Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2952/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin səlahiyyətli nümayəndələri X2 və X3, Üçüncü şəxsin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "əmək haqqına əlavənin ödənilməsi və gecikməyə görə kompensasiya tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "əmək haqqına əlavənin ödənilməsi və gecikməyə görə kompensasiya tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aylıq əmək haqqına əlavə 25% artım ödənişin əlavə edilməsi, əmək müqaviləsi ilə işlədiyi 24.04.2019-cu il tarixdən bugünə qədər ödənilməli olan əlavə 25% artım ödənişlərin və ödənişlərin gecikdirilməsinə görə, 2000 manat kompensasiyanın cavbdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24.04.2019-cu il tarixdən Cavabdeh ilə bağlanmış müddətli əmək müqaviləsinə əsasən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində (peşəsində) işləyir. 24.04.2019-cu il tarixdən hazıra kimi aylıq 250 manat əmək haqqı ödənilməmişdir.“Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”-da qeyd olunmuş “Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər” əsasən 1994-cü ildən başlayaraq, müəssisə və təşkilarlarda “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi” nəzərdə tutulmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ünvanlanan 28.01.2021-ci il tarixli **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, işlədiyi iş yerində onun 2-ci qrup əlil olduğu halda əmək haqqına ödənilə bilər. Eyni zamanda AR Maliyyə Nazirliyi tərəfindən ona ünvanlanan 26.01.2021-ci il tarixli 08/05-14-644 saylı cavab məktubunda qeyd olunmuşdur ki, işlədiyi iş yerində 2-ci qrup əlil olduğu halda əmək haqqına “İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz” əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi əsasında işlədiyi Cavabdehnə müraciət etdikdə isə ona əsassız olaraq Cavabdeh “ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğunu” əsas gətirərək imtina etmişlər. Müvafiq qanunvericilik aktında hər bir müəssisənin fəaliyyət sahəsi qeyd edilməmişdir. Müvafiq qərarda sadəcə qısa konkret şəkildə əsasən 1994-cu ildən başlayaraq, müəssisə və təşkilarlarda “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi göstərilmişdir. O isə bu müəssisədə tamhüquqlu işçi kimi əmək müqaviləsi əsasında işləyir. Hesab edir ki, özəl və ya dövlət müəssisəsi olan işəgötürən fəaliyyət sahəsindən asılı olmayaraq öz fəaliyyətində yalnız Azərbaycan Respublikasının qanunlarına əsaslanmalıdır. Müvafiq qanunvericilik aktlarında isə bu məsələ birmənalı şəkildə onun tələbinə uyğundur. Eyni zamanda qeyd edir ki, Cavabdeh özlərinin də qeyd etdiyi kimi sosial layihə olduqlarını nəzərə alaraq öz əlil əməkdaşlarının əmək haqqına olan hüquqlarını təmin etməlidir. Çünki Mərkəz tərəfindən ona ünvanlanan 04.03.2021-ci il tarixli **********7 saylı imtina məktubunda imtinanın əsaslandığı müvafiq qanunvericilik aktının dispozisiyası qeyd olunmamış və həmçinin şərh edilməmişdir. Sadəcə fiksiya formasında qanuna əsaslanmayan öz mövqeləri qeyd olunmuşdur. Əksinə məktubda qeyd olunan yeganə norma onun hüquqlarının bərpasını nəzərdə tutan AR NK-nin 10.05.1994cü il tarixli 185 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”-dır. Yəni dolayısı ilə Cavabdeh öz cavab məktubu ilə onun iddia tələbini qəbul etmişdir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmədiyi, iddia tələbinin əsaslılığı təsdiq olunur. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə məktub göndərilmiş, həmin məktub bugünki günə qədər müsbət cavabsız qalmışdır. Cavabdeh "Cavabdeh" MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “xxxx” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində Cavabdeh MMC hal-hazırda 90 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın 2-ci hissəsinin 3-cü bəndinin icrası məqsədi ilə Koronavirus (COVİD-19) pandemiyası dövründə işsiz şəxslərin bir qisminin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə əlavə 50 min ictimai iş yerlərinin rayonlar (şəhər) üzrə bölgüsü müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh arasında 24.04.2019-cu il tarixində əmək müqaviləsi bağlanılaraq Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı (İcraçı qurum) və Cavabdeh arasında bağlanmış 10.01.2019-cu il tarixində bağlanılmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişlə müəyyən edilmiş qayda və prinsiplərinə əsasən tənzimlənir. Həmin Sazişin 6-cı bəndinə əsasən Cavabdeh ictimai işlərin yerinə yetirilməsi zamanı müvafiq əmək şəraitinin təmin edilməsini, əmək qanunvericiliyinin və “Saziş”in tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə öz nümayəndələri vasitəsilə istənilən vaxt iş yerlərində monitorinq aparmaq hüququna malikdir. “Saziş”ə əsasən Cavabdeh əməkdaşları tərəfindən 02.03.2021-ci il və 20.04.2021-ci il tarixlərində Nəsimi rayonu üzrə keçirilmiş monitorinq zamanı İddiaçı iş saatlarında iş yerində olmadığı müşahidə edilmişdir. Monitorinq zamanı İcraçı qurum tərəfindən İddiaçı mütəmadi olaraq işə davamiyyətinin zəif olduğu bildirilmiş və monitorinqin nəticəsi olaraq müvafiq aktlar tərtib edilmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı 2-ci qrup əlil olduğunu nəzərə alınaraq, Cavabdeh və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən onun işə mənfi damiyyəti ilə bağlı tənbeh tədbirləri tətbiq edilməmiş və əməkhaqqısı tam olaraq ödənilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks” proqramın 5.4-cü (Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) bəndini əsas gətirərək əməkhaqqına 25% əlavə edilməsini istəmişdir. Bununla bağlı İddiaçı 13.01 2021ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatına və 09.02.2021-ci il tarixində Cavabdehnə müraciətləri daxil olmuş və Cavabdeh tərəfindən 04.03.2021-ci il tarixli **********7 nömrəli məktubla cavab verilmişdir. İddiaçı yuxarıda qeyd edilən məktublara qoşma olaraq daha öncə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə verilmiş cavabları da əlavə etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 26.01.2021 -ci il tarixli 08/05-14-644 nömrəli məktubda qeyd edilmişdir ki, “İİ qrup əlillərin əməkhaqlarına tətbiq edilən 20-25% həcmində əlavənin verilməsi müəssisə və təşkilatların kollektivlərinin müəyyən olunmuş qaydada razılığından asılı olaraq mövcud büdcə vəsaitləri dairəsində baxıla bilər". Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən R.S. Hacıyevaya ünvanlanmış 28.01.2021-ci il tarixli ********** nömrəli cavab məktubunda da göstərilmişdir ki, “2-ci dərəcə əlilliyi olan şəxslərin əməkhaqqına 25% əlavənin əmək kollektivinin razılığı əsasında verilə bilər”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks” proqramın 5.4-cü (Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) bəndinə əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi imperativ (məcburi) hərəkət olaraq nəzərdə tutulmamışdır. Cavabdeh əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə haqqı ödənilən ictimai işlərin təşkili üçün yaradılmışdır və ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu üçün işə qəbul edilən işçilərin digər sosial vəziyyətinə dair (əlavə yardım və s.) məsələlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-24/19 saylı 26.12.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 09 ay islah işləri cəzasına məhkum edilməsi ilə bağlı Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən 1217-14636/20/5-32 nömrəli 07.09.2020-ci il tarixli icra sənədi Cavabdehnə daxil olmuşdur. Yuxarıda sadalananlara istinadən hesab edir ki, Cavabdehnə qarşı qeyd olunan iddia tələbi əsassızdır. Buna görə də İddiaçı tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X2 və X5 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin səlahiyyətli nümayəndəsi X4 izahatında iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üçüncü şəxs qismində cəlb edilməsinin əsassız olduğunu göstərərək, PHŞ-nin üçüncü şəxs kimi işdə iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarınıını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24.04.2019-cu il tarix müddətli əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 166 manat olmaqla, 30.12.2019-cu il tarixədək təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən 02.03.2021-ci il və 20.04.2021-ci il tarixlərində Nəsimi rayonu üzrə keçirilmiş monitorinqin nəticələrinə dair aktlardan görünür ki, İddiaçı iş saatlarında iş yerində olmamışdır. Mart 2021-ci il tarixli, 4/814 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 236,25 manat əmək haqqı ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş 086332 nömrəli vəsiqəyə əsasən İddiaçı 2-ci qrup əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 28.01.2021-ci il tarixli **********1 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədə olan “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın “Əlillərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər” bölməsinin 5.4 bəndində müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin əmək haqqının isə 20- 25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. İş yerində (əgər hazırda işləyirsə) 2-ci dərəcə əlilliyi olan şəxs olduğu halda əmək haqqına əmək koİlektivinin razılığı əsasında 20-25 faiz əlavə ödənilə bilər. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 26.01.2021-ci il tarixli 08/05-14-644 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”a əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqlarının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20-25 faiz artırılaraq ödənilməsi nəzərdə tutulmuşdur. Bu tədbirin həyata keçirilməsi məsələsinə müəssisə və təşkilatların kollektivlərinin müəyyən olunmuş qaydada razılığından asılı olaraq mövcud büdcə vəsaitləri dairəsində baxıla silər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “xxxx” proqramına başlanılmışdır və həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks” proqramın 5.4-cü (Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) bəndinə əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi imperativ (məcburi) hərəkət olaraq nəzərdə tutulmamışdır. Cavabdeh əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə haqqı ödənilən ictimai işlərin təşkili üçün yaradılmışdır və ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu üçün işə qəbul edilən işçilərin digər sosial vəziyyətinə dair (əlavə yardım və s.) məsələlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Hazırda iddiaçı “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarına əsaslanaraq 2-ci qrup əlil kimi əmək haqqına əlavənin ödənilməsinin təmin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edib ona cavabdeh tərəfindən əlilliyinə görə əmək haqqına artım olunmasını iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh MMC-də işləyən İİ qrup əlillərin əmək haqlarının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20-25 faiz artırılaraq ödənilməsi barədə əmək kollektivinin razılığının olması, bununla da, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "əmək haqqına əlavənin ödənilməsi və gecikməyə görə kompensasiya tələbinə dair" iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2952/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2952/2021
06.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver