka əvəzçi müəllim vəzifəsində işləyən Əhmədov X12 ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsində müqavilənin müddətinin bitməsi səbəbindən xx.xx.2023-cü il tarixdən xitam verilməsi və işçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Cavabdeh xx.xx.2024-cü il tarixli 114 nömrəli arayışdan və arayışa əlavə edilmiş sənədlərdən görünür ki, büdcədən maliyyələşən təşkilatlarda maliyyə aylıq maliyyə sifarişləri verildikdən sonra Elm və Təhsil Nazirliyi tərəfindən aylıq ödənişlər vasitəsilə tənzimlənir. 24 fevral 2022-ci il tarixli 35 nömrəli əmək müqaviləsinə xitam verilməsi əmrinə əsasən son haqq hesab hesablanmış, lakin ödəniş edilməmişdir. Buna səbəb əmrin verildiyi tarixdə kollecin həmin ay üzrə büdcə qalığının sıfıra bərabər olmasıdır. Hesablanan son haqq-hesab 14 mart 2022-ci il tarixdə Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşmə əsasında 16 mart 2022-ci il tarixdə DXAnın 12 saylı xəzinə idarəsinə qısamüddətli öhdəlik və mal sənədi təqdim edilmiş və 17 mart 2022-ci il tarixdə göndərilən ödəniş "xxxx"da olan bank hesabına yerləşdirilmiş və 18 mart 2022-ci il tarixdə şəxsi kart hesabına yüklənmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, prosesdə iddiaçı Əhmədov X12 və Cavabdeh nümayəndəsi X9 iştirak etmiş və mediasiya xərci Əhmədov X12 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. - 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. - 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. - 69-cu maddənin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci bəndinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin qərarda, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2014-cü il tarixdən Cavabdehndə müxtəlif vaxtlarda əmək müqaviləsi bağlamaqla çalışmışdır. 24 fevral 2022ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmiş, 1663,98 manat məbləğində son haqq-hesab 18 mart 2022-ci il tarixdə iddiaçının kart hesabına köçürülmüşdür. Hazırda isə iddiaçı Əhmədov X12 əmək haqqının işəgötürənin təqsiri ucbatından gecikdirilərək 24 fevral 2022-ci il tarixdən 03 may 2024-cü il tarixədək 1% ödəncin, 2446 manat məbləğində pulun, 55 manat mediasiya xərci və 71 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçı Əhmədov X2-haqq hesabın 2022-ci ilin 22 mart tarixində verilməsini, yəni iddiaçının hüquqlarını pozulduğunu bildiyi gün - (əmək müqaviləsinə xitam verildiyi gündən 22 gün sonra almışdır) nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün Həmin Məcəllənin 296-ci maddəsinin 4-cü hissəsinə əsasən 1 illik müddəti ötürərək xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş və Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı son haqq hesabın gec ödənilməsini 18 mart 2022-ci il tarixdə bilmiş, bundan hər bir halda məlumatlı olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə iddiaçının hazırki iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyünü və bu barədə cavabdehin yazılı etirazında iddia müddətinin tətbiqi barədə xahişinin olmasını nəzərə alıb hesab edir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-ci maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Əhmədov X5 Cavabdehnə qarşı əmək haqqının işəgötürənin təqsiri ucbatından gecikdirilərək 24 fevral 2022-ci il tarixdən 03 may 2024-cü il tarixədək 1% ödəncin, 2446 manat məbləğində pulun tutulması tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əhmədov X5 Cavabdehnə qarşı əmək haqqının işəgötürənin təqsiri ucbatından gecikdirilərək 24 fevral 2022-ci il tarixdən 03 may 2024-cü il tarixədək 1% ödəncin, 2446 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2893/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2893/2024
02.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver