Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3002/2022 24.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı "uşağın atanın himayəsində olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və alimentin ləğv edilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı "uşağın atanın himayəsində olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və alimentin ləğv edilməsi tələbinə dair" iddia ərizəsi, dada sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 daimi olaraq onun yanında olmaları nəzərə alınmaqla məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentə görə hesablanmış 11520 manat məbləğində borcun silinməsi və uşaqların onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2850/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 analarının himayəsinə verilməsi və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikah pozulduqdan bir müddət sonra oğlu Məhəmməd bir neçə ay fasilələrlə anasının yanında olsa da, qızı Nuray bir gün də olsun belə onun yanından ayrılmamışdır. Sonradan cavabdeh Məhəmmədə görə aliment tələb edərkən alimentin hər iki uşağa görə müəyyən edilməsi halı aşkar edilmiş, ancaq ümumi razılaşma əsasında fasilələrlə də olsa Məhəmmədin onun yanında qaldıqı dövr üçün 960 manat aliment ödəmişdir. Eyni zamanda razılaşmışfırlar ki, uşaqlar onun yanında olduğuna görə cavabdeh Yasamal rayon İcra Şöbəsinə aliment tələbindən imtinaya dair ərizə təqdim edəcək, icra məmuru isə icra işinə xitam verilməsinə dair məsələ qaldıracaqdır. Müəyyən müddət ötdükdən sonra cavabdeh müxtəlif bəhanələrlə alimentdən imtinaya dair ərizə təqdim etməkdən yayınır. X20 2021-ci ilin avqustundan orta təhsil almaq üçün tərəfindən X9, Vaşinqton şəhərinə göndərilmişdir və hazırda həmin şəhərdə Calverton məktəbində təhsilini 10-cu sinifdə davam etdirir və qarşıdan gələn 2022-2023-cü tədris ilində 11-ci sinif üçün yenidən qeydiyyatdan keçərək təhsil haqqı ödənilmişdir. X15 isə Bakı şəhər 60 nömrəli Tam Orta məktəbdə oxuyur, hazırda həmin məktəbin 9-cu sinifində təhsil alır və o da təhsilini gələcəkdə xaricdə davam etdirmək istəyir. Yuxarıda qeyd edilənlərlə bağlı tərəfindən vəkilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Cavabdeh təklifi aldıqdan sonra Mediasiya prosesinin keçirilməsi ilə bağlı münasibət bildirməmiş, ancaq telefon danışıqlarında uşaqlara güya ondan aliment tələb etməsi barədə yanlış məlumat verməklə kifayətlənmişdir. Uşaqlar da ondan alimentdən imtinaya dair ərizə verməsini xahiş etsələr də o, buna heç bir reaksiya verməmişdir. Belə olan halda xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatına müraciət edərək cavabdehə qarşı “uşaqların atanın himayəsində olması faktinin müəyyən edilməsi və hesablanmış aliment borcunun silinməsinə dair' məhkəmə mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, mediator X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/3-00644 saylı İlkin mediasiya sessiyasında İştirak edilməməsi barədə arayış verilmişdir. Boşandıqdan sonra uşaqların daimi olaraq onun himayəsində olması faktını uzun illərdir ki, yaşadıqları binanın mühafizə xidmətini həyata keçirən X11, X19 və faktiki olaraq həmin binada yaşayan X16 şahid qismində təsdiq edə bilərlər. Eyni zamanda himayəsində olan uşaqların hər ikisi daimi olaraq onun yanında olmaları və bütün xərclərin tərəfindən ödənildiyini məhkəmədə təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. 21 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X8 izahatında iddia tələbini tam şəkildə qəbul etdiyini göstərərək, aliment borcunun silinməsinə və uşaqların atalarının himayəsində saxlanmasına etiraz etmədiyini, həmçinin, uşaqlar atalarının yanında qaldıqları müddətdə heç bir aliment tələbi olmayacağını bildirmiş, buna dair yazılı ərizəni məhkəməyə təqdim etmmiş, işin məhkəmə baxışına təyin edilərək onun iştirakı olmadan baxılıb qətnamə çıcarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2850/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 analarının yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı X2 xeyrinə hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. X7 Vaşinqton şəhərində yerləşən Calverton Məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, bu məktub Nuray Şahqasımovanın hazırda Calverton Məktəbinin 10-cu sinifdə oxuduğunu və qarşıdan gələn 2022-2023-cü tədris ilinə görə 11-ci sinif üçün yenidən qeydiyyatdan keçdiyini təsdiqləyir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-105645/18 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2850/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə İddiaçı X5 xx.xx.2022-ci il tarixə aliment borcu icra işində olan sənədlərə əsasən 11520 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında xx.xx.2022-ci il tarixli, MŞB/3-00644 saylı arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq Hüquqlarına dair Konvensiya”nın 9.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəşinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X6 valideynləri boşandıqdan sonra daimi olaraq ataları İddiaçı yanında qalmış və uşaqlara faktiki olaraq o baxmışdır. Buna baxmayaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2850/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borc hesablanması davam etmiş və nəticədə aliment borcu 11520 manat təşkil edir. Həmçinin, iddia tələbləri cavabdeh X8 tərəfindən tam olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə, İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2850/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən yaranmış 11520 manat aliment borcu silinməli, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X6 atalarının himayəsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2850/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment öhdəlikləri üzrə yaranmış 11520 (on bir min beş yüz iyirmi) manat məbləğində aliment borcu silinsin. Yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X6 ataları İddiaçı yanında saxlanılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3002/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3002/2022
24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver