Məhkəmə qərarları › İş №2(004)-2938/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2938/2022

10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2938/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh Kamal oğluna qarşı “öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Kamal oğluna qarşı “öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi 71 saylı evin 4 saylı mənzilinin bağışlama müqaviləsi əsasında 23.12.2002-ci il təvəllüdlü X3 və 11.05.2005-ci il təvəllüdlü X4 adlarına rəsmiləşdirilməsi və hüquqi xidmət üçün ödənilmiş 200 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Kamal oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-816/08 saylı 01 aprel 2008-ci il tarixli qərardadından görünür ki, həmin qərardada əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh Kamal oğlu, X5 və X1 Bakı şəhəri, Xətai rayon ərazisində, Əhmədli qəsəbəsində, Cavabdeh Kamal oğlunun adına 6 (altı)ay müddətində kommunal şəraitli 1 otaqlı mənzil alaraq, sonuncu ilə X2 birgə nikahından doğulmuş övladlarına bağışlanması, X6 isə Bakı şəhəri, Xətai rayon ərazisində, Əhmədli qəsəbəsində, kommunal şəraitli 1 otaqlı mənzil alınıb, övladlarına bağışlanmasının müqabilində iddiadan imtina etməsinə dair Cavabdeh Kamal oğlu, X5 və X7 ilə X6 arasında bağlanmış 18 mart 2008-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı cavabdehin məhkəmə tərəfindən təsdiq edilmiş 18 mart 2008-ci il tarixli barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı olduğundan həmin tələbə məhkəmə qaydasında baxıla bilməz. İddiaçı həmin qərardadın məcburi icra edilməsini tələb etmək üçün icra sənədinin göndərildiyi icra qurumuna müraciət etməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Kamal oğluna qarşı “öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xudayev Kərim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar