Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3011/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Mirzəyeva İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəyeva İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə cehiz əşyalarının ona qaytarılması vəzifəsi qoyulmasını və Cavabdeh Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3142-məhəllədə yerləşən 19a saylı evin 65 saylı mənzilindən onun şəxsi mülkiyyətində olan cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mirzəyeva İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 31.03.2012-ci ildə bağlanmış nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2138/2019 nömrəli, 14.06.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzilin mülkiyyətçisidir. Onunla evlənməklərinə iki həftə qalmış o öz cehizini cavabdehin qeyd olunan ünvanda yerləşən boş mənzilinə gətirib yerləşdirmişdir. Cavabdehin mənzilində onun cehiz əşyalarından başqa heç bir mebel və ya avadanlıq yox idi. 31.03.2012-ci il tarixdə nikah bağlandıqdan sonra isə həmin mənzilə köçmüşdür və özü ilə həmin mənzilə mətbəx mebeli - 1 ədəd - 5500 manat, mətbəx künc mebeli (masa, divan, taburet) - 1900 manat, yataq mebeli - 8000 manat, dəhliz mebeli - 1000 manat, çıl-çıraq - 3 ədəd (850+450+900)- 2200 manat, xalça - 2 ədəd- (550+250)-800 manat, paltaryuyan LG markalı - 1 ədəd- 780 manat, soyuducu LG markalı – 1 ədəd- 1200 manat, televizor LG markalı - 1 ədəd - 1500 manat, televizor Samsunq markalı - 1 ədəd- 600 manat, qaz sobası - 1 ədəd - 314 manat, qaz sobası filtri – 1 ədəd - 290 manat, soba - 1 ədəd - 468 manat, qabyuyan LG markalı- l ədəd - 480 manat, mətbəx rakovini- 1 ədəd - 300 manat, mətbəx üçün su kranı İspanya istehsalı – 1 ədəd - 350 manat, qonaq otağında mebeli - 7000 manat, jalüz- 1 ədəd - 190 manat, pərdə - 2 ədəd (450+460)-910 manat, stoloviy servis 12 person- 2ədəd -3600 manat, xrustal qab-qacaq - 3000 manat, qab-qaşıq (qazan, stəkan, bıçaq, çəngəl, qaşıq) - 3000 manat. Cehiz əşyalarının ümumi dəyəri 43382 manat təşkil edir. O, indiyədək o həmin ünvanda qeydiyyatdadır. Lakin boşandıqdan sonra onun həmin mənzilə yaşayış hüququ məhkəmə qərarı ilə tanınsa da və yuxarıda göstərdiyi cehiz əşyaları indiyədək orada qalsa da cavabdeh onun həmin ünvanda yaşamağına imkan vermir və həmin əşyalarını mənimsəmək məqsədini güdərək müxtəlif bəhanələrlə cehizi qaytarmaqdan imtina edir. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh üzərinə onun cehiz əmlakının qaytarmaq öhdəliyinin qoyulması, Cavabdeh üzərinə ona vurduğu zərərin məbləğinin ödənilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 19-a saylı evin 65 saylı mənzilindən cehiz əşyalarının qaytarılması vəzifəsi qoyulması və onun şəxsi mülkiyyəti olan cehizinin çıxarılması barədə iddia ərizəsi vardır. Eyni zamanda o məhkəmədən xahiş etmişdir ki, iddianın təmini tədbiri üçün Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 19-a saylı evin 65 saylı mənzilində onun şəxsi mülkiyyəti olan cehizinin qorunub saxlanması üçün əşyalar üzərinə həbs qoyulsun. Toya qədər iki həftə qalmış o öz cehizini cavabdehin qeyd olunan ünvanda yerləşən boş mənzilinə gətirib yerləşdirib. Cabandehin mənzilində onun cehiz əşyalarından başqa heç bir mebel və ya avadanlıq yox idi. 31.03.2012-ci il tarixdə nikah bağlandıqdan sonra isə həmin mənzilə köçmüş və özü ilə həmin mənzilə 2 növ qazan (hər birindən 8 ədəd), soyuducu və mikrodalğalı soba üçün 5 ədəd xüsusi qablar, 6 ədəd bıçaqlar, 2 ədəd çaydan (1 ədəd balaca və 1 ədəd böyük, 1 ədəd mətbəx və yemək servisi, bıçaq, çəngəl, qaşıq 12 nəfərlik, 1 ədəd çörəkqabı, 1 ədəd yağqabı, 1 ədəd süzgəc, 6 ədəd plastmas qab, 3 ədəd ələk (böyük, orta və balaca), 4 ədəd ləyən, 1 ədəd zibilqabı, 1 ədəd sabunqabı, 12 ədəd su stəkanları, 6 ədəd salatqabı, 3 ədəd konfetqabı, 4 ədəd mürəbbəqabı, 12 ədəd balaca mürəbbəqabı, 2 ədəd meyvəqabı, 12 ədəd çay stəkanları, 4 ədəd sini, 2 ədəd doğrama taxtası, 2 ədəd salfetqabı, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 2 ədəd televizor, 1 ədəd plitə, 1 ədəd aspirator, 1 ədəd soba, 1 ədəd qabyuyan, 1 ədəd yataq mebeli, 1 ədəd qonaq mebeli, 1 ədəd mətbəx mebeli, 1 ədəd dəhliz üçün şkaf, 4 ədəd çılçıraq, 2 ədəd qonaq dəsti (hər birində 96 ədəd qab), bıçaq, qaşıq, çəngəl (hər birinən 12 ədəd), 12 ədəd rumka, 12 ədəd su stəkanı, 12 ədəd salatqabı, 4 ədəd duzqabı (qümüşdən), 2 ədəd salfetqabı, 6 ədəd çay üçün stəkan, 6 ədəd nəlbəki, 12 ədəd mürəbbaqabı (balaca), 4 ədəd mürəbbəqabı (böyük), 6 ədəd konfetqabı, 4 ədəd meyvəqabı, 2 ədəd pirojnaqabı, 6 ədəd limonqabı, 2 ədəd çənqəl (limon üçün, qümüşdən), 2 ədəd çərəz uçun qab, 3 ədəd sini, 12 ədəd bokal, 2 ədəd narşarabqabı, 4 ədəd balış, 4 ədəd yorğan, 1 ədəd döşək, 6 ədəd ədyal, 12 ədəd yataq dəsti, 4 ədəd süfrə, 12 ədəd dəsmal - 2 korobka (hər birində 6 ədəd) mətbəx dəsmalı, 4 ədəd əl üçün dəsmal, 2 ədəd mətbəx üçün süfrə, 2 ədəd pərdə, 2 ədəd jalüz (mətbəx otağı), 4 ədəd xalça (yataq, qonaq və dəhliz otağı) aparmışdır. Cavabdeh dəfələrlə bildirmişdir ki, mətbəx mebelini qaytarmayacaqdır, çünki qaytararsa, mətbəxin divarlarında mebel quraşdırılmasının izləri qalacaqdır. 14.06.2019-cu il tarixdən yəni rəsmi boşanmadan sonra cavabdeh cehiz əşyalarından onun razılığı olmadan istifadə edir və əmlakını səliqəsiz istifadə etmək üsulu ilə qəsdən zərər vurmaq üçün bu günədək qaytarmır. 2019-cu ildə cavabdeh onu mənzildən çıxarmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1724/2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi qət edilmişdir. Lakin, cavabdeh mənzilə köçməyinə maneçilik etmişdir. Çoxsaylı cəhdlərdən sonra mənzilə köçürülmüşdür, lakin, buna baxmayaraq, cavabdeh onun mənzildə yaşamağına müxtəlif maneələr yaratmışdır. Sonralar cavabdeh kilidi dəyişmişdir. O mənzilə köçürülməyi barədə Yasamal rayon İcra Şöbəsinə ərizə ilə müraciət etməyə məcbur oldu. 07 may 2021-ci ildə məhkəmə icraçısı tərəflərin iştirakı ilə cehiz əmlakının siyahısını tərtib edirdi. Siyahı tutularkən müəyyən edildi ki, cehiz əmlakının bir hissəsini cavabdeh mənzildən naməlum yerə aparmışdır, cehiz əmlakının digər hissəsi isə zədələnmiş, yaxud yararsız vəziyyətə salınmışdır. Siyahıyaalınma zamanı cavabdeh özünü ötkəm aparırdı, iştirakçılar ilə kobud tonda danışırmış və onun cehiz əmlakının bir hissəsini mənzildən aparmasını heç inkar etmirmiş. Cavabdeh onun cehiz əmlakının bir hissəsini mənzilin giriş qapısının kilidini dəyişməsi zamanı oradan çıxarıb aparmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mübahisə olunan əşyalardan 1 ədəd qonaq mebeli iddiaçının valideyni tərəfindən Türkiyədən karqo vasitəsilə ilə alınmış və mənzilə gətirilib yerləşdirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, cehiz əşyalarını tələb etmək iddiaçının hüququdur. Bildirmək istəyir ki, cehiz əşyalarının sayını bilmir, amma həmin əşyalar evdə olmalıdır. Təbii ki, 7 il müddətində nikahda olmuşlar, o da əlavə əşyalar almışdır, amma onları mübahisələndirmir. Mübahisələndirmək istədiyi bir qonaq mebelidir, iddiaçının gətirdiyi qonaq mebelinin pulunu iddiaçının atasına o vermişdir və aldığı mebel yararsız vəziyyətə düşdüyündən onu atmışdır, yeni qonaq mebeli almışdır. İkinci mübahisələndirdiyi dəhliz şkafıdır, onu atası evi təmir etirəndə yəni nikahdan əvvəl almışdır, o iddiaçının cehiz əşyası deyildir. Eyni zamanda bildirir ki, xalçalardan birini iddiaçı özü xarab olduğundan atmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək, iddiaçının izahatı ilə oxşar məzmunlu izahat vermiş və mövcud olan əşyaların iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə tərəflərin izahatlarını, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərmişdir ki, iddiaçının dayısıdır. Qonaq və yataq otağı mebelləri Türkiyə Respublikasından Azərbaycana gətiriləndə o, mebelləri Dərnəgüldən karqodan götürmüş və ünvan 1 ünvanına gətirmişdir. Mebellərin quraşdırılmasında işitak etməmişdir. Onlar mebelləri gətirəndə ev təmirdən təzə çıxmışdı. İddiaçı atası İlqarın mebelləri ümumi 20000 ABŞ dollarına aldığını eşitmişdir. İş materiallarında olan icra məmuru tərəfindən verilmiş ilkin iddia ərizəsi üzrə iddianın təmini tədbirinə dair üzərinə həbs qoyulmuş və siyahıya alınmış əmlaklar barədə 07 may 2021-ci il tarixli protokol və aktdan görünür ki, 1 ədəd mətbəx mebeli, masa, divan, taburet, yataq mebeli, 1 ədəd dəhliz mebeli, 3 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 2 ədəd televizor, 1 ədəd plitə, 1 ədəd qaz sobası filtri, 1 ədəd soba, 1 ədəd qabyuyan, 1ədəd mətbəx çanağı, 1 ədəd mətbəx üçün su kranı, jaluz, 2 ədəd pərdə, sayını müəyyən etmək mümkün olmayan yemək servisi, qab-qacaqlar, qazan, qaşıq, çəngəl, bıçaq stəkan aşkar edilmişdir. Qonaq otağı mebeli aşkar edilmədi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər 2012-ci il tarixdə nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. Yasamal Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(004)-2138/2019 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Tərəflər arasında cehiz əşyalarının geri qaytarılması tələbi bağlı mübahisə yaranmışdır. İddiaçı cavabdehlə ailə qurandan sonra apardığı cehiz əmlaklarını və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə, qeyd edir ki, cavabdeh 1 ədəd qonaq mebeli dəstinin pulunun onun tərəfindən iddiaçının atasına verilməsini, yəni qonaq mebelinin onun tərəfindən alınmasını, eləcə də dəhlizdə olan bir ədəd paltar şkafının nikahdan əvvəl atası tərəfindən alındığını və cehiz əmlakı olmadığını qeyd etsə də, bu halları məhkəmə araşdırmasında sübuta yetirə bilmədi. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, cehiz əşyaları cavabdehdən alınaraq, iddiaçıya qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi cehiz əşyalarının dəyəri hissəsində və vurulmuş ziyanın ödənilməsi hissəsində yetərincə əsaslandırılmadığından rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllədə yerləşən 19a saylı evin 65 saylı mənzildə olan iddiaçı Mirzəyeva İddiaçı məxsus cehiz əşyaları: 2 növ qazan (hər birindən 8 ədəd), soyuducu və mikrodalğalı soba üçün 5 ədəd xüsusi qablar, 6 ədəd bıçaqlar, 2 ədəd çaydan (1 ədəd balaca və 1 ədəd böyük, 1 ədəd mətbəx və yemək servisi, bıçaq, çəngəl, qaşıq 12 nəfərlik, 1 ədəd çörəkqabı, 1 ədəd yağqabı, 1 ədəd süzgəc, 6 ədəd plastmas qab, 3 ədəd ələk (böyük, orta və balaca), 4 ədəd ləyən, 1 ədəd zibilqabı, 1 ədəd sabunqabı, 12 ədəd su stəkanları, 6 ədəd salatqabı, 3 ədəd konfetqabı, 4 ədəd mürəbbəqabı, 12 ədəd balaca mürəbbəqabı, 2 ədəd meyvəqabı, 12 ədəd çay stəkanları, 4 ədəd sini, 2 ədəd doğrama taxtası, 2 ədəd salfetqabı, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 2 ədəd televizor, 1 ədəd plitə, 1 ədəd aspirator, 1 ədəd soba, 1 ədəd qabyuyan, 1 ədəd yataq mebeli, 1 ədəd mətbəx mebeli, 1 ədəd dəhliz üçün şkaf, 4 ədəd çılçıraq, 2 ədəd qonaq dəsti (hər birində 96 ədəd qab), bıçaq, qaşıq, çəngəl (hər birinən 12 ədəd), 12 ədəd rumka, 12 ədəd su stəkanı, 12 ədəd salatqabı, 4 ədəd duzqabı (gümüşdən), 2 ədəd salfetqabı, 6 ədəd çay üçün stəkan, 6 ədəd nəlbəki, 12 ədəd mürəbbaqabı (balaca), 4 ədəd mürəbbəqabı (böyük), 6 ədəd konfetqabı, 4 ədəd meyvəqabı, 2 ədəd pirojnaqabı, 6 ədəd limonqabı, 2 ədəd çənqəl (limon üçün, qümüşdən), 2 ədəd çərəz uçun qab, 3 ədəd sini, 12 ədəd bokal, 2 ədəd narşarabqabı, 4 ədəd balış, 4 ədəd yorğan, 1 ədəd döşək, 6 ədəd ədyal, 12 ədəd yataq dəsti, 4 ədəd süfrə, 12 ədəd dəsmal - 2 korobka (hər birində 6 ədəd) mətbəx dəsmalı, 4 ədəd əl üçün dəsmal, 2 ədəd mətbəx üçün süfrə, 2 ədəd pərdə, 2 ədəd jalüz (mətbəx otağı), 3 ədəd xalça (yataq, qonaq və dəhliz otağı) cavabeh Cavabdeh alınaraq iddiaçı Mirzəyeva İddiaçı geri qaytarılsın. İddiaçı Mirzəyeva İddiaçı məxsus 1 ədəd qonaq mebeli Cavabdeh alınaraq iddiaçı Mirzəyeva İddiaçı geri qaytarılsın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3011/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3011/2021
13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver