Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2984/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2740 manat sığorta ödənişi məbləğinin və 47,40 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixdə bağlanmış PAA********** saylı sığorta müqaviləsinə əsasən “Toyota Land-Cruiser” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin cbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Toyota Land-Cruiser” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Mətbuat küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E200” markalı, X 9** AK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2740 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli, AP 121875 saylı İnzibati xəta haqqında protokoluna əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və protokolda onun hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsində avtomobilə vurulmuş zərərin həddən artıq şişirdildiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4993 saylı eksperti rəyində də ziyan məbləğinin iddiaçının təqdim etdiyi sənədlər əsasıda düzgün hesablanmadığını göstərmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Yasamal RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli, AP ******* saylı İnzibati xəta haqqında protokoluna əsasən Cavabdeh “Toyota Land-Cruiser” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Mətbuat küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və X3 tərəfindən idarə olunan “Mercedes Benz E200” markalı, X 9** AK *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və hadisə yerini tərk etmişdir. Yasamal RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınma) və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmə tənbeh növü seçilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış PAA********** saylı sığorta müqaviləsinə əsasən “Toyota Land-Cruiser” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin cbari sığortası növü üzrə sığorta təminatı almışdır. Odur ki, zərərin aradan qaldırılması üçün Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli 103OPXO192900116 saylı ödəniş qəbzinə əsasən zərərçəkən şəxs X2 2740 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4993 saylı eksperti rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-ci il buraxılışlı “Mercedes Benz E200” markalı, X 9** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2469 manat müəyyən edilir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh yol nəqliyyat hasisəsi baş verdiyi zaman hadisə yerindən yayındığı üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, 2469 manat sığorta ödənişi və 47,40 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2469 (iki min dörd yüz altımış doqquz) manat məbləğində pul vəsaiti və 47,40 (qırx yeddi manat 40 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2984/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2984/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver