Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2997/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyində və istifadəsində olan cehiz əmlakının, qızıl-zinət əşyalarının və ya onların pul ilə bazar qiymətinə uyğun olaraq dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 23.08.2019-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahdan bir övladı anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduğu zaman ona qızıl-zinyət əşyaları hədiyyə olunmuşdur və gəlin köçərkən cehiz əmlakını cavabdehin yaşadığı ünvana aparmışdır. Daha sonra isə cehiz əmlakını cavabdehlə birgə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzilə yığılmışdır. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehlər tərəfindən onun əlindən alınmışdır. Hal-hazırda cehiz əmlakı cavabdehin qanunsuz istifadəsindədir. Ona cavabdeh tərəfindən verilən hədiyyə qızıl-zinyət əşyaların siyahısı: 1 ədəd 750 əyarlı 19,5 qramlıq “yolka” sep zəncir dəyəri - 2340 manat, 1 ədəd 585 əyarlı 4,2 qramlıq qolbağ dəyəri - 330 manat, 1 ədəd 583 əyarlı 1,5 qramlıq halqa üzük dəyəri -120 manat, 1 cüt 583 əyarlı 3,6 qramlıq sfetafor sırğa dəyəri - 290 manat, 1 ədəd 585 əyarlı 25 qramlıq brilyant qaşlı kolye dəsti dəyəri - 3750 manat, 1 ədəd 585 əyarlı 4,2 qramlıq üzük dəyəri - 330 manat, 1 ədəd 585 əyarlı 3,7 qramlıq sep klon dəyəri - 300 manat, 1 ədəd 585 əyarlı 2,7 qramlıq sep klon dəyəri - 220 manat, 1 ədəd 585 əyarlı 4 qramlıq brilyant qaşlı tək qaş üzük dəyəri - 800 manat . Cehizlərimin siyahısı: qonaq dəsti mebeli -1500 manat, yataq dəsti mebeli-1100 manat, divan-700 manat, lüstur qonaq otağı üçün -500 manat, lüstur yataq otağı üçün-60 manat, xalça 3 ədəd -350 manat, 280 manat, 190 manat, dəhliz xalçası 3 ədəd- 110 manat, qonaq otağı pərdəsi-500 manat, yataq otağı pərdəsi-350 manat, mətbəx stolu və 4 ədəd stulu-200 manat, televizor “Samsung” markalı 1 ədəd 150 ekran- 12, tozsoran “Bosch” markalı 1 ədəd-260 manat, qabyuyan “Bosch” markalı 1 ədəd-1000 manat, paltaryuyan “Bosch” markalı 1 ədəd-1100 manat, soyuducu “İndesit” markalı 1 ədəd-900 manat, ütü “Bosch” markalı 1 ədəd-160 manat, elektrik qazanı 1 ədəd-150 manat, elektrik çaydan 1 ədəd-90 manat, toster 1 ədəd-30 manat, elektrik soba 1 ədəd-130 manat, divar portreti 1 ədəd-80 manat, açılıb-bağlanan juma-120 manat, “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd-350 manat, xrustal stəkan 12 ədəd -80 manat, xrustal bakal 12 ədəd-120 manat, dolça dəsti 2 ədəd-160 manat, bagema dəsti 12 ədəd-150 manat, gümüş çərəz qabı 2 ədəd-130 manat, konfet qabı 8 gözlü-120 manat, meduza 2 ədəd gülda, 1 ədəd meyvə qabı-350 manat, xrustal meyvə vazları 6 ədəd-400 manat, qaşıq dəsti hər dəstdə 24 ədəd-100 manat, xrustal rumka 12 ədəd-80 manat, xrustal kül qabı 2 ədəd-60 manat, qazan dəsti (qranit) 2 ədəd-180 manat, qazan dəsti “Karaca”-350 manat, aş qazanı 2 ədəd-120 manat və 60 manat, qazan dəsti (paslanmaz polad) 2 ədəd-160 manat, mətbəx ləyənləri 5 ədəd-20 manat, fincan dəsti 12 ədəd-25 manat və 30 manat 41 .Mətbəx üçün qab yığılan-18 manat, ayaqqabı qoyulan-35 manat, pol yumaq üçün vedrə- 17 manat, pastel dəsti 10 ədəd-1000 manat, yun ədyal 5 ədəd-450 manat, yataq örtüyü 1 ədəd-150 manat, yay fəsli yataq dəsti-40 manat, xrustal güldan 3 ədəd-140 manat, ədəd sokçəkən - 120 manat, ədəd blender - 30 manat, ədəd ütü altlığı - 50 manat, ədəd çay dəsmalı - 120 manat 53.25 ədəd hamam dəsmalı - 500 manat, 30 cüt əl dəsmalı - 420 manat, 6 ədəd süfrə - 500 manat Geyimlər- 1 ədəd şuba qara rəngli, 4 ədəd dəri kurtka. 3 ədəd palto, 5 ədəd uzunboğaz çəkmə, 10 ədəd yay ayaqqabısı, 5 ədəd idman ayaqqabısı, 10 ədəd şalvar, 10 ədəd yay köynəyi, 12 ədəd yay köynəyi, 4 ədəd platya, 11.14 ədəd gündəlik platya, 2 ədəd jilet, 5 ədəd çanta. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 birgə nikaha daxil olmuşlar və həmin nikahdan bir övladları dünyaya gəlmişdir. İddiaçının dediyinə görə bir müddət münasibətləri normal olmuş, lakin sonra münasibətlər gərginləşmişdir. İddiaçı cavabdehlər tərəfindən təzyiqlərə məruz qalmışdır, hətta bununla bağlı Yasamal Rayon Polis İdarəsində də araşdırma aparılmışdır. Təziqlərdən dolayı iddiaçı cavabdehlə birgə yaşadığı evdən çıxmaq məcburiyyətində qalmış və çıxarkən də qızıl-zinət əşyaları və iddia ərizəsində sadalanan cehiz əşyaları həmin cavabdehlərə məxsus ünvanda qalmışdır. Hal-hazırda ailə münasibətləri pozulduğuna görə iddiaçı ailə qurarkən ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını və cehiz kimi apardığı əşyaları geri tələb edir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddiaçının dediklərində yalnız bir gerçək fakt ondan ibarətdir ki, o, gəlin köçərkən kirayə mənzilə gəlib və həmin mənzilin kirayə olduğunu lap əvvəldən bilib. Lakin sadalanan cehiz əşyalarını bütünlüklə onun mərhum atası Hafiz Abbasov öz oğlu üçün hədiyyə edib. İddiaçının valideynləri tərəfindən ona hər-hansı bir cehiz əşyası qoşulmayıb, ümumiyyətlə bir manat belə xərcləri çıxmayıb. Toyun bütün xərcləri, qızıl-zinət əşyaları, onların yaşayışları üçün evə zəruri olan bütün əşyalar onun mərhum atası tərəfindən alınıb. Onun valideynlərinin yaşadığı mənzilə qonşu mənzili toy ərəfəsi kirayəyə götürərək həmin mənzilə zəruri olan bütün əşyalar qoyulub. İddiaçı ona toy ərəfəsi verilmiş qızıl-zinət əşyalarından başqa onun anasına məxsus xeyli miqdarda qızıl-zinət əşyalarını onun rayonda nənəsinin dəfn mərasimində olmağından istifadə edərək oğurlayıb. Bu fakt üzə çıxdıqdan sonra iddiaçının atasına zəng edildi, iddiaçının atası onlara gələrək xahiş etdi ki, bu söhbət böyüdülməsin, bütün əşyaları geri qaytaracaq. Lakin bir müddət keçdikdən sonra oğurlanmış qızıl-zinət əşyaları və yaxud dəyəri geri qaytarılmadığından bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, o tərəfləri tanımır, iddiaçını ilk dəfədir ki, görür, lakin onun atası Əli Dünyamalıyevi tanıyır. Belə ki, o, özü mebel mağazasında fəhlə işləyir. Əli Dünyamalıyev 2019-cu ilin yay aylarında “Əl-Riyad” ticarət mərkəzində Elşad adlı şəxsin “Zirvə” mebel dükanından cehiz mebeli almışdı. Elşad müəllim onlara bildirdi ki, bu mebellər Bakı şəhəri Yasamal rayonunda yerləşən Asan Xidmət ilə üzbəüz olan binadakı mənzilə daşınacaq. Həmin vaxt mebellər Gəncə şəhərindən gəlməli idi. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahdan bir övladı dünyaya gəlmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyində və istifadəsində olan cehiz əmlakının, qızıl-zinət əşyalarının və ya onların pul ilə bazar qiymətinə uyğun olaraq dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iddiaçı cehiz əmlakının və qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasına dair iş materiallarına heç bir sənəd və sübut əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 77.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı ərizəsi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2997/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2997/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver