Məhkəmə qərarları › İş №2(004)-3023/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3023/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3023/2020 29.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasındakı nikah xx.xx.2015-ci il tarixdə pozulmuş və bu tarixdə Naxçıvan şəhər Qeydiyyat Şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə onun birgə nikah münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 adlı 2 övladları dünyaya gəlmişdir. Məhkəmənin qərarına əsasən X3 atasının himayəsinə, X4 isə anasının himayəsinə verilmişdir. O, nikahın pozulmasından öncə, məhkəmə prosesinin davam etdiyi müddət ərizində (12 ay) X5 üçün 2019-cu il qədər uşaqların saxlanması üçün aliment ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218 və 220-ci maddələrini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2003cü ildə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2003-cü il tarixdə X3 və xx.xx.2005-ci il tarixdə X4 dünyaya gəlmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-06/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunumuşdur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 108 manat miqdarında aliment tutularaq xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiyyalarında olan X8 idarəsi tərəfindən verilmiş seriya AZE № 10428250 şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.2005-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur, anası Cavabdeh, atası isə İddiaçıdur. AZ-İ 381088 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur, anası Cavabdeh, atası isə İddiaçıdur. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx xxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar