Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-293/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Hakan Sengülə qarşı “müqavilənin ləğvi və müqavilə üzrə ödənilmiş məbləğin qaytarılması, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Hakan Sengülə qarşı “müqavilənin ləğvi və müqavilə üzrə ödənilmiş məbləğin qaytarılması, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və iddiaçı arasında bağlanmış podrat müqaviləsinin ləğvi, cavabdeh Hakan Senguldən İddiaçı xeyrinə Müqavilə üzrə ödənilmiş 28200 (iyirmi səkkiz min iki yüz) manat, iddiaçının qapı pəncərə üçün ödədiyi əlavə 4560 (dörd min beş yüz altmış) manat, iddiaçının hüquqi xidmətlərə çəkdiyi 1710 (bir min yeddi yüz on) manat, müqavilə üzrə ödənilmiş 28200 (iyirmi səkkiz min iki yüz) manatın gecikdirildiyi 960 (doqquz yüz altmış) günə görə Mərkəzi Bankın uçot faiz dərəcəsi (7%) və iki faiz bəndi əlavə edilərək hesablanmaqla 6768 (altı min yeddi yüz altmış səkkiz) manat və 10000 (on min) manat mənəvi ziyanməbləği olmaqla cami 51238 (alli bir min iki yüz otuz səkkiz) manat məbləğin ve iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 244 (iki yüz qırx dörd) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsindəki evini təmir etmək üçün 2020-ci ilin sentyabr ayında Hakan Şengül arasında şifahi müqavilə bağlanmışdır. Razılaşmaya əsasən cavabdeh iddiaçının evinin qapıpəncərəsini quraşdırmağı, evinin santexnika, elektrik və daxili suvaq işlərinin görülməsi öhdəliyini götürmüşdür. Bu məqsədlə o, iddiaçıdan 12 noyabr 2020-ci ildə təklif etdiyi layihə əsasında 21 gün ərzində montaj edilməklə Türkiyənin "Çavadaroğlu" firmasından olmaqla toplam 49 kv.m. olan izosistem qapı-pəncərə üçün 3.000 (üç min ABŞ dolları) - 5.100 (beş min yüz) Azərbaycan manat ekvivalentində pul almış, bundan 3 (üç) gün sonra evinin elektrik işləri üçün elektrik malları almağa görə 1530 (bir min beş yüz otuz) manat, bir neçə gün sonra isə elektrik mallarının çatışmadığı üçün 1500 (bir min beş yüz) manat pul almışdır. Cavabdeh 26 noyabr 2020-ci ildə "Çavadaroğlu" firmasının profillərini kəsimə vermək üçün 6800 (altı min səkkiz yüz) manat pul almışdır və bildirmişdir ki, 1 həftəyə kəsim bitəcək və şüşələr yerinə taxılacaq. 26 noyabr 2020-ci ildə cavabdeh iddiaçı ilə görüşərək santexnika ustası ilə birlikdə evinin santexnika işlərinin dəyərləndirməsini həyata keçirmişdir. Cavabdeh İddiaçıdan xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində santexnika materiallarının alınmasına və işçilərinin zəhmət haqlarının ödənilməsinə görə ümumilikdə 3360 (üç min üç yüz altmış) manat pul almışdır. Cavabdeh İddiaçıdan ödəniş aldıqdan sonra təmir edilən evə cəmi 204 (iki yüz dörd) və 82 (səksən iki) manat dəyərində su borusu və 50 (əlli) manat dəyərində su borusunun qovşaqlarını almışdır. Digər materialların nə vaxt alınacağı barədə ondan soruşulduqda isə yaxın zamanda alıb gətirəcəyini demişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə cavabdeh təmir gedən evin həyətində Mürvət adlı ustanın yanında işçilərə zəhmət haqqı vermək üçün iddiaçıdan 1424 (bir min dörd yüz iyirmi dörd) manat pul istəmiş,iddiaçı isə ona 1500 (bir min beş yüz) manat pul vermişdir. xx.xx.2020-ci il tarixində cavabdehin təmir gedən evdə işçi kimi gətirdiyi adamlar ona zəng edərək təmir gedən evdən oğurluq olduğunu bildirmişlər. Cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçıdan qeyd edilən oğurlanmış elektrik mallarının alınması və işçilərə zəhmət haqqı verilməsi üçün iddiaçıdan 3350 (üç min üç yüz əlli) manat pul almışdır. Daha sonra cavabdeh "Çavadaroğlu" firmasına məxsus pəncərələrin ödənişi üçün iddiaçıdan 2040 (iki min qırx) manat iddiaçıdan pul almışdır və 01 yanvar 2021-ci il tarixinədək pnəcərələri montaj edəcəyini söz vermişdir. İddiaçı sonuncu dəfə 28 dekabr 2020-ci il də Cavabdehin ustası olan Mürvətə digər ustalara vermək üçün 1520 (bir min beş yüz iyirmi) manat pul vermişdir. İddiaçı evinin təmir tikinti işləri üçün Cavabdehə ümumilikdə 28200 (iyrmi səkkiz min iki yüz) manat vəsait ödəmişdir. Lakin cavabdeh bağlanmış şifahi razılaşma üzrə öhdəliklərini icraetməmiş və iddiaçıya məlum olmuşdur ki, cavabdeh ondan təmir-tikinti adı ilə və işçilərə zəhmət haqqı vermək adı ilə aldığı vəsaitləri təyinatı üz xərcləməmiş və mənimsəmişdir. Bundan sonra o ərazi üzrə Xətai rayon RPİ- yə müraciət etmişdir. 30 avqust 2021-ci il tarixində Xətai rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiylə cinayət işi başlanmışdır. İş üzrə cavabdeh istintaqa verdiyi ifadəsində İddiaçıdan 28 200 (iyirmi səkkiz min iki yüz) manat pul aldığını etiraf etmişdir və qeyd edilən vəsaiti qısa zamanda ödəyəcəyinə söz vermişdir. Qeyd edilən cinayət işki 27 yanvar 2023-cü il tarixində mülki xarakterli olduğundan Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi İsaq Həsənov tərəfindən xitam edilmişdir və İddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Əlavə olaraq bildirilir ki, cavabdeh tərəfindən razılaşma üzrə həyata keçirilməmiş təmir-tikinti işlərinin bir hissəsi olan izosistem qapı pəncərənin quraşdırılması İddiaçının özü tərəfindən X2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən çatdırılma və quraşdırılma daxil olmaqla 18 500 (on səkkiz min beş yüz) manata həyata keçirilmiş və İddiaçıya cavabdehlə razılaşdığı qiymətdən əlavə olaraq 4560 (dörd min beş yüz altmış) manat ziyan dəymişdir. Həmçinin cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə şəxs hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar o keyfiyyətli hüquqi yardım üçün müqavilə bağlamış və bu yardımla bağı 1710 (bir min yeddi yüz on) manat xərc çəkmişdir. Bundan əlavə cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsi - yəni evi vaxtında təmir edib təhvil verməməsi iddiaçıya və onun ailəsinə (iki yetkinlik yaşına çatmayan uşağı var) psixoloji zərbə vurmuşdur. Belə ki, onlar hər gün cavabdehin yalanları ilə bu gün, sabah evlərinin hazır olacağı ümidi ilə qohum-tanış evində müvəqqəti yaşamağa məcbur olmuşlar. Bu da onların düzənli həyat tərzinə mənfi təsir göstərmiş, iddiaçı və ailəsinin ağır mənəvi iztirablar çəkməsinə səbəb olmuşdur. Cavabdehin 3 ilə yaxın müddətdə öhdəliyini icra etməməsi iddiaçının isə həm hüquq-mühafizə orqanlarına şikayəti, həm məhkəmə qaydasında müraciət nəticəsində iddiaçı və onun ailəsi həm maddi, həm mənəvi zərərə məruz qalmışdır. İddiaçı bu müddət ərzində məruz qalmış olduğu mənəvi zərərin məbləğini 10000 (on min) manat dəyərində qiymətləndirir. Dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilsə də cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanda olmadığından bildiriş geri qayıtmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli, 55 cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın sürətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Qərarın məzmunundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Hakan Sengül ifadəsində göstərmişdir ki, X1 şikayət ərizəsi ilə bağlı Xətai RPİ-nin İŞ-nə dəvət olunmuş, ərizə əsasında Xətai rayon prokuroru tərəfindən başlanmış cinayət işi ilə tanış olmuşdur. O. İddiaçı 2017-ci ildən tanıyır. Bayram günlərində zəngləşərək təbrikləşirmişlər. "Facebook" sosial şəbəkəsində tanışı Firdovsiyə izosistem alüminum qapı-pəncərə lazım olması barədə elan oxumuşdur. Bundan sonra o, Fidovsiyə sms yazmışdır. O, Firdovsidən qapıpəncərələrin ölçülərini istəmişdir. Fidovsi ölçüləri ona göndərmişdir. Evin proyektinin görünütüsünüdə göndərmişdir. O, Firdovsiyə bildirmişdır ki, onun göndərdiyi qapıpəncərələrin profillərini Türkiyənin "Çavadaroğlu" firmasından 70 sm. ölçüdə olan profilləri ilə hazırladacaq. Şüşəsi isə 3 qat temperli şüşə olacaqdır. O, Firdovsiyə inşaat və təmir adına hər işi gördüyünü, hətta "Ağ Şəhərdə" Paşa holdinqin işini icra etdiyini bildirmişdir. 12 noyabr 2020-ci il tarixdə Firdovsini ünvan 1 ünvanda yerləşən tanışı Zahirin olisinə dəvət etmişdir. Həmin görüşdə toplam 49 kv.metr olan izosistem qapı və pəncərələri təklif etmişdir. Layihə əsasında 21 gün içində profilləri Türkiyənin "Çavadaroğlu" firmasının olmaqla evinə montaj edəcəyini söz verərək Firdovsidən elə həmin ofisdə 3.000 ABŞ dolları yəni (5.100 manat) pul almışdır. 3 gün sonra Firdovsi ilə görüşmüşdür. Aralarında razılaşmışlar ki, Firdovsinin evinin daxili suvağ, santexnik və elektrik işlərinidə ona təmir etdirsin. O, Firdovsiyə bildirmişdir ki, elektrik mallar; almaq lazım və bunun üçün Firdovsidən əlavə olaraq 1.530 manat pul almışdır. Bir neçə gün sonra isə 1.530 manat elektrik mallarını almaq üçün az olduğunu bildirib və əlavə olaraq 1.500 manatda pul almışdır. Firdovsiyə bildirmişdir ki, "Paşa İnşaatın" işlərini gördüyü üçün hazırda "Ag Şəhər" adlanan yerdə işləyir. Firdovsi onun olduğu yerə getmiş və orada əlavə olaraq 1.500 manatda pul almışdır. 2020-ci ilin noyabr ayının ortalarında o, evdə təmir işlərinə başlamışdır. İlk günlərdə hər gün evinə baxmış, evin suvağı üçün lazım olan bütün materialları Firdovsi öz hesabına alıb onun iş icraçısı kimi təqdim etdiyi Mürvət Bayramova təhvil vermişdir. Lakin suvağ işlərini işçiləri görmüşdür. Evdə ustalar mayaklar atmış, elektrik, santexnik xəttlərini ustalar çəkmək üçün divarı deşmişlər. Daha sonra o, 26 noyabr 2020-ci il tarixdə Firdovsi ilə görüşmüşdür. O. Firdovsiyə bildirmişdir ki, Türkiyənin "Çavadaroğlu” firmasının Azərbaycandakı anbarından sifariş verdiyi profillər artıq hazırdır. Həmin profilləri kəsimə vermək lazımdır. Bu adla 6.800 manatda pul almışdır. Firdovsiyə bildirmişdir ki, 1 həftəyə kəsimlər bitəcək, bundan 1 həftə sonra isə şüşələr yerinə taxılacaq. O, 27 noyabr 2020-ci il tarixdə Valeh adlı santexnik ustası ilə birlikdə təmir gedən evə gələrək dəyərləndirmə etmişlər. O, Firdovsiyə bildirmişdir ki, 1.963 manat onun evinə santexnika mallarının qiyməti edir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Firdovsidən santexnika mallarının alınmasına görə, işçilərin zəhmət haqlarını ödəməyə görə ümumilikdə 3.360 manatda pul almışdır. Firdovsidən pulu aldıqdan sonra təmir gedən evə cəmi 160 metr 25 mm. ölçüdə olan 204 manat dəyərindəki su borusu, 40 metr 32 mm. ölçüdə olan 82 manat dəyərindəki su borusu və su borularının toplam 50 manat dəyərində olan qovşaqlarını gətirmişdir. Hesablanan malların yəni cəmi 20% dən az bir hissəsini gətirmişdir. xx.xx.2020-ci il tarixdə o, işçilərə zəhmət haqqı vermək lazım olduğunu bildirmişdir. Bunun üçün Firdovsidən 1.424 manat pul istəmişdir. Firdovsi həmin günü evin həyətində onun göstərişi ilə Mürvətə (055 330-49-72, 050 896-40-68) 1.500 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Mürvət ona zəng edərək həmin evin divarlarından elektrik kabellərinin və zirzəmidə olan ustaların avandanlıqlarının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. xx.xx.2020-ci il tarixədək oğurlanan elektrik mallarının yenidən alınıb quraşdırılması üçün və işçilərin zəhmət haqqını ödənilməsinə görə ümumilikdə Firdovsidən 3.350 manat pul almışdır. 11 dekabr 2020-ci il tarixdə Türkiyənin "Çavadaroğlu" firmasından profillərin artıq kəsimə getdiyini bildirib 22 dekabr 2020-ci il tarixdə Firdovsidən yenə pəncərənin ödənişi üçün 2.040 manat pul almışdır. Firdovsi onunla əlaqə saxlamağa çalışsada, lakin, o, ya telefonu açmamış, ya da müxtəlif bəhanələr gətirmişdir. Səhhəti ilə bağlı rahatsız olduğunu bildirmişdir. 25 dekabr 2020-ci tarixdə görüşərkən Firdovsini Bakı Çinar Zavodunun içində Ayaz adlı bir adamın fabrikinə aparmış və orda pəncərə profilləri göstərmişdir. Göstərdiyi məhsullar isə onunla danışdığı malla heç bir əlaqəsi olmamışdır. Firdovsiyə vaxt verməsini, 1 yanvar 2021-ci il tarixdə bütün pəncərələri montaj edəcəyinə söz vermişdir. Firdovsidən 13.940 AZN pəncərə üçün, 1.963 AZN isə santexnika malları üçün, 10.777 AZN pul isə həm işçilər həmdə ki, elektrik mallarına üçün almışdır. Son dəfə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən təmir gedən evdə Mürvətə göstərişi ilə ustalara 1.500 manat pul vermişdir. Ümumilikdə ona 28,200 manat pul vermişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-234xx-xx/2023 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1971-ci il təvəllüdlü Hakan Sengül sonuncu dəfə Bakı şəhəri ünvan 2 ünvanına qeydiyyata alınmışdır. “Arbitro” hüquq şirkətu adından Nəcəf Əliyev (İcraçı) ilə İddiaçı (müştəri) arasında bağlanılmış 31 avqust 2023-cü il tarixli, 124 saylı Hüquqi xidmət göstərilməsi haqqında müqavilədən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə müştərinin tapşırığı əsasında icraçı qanunvericiliklə müəyyən edilmiş üsul və vasitələrlə müştərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün mülki mübahisə üzrə məhkəmə və məhkəmədənkənar təmsilçilik və bununla əlaqədar müvafiq iddia ərizəsinin tərtib edilərək birinci instansiya məhkəməsinə verilməsini, həmçinin birinci instansiya məhkəməsində müştərinin vəkili və nümayəndəsi qismində iştirak edilməsini, müştəri isə göstərilmiş hüquqi xidmətin qarşılığında müəyyən edilmiş vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən xidmətlər bu predmetlərlə bağlıdır: Müştərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün mülki mübahisə üzrə məhkəmə və məhkəmədənkənar təmsilçilik və bununla əlaqədar müvafiq iddia ərizəsinin tərtib edilərək birinci instansiya məhkəməsinə verilməsi, həmçinin birinci instansiya məhkəməsində müştərinin vəkili və nümayəndəsi qismində iştirak edilməsi. İddiaçı müqavilədə göstərilən hüquqi xidmətlərin göstərilməsi üçün 1500 manat pulu icraçıya ödəmişdir. İddiaçı (sifarişçi) ilə X2 ( icraçı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, VK005 saylı Xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifariş etdiyi şüşə, cəbhə və digər quraşdırma xidmətini tədarük etməyi, sifarişşi isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 17700 manat təşkil edir, avans olaraq 9000 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı X7 vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 244,40 manat məbləğində dövlət rüsumu İddiaçıtərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Hakan Sengül arasında 2020-ci ilin sentyabr ayında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçının evinin qapı-pəncərəsini quraşdırmağı, evinin santexnika, elektrik və daxili suvaq işlərinin görülməsi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı isə üzərinə öhdəlik götürmüşdür ki, bu işin yerinə yetirilməsinə görə cavabdehə muzd ödəyəcək. İddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 28200 manat məbləğində pul vəsaiti ödənilsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. İddiaçının iddia ərizəsində tələb olunub ki, podrat müqaviləsi ləğv edilsin, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 28200 manat pul və həmin pulun gecikdiyildiyi 960 günə görə 6768 manat, habelə cavabdehin təqsiri üzündən iddiaçının çəkdiyi əlavə xərclərin əvəzi kimi 6270 manat pul olmaqla, cəmi 42238 manat pul və mənəvi zərərin əvəzi kimi 10000 manat pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Məhkəmə hesab edir ki, iddiaçının tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçının cavabdehə 28200 manat məbləğində pul vəsaiti verməsi iş materiallarında olan sübutlarla təsdiqini tapır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 28200 manat pul vəsaiti və gecikdirilmiş vaxt üçün həmin məbləğə illik beş faiz hesablanmaqla 3877,5 manat (1410 m. + 1410 m. + 1057,5m) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının əlavə xərclər çəkməsi, polisə şikayət etməsi, məhkəməyə müraciət etməsi, mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 500 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkil X3 ödənilmiş 210 manat və “Arbitro” hüquq şirkətinə ödədiyi 500 manat və ödənilmiş dövlət rüsumunun 189,86 manat hissəsi cavabdeh Hakan Sengüldən iddiaçının xeyrinə tutulmalı, hüquq şirkətinə ödədiyi pulun qalan 1000 manat hissəsi və dövlət rüsumunun qalan 54,14 manat hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Hakan Sengüldən vurulmuş maddi ziyana görə 32.077,5 manat, hüquqi yardıma görə 710 manat olmaqla, 32.787,5 (otuz iki min yeddi yüz səksən yeddi manat əlli qəpik) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, cəmi 33287,5 (otuz üç min iki yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 189,86 (bir yüz səksən doqquz manat səksən altı qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hakan Sengüldən vurulmuş maddi ziyana görə 32.787,5 (otuz iki min yeddi yüz səksən yeddi manat əlli qəpik) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, cəmi 33287,5 (otuz üç min iki yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 189,86 (bir yüz səksən doqquz manat səksən altı qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-293/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-293/2024
23.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver