Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2988/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb etməklə Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb etməklə Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli 2(004)-4485/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, iddiaçıdan hər ay qazancının və digər gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli 2(004)-4485/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 anası Cavabdeh yanında qalması müəyyən olunmuş və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun qazancının dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, qazancının dörddə bir hissəsi miqdarında alimenti ödəməyə çəkinlik çəkir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli 2(004)-4485/2014 saylı qətnaməsi üzrə ödədiyi alimentdən əlavə 1-ci nikahından olan digər övladlarına da aliment ödəyir. Onu da bildirir ki, “NBC Bank" ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna kredit ödənişləri edir. Bu azmış kimi əziyyət çəkdiyi əsəb xəstəliklərindən davamlı olaraq müalicə alır. Kommunal xərcləri və infilyasiyanı da nəzərə alsaq onda bir adamın bu qədər xərclərin qarşılığını verməkdə nə qədər çətinlik çəkdiyi görünər. Qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2010-cu il tarixli 2(004)- 3706/2010 saylı qətnaməsi ilə X16 ilə onun arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları analarının yanında saxlanılmış, eyni zamanda xx.xx.1998-ci il təvəllüdlü X4, xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2005-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanması üçün ondan qazancının ikidə bir hissəsi miqdarında aliment tutularaq X10 xeyrinə verilməsi qət edilmişdir. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli 2(004)-4485/2014 saylı qətnaməsi üzrə ödədiyi alimentdən savayı 1-ci nikahından olan digər övladı xx.xx.2005-ci il təvəllüdlü X1 üçün aliment ödəyini, "xxxx" ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna kredit ödənişləri etməyini, əziyyət çəkdiyi əsəb xəstəliklərindən davamlı olaraq müalicə almağını, kommunal xərcləri, infilyasiyanı, işləmədiyini, pensiyaçı olmağını və maddi vəziyyətinin bu məbləğdə aliment ödəməyə imkan vermədiyini, eləcə də cavabdehin valideyn kimi öz uşağı barəsində onunla bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli 2(004)-4485/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, ondan hər ay qazancının və digər gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulması müəyyən olunmalıdır. Göründüyü kimi 2 uşağa görə ondan tutulmalı olan alimentin miqdarı aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən olunmalıdır. Ancaq hazırda xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması hüquqlarının pozulmasıdır. Belə ki, o, hazırda 2 uşağa görə 1/2 hissədə aliment ödəyir. Bu isə hüquqlarının kobud pozulmasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə onlara məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 4485/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1605 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı qazancının (başqa gəlirlərininı dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasına 05 may 2014-cü il tarixdən başlanılması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)- 3706/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin olunmuş, iddiaçı X16 ilə cavabdeh İddiaçı arasında 15 noyabr 1996-cı il tarixdə bağlanmış, 2209 №-li qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 06 dekabr 1998-ci il təvəllüdlü X5, 28 mart 2002-ci il təvəllüdlü X17 və 07 sentybar 2005-ci il təvəllüdlü X11 anası X10 himayəsində saxlanılması, X5, X17 və X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı onun qazancının və başqa gəlirlərinin 1/2 hissəsində aliment tutularaq anası X14 ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnamələri ilə İddiaçı birinci nikahından-X16 ilə birgə nikahından olan 06 dekabr 1998-ci il təvəllüdlü X5, 28 mart 2002-ci il təvəllüdlü X17 və 07 sentybar 2005-ci il təvəllüdlü X2 üçün qazancının (başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında, bundan əlavə onun ikinci nikahından - Cavabdeh ilə birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda Cavabdeh ilə birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X3 üçün tutulan alimentin 1/6 hissədə azaldılmasını xahiş edir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçının birinci nikahından olan xx.xx.1998-ci il təvəllüdlü X5, xx.xx.2002-ci il təvəllüdlü X17 artıq yetkinlik yaşına çatmışdır, bununla da iddiaçı həmin uşaqlara münasibətdə alimenti ödəməkdən azad olmuşdur. Onun birinci nikahından olan digər övladı və xx.xx.2005-ci il təvəllüdlü X18 isə təxminən 1 aydan da az müddət sonra yetkinlik yaşına çatmış olacaqdır. Hazırki durumda isə iddiaçı birinci nikahdan olan övladına görə ¼ hissədə, ikinci nikahdan olan övladına görə də ¼ hissədə aliment ödəmiş olur ki, bu halda da iddiaçıdan tutulan alimentin miqdarı qazancının yarısından çox deyildir. Belə olan halda isə, faktiki olaraq iddiaçının aliment ödənişləri ilə maddi vəziyyətinin çətinləşdirən hal artıq aradan qalxmış, maddi vəziyyətini başqa cür ağırlaşdıran digər mötəbər sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, uşağın yüksək mənafeyini və əvvəlki təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanılmalı olması nəzərə alınmalı, iddia hazırki halda əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə iddianı rədd edərkən, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını, xx.xx.2005-ci il təvəllüdlü X11 isə təxminən 1 aydan da az müddət sonra yetkinlik yaşına çatmış olacağını nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin mararını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2.). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. (bənd-8.13.) Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (bənd- 8.13.) Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Aliment tutulmasına dair qətnamə qəbul ediləndən sonra (qanuni qüvvəsini aldıqda) alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsinin hüquqi əsasını həmin Məcəllənin 112.1-ci maddəsi təşkil edir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İş materialları ilə belə bir hal da aşkar olunmamış, iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb etməklə Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2988/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2988/2023
09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver