Məhkəmə qərarları › İş №2(004)-2900/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2900/2021

18.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2900/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətinə salınması və təzminatın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətinə salınması və təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətinə salınması və təzminatın ödənilməsi tələbinə dair 2(004)- 2900/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə mübahisə predmeti olan torpaq sahəsi Ağstafa rayonunda yerləşir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, ləğv edilməsi tələb olunan müvaqilə torpaq sahəsində yerləşən radiobaza stansiyası ilə əlaqədar olduğundan və həmin torpaq sahəsi də, ünvan 1 ünvanda yerləşdiyindən hazırki iddiaya Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, mülki işi baxılması üçün qurğunun və boşaldılması tələb edilən torpaq sahəsinin yerləşdiyi yer üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi, müqavilənin ləğv edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətinə salınması və təzminatın ödənilməsi ilə bağlı olduğundan, məhkəmə tərəfindən işin obyektiv və icra intizamına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə, eləcə də mübahisəli mənzilə ekspertlərin iştirakı ilə məhkəmə baxışı keçirilməsi zərurətinin də, yarana biləcəyini, qurğunun və mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan boşaldılması tələb edilən torpaq sahəsinin Ağstafa rayonu ərazisində yerləşməsini nəzərə alaraq, mülki iş müstəsna aidiyyət üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətinə salınması və təzminatın ödənilməsi tələbinə dair 2(004)-2900/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar