Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3004/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Tvins MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tvins MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh MMC tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilərək son haqq-hesab üzrə İddiaçı ödənilməmiş 6232,53 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəmədən Cavabdeh MMC tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilərək son haqq-hesab üzrə İddiaçı ödənilməmiş 6232,53 manat məbləğində və vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 200 AZN məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilmısini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, Tvins MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı tərəfindən ünvanlanmış müraciətlərə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı ilə cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Republikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən 27.08.2020-ci il tarixdə xitam verildiyi, son haqq-hesabının düzgün hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-nin rəhbəri C.Muradov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 10.03.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı son haqq-hesabının düzgün hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə rəsmi məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışa əsasən müəyyən olunur ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı ilə 22.07.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, işçinin aylıq əmək haqqının məbləği 5433,58 manat təşkil etmişdir. Arayış 05.08.2020-ci il tarixdən qüvvədə deyil. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli 9/6419 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan İddiaçı əmək haqqı üzrə bank hesabından çıxarış məlumatlarına əsasən sual üzrə 2020-ci ilin aprel-iyun aylarında əmək haqqı qismində mədaxillər nəzərə alınmaqla ekspertiza tədqiqatı ilə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının aylıq əmək haqqısı 5433,58 manat əsas götürülməklə vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra 2020-ci ilin aprel-may-iyun ayları üçün iddiaçıya ödənilməli olan əmək haqqı ilə hesabına köçürülən əmək haqqı arasında yaranmış fərq məbləği 5453,45 manat məbləğində müəyyən edilir, o cümlədən əmək haqqı üzrə bank hesabına köçürülən əmək haqqı məbləği 12480,23 manat, əmək haqqı məbləği 5433,58 manat əsas götürülməklə vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra 2020-ci ilin aprel-iyul ayları üçün iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 17936,68 manat təşkil edir. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli 215№-li hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, Vəkil ilə İddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlamışlar və hüquqi yardıma görə haqq 150 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdehndən 5453,45 (beş min dörd yüz əlli üç manat, qırx beş qəpik) manat məbləğində pul və 150 manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materialları və ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçıya aprel-may-iyun-iyul ayları üçün əmək haqqının və işçi işdən azad edilərkən ona ödənilməli olan son haqq-hesabın düzgün hesablanmadığı müəyyən edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən hesab edir ki, 150 manat məbləğində vəkil xərci cavabdeh Tvins MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 5453,45 (beş min dörd yüz əlli üç manat, qırx beş qəpik) manat məbləğində pul və 150 manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3004/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3004/2021
09.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver