Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2969/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Hüseynov Fərı̇ d Fı̇ krət oğlunun cavabdeh X3 qarşı "aliment məbləğinin dəyişdirilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov Fərı̇ d Fı̇ krət oğlu cavabdeh X3 qarşı "aliment məbləğinin dəyişdirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)-932/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.04.2007-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi və 23.10.2018-ci il tarixdən 09.02.2021-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1371/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 24.09.1993-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı 10.01.2018-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı 02.04.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin tutulması ilə bağlı məhkəmə qərarında alimentin məbləği nümayəndəsi tərəfindən verilən razılıq əsasında müəyyən edilmişdir. Həmin dövrdə kifayət qədər qazanc olduğundan alimentin məbləğinə hər hansı etiraz bildirməmişdir. Daha sonra cavabdehlə barışaraq, birgə yaşamağa başlamışlar. Bu səbəbdən X4 23.10.2018-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, onun barışdığını, heç bir aliment tələbi olmadığını göstərmiş və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Yasamal rayon icra və probasiyanın icra məmuru Səvxan Abasovun 16.01.2019-cu il tarixli qərarı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı, 10.01.2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. 2021-ci ilin fevral ayında münasibətləri yenidən pozulmuş və ayrı-ayrı yaşamağa başlamışlar. X4 09.02.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və icra sənədinin yenidən icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh əsassız olaraq ondan birlikdə yaşadıqları müddət ərzində yaranmış aliment borcunu tələb etmişdir. Covid-19 xəstəliyi nəticəsində fəaliyyət göstərdiyi turizm sahəsi tamamilə dayanmış, 2020-ci ilin mart ayından hər hansı gəlir əldə edə bilməmişdir. Bununla da hesab edir ki, təyin edilmiş 300 manat məbləğində aliment yüksəkdir. Bundan başqa, 23.10.2018-ci il tarixdən 09.02.2021-ci il tarixədək olan müddət ərzində alimentin hesablanması əsassızdır, həmin müddət ərzində öz ailəsi ilə birlikdə yaşamış və yetkinlik yaşına çatmayan övladı 02.04.2007-ci il təvəllüdlü X1 bütün tələbatlarını öz qazancı hesabına ödəmişdir. Həmçinin yaşadığı mənzildə bütün kommunal ödənişlər də tərəfindən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia məhkəməyə verdiyi izahatında göstərdi ki, həqiqətən də, iddia ərizəsində göstərildiyi kimi, iddiaçı ilə nikahları pozulduqdan sonra yenidən barışmış və 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək birlikdə yaşamaqla, ailənin tələbatları iddiaçı tərəfindən qarşılanmamışdır. Lakin, hazırda münasibətləri yenidən pozulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2-ci maddələrini, və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1371/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 24.09.1993-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı 10.01.2018-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı 02.04.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. X4 23.10.2018-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, İddiaçı ilə barışdığını, heç bir aliment tələbi olmadığını göstərmiş və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Yasamal rayon icra və probasiyanın icra məmuru Səvxan Abasovun 16.01.2019-cu il tarixli qərarı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı, 10.01.2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamələr məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi həmin hissədə əsaslı olub təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018ci il tarixli, 2(004)-932/2018 saylı icra sənədi üzrə 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcu silinməlidir. Bununla yanaşı, iddia tələbi aliment məbləğinin azaldılması hissəsində münasibətdə məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)-932/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 300 manat məbləğində aliment tərəflərin birgə nikahlarından anadan olmuş 02.04.2007-ci il təvəllüdlü X1 təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir və məhkəmə baxışı zamanı aliment məbləğinin azaldılması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, uşağın mənafeyi nəzərə alınmaqla və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Hüseynov Fərı̇ d Fı̇ krət oğlunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)-932/2018 saylı icra sənədi üzrə 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2969/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2969/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver