Məhkəmə qərarları › İş №2(004)-303/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-303/2023

06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-303/2023 06.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlak, qızıl-zinət əşyası və pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlak, qızıl-zinət əşyası və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə saat 10:45-ə təyin edilmişdir. Tərəhlıərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə iclasınnı onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. İddiaçı isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qeyd olunan cehiz əşyalarının ona qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı iddia tələbində ona məxsus cehiz və qızıl əşyalarının qaytarılmasını və ya onların ödənilməsini tələb etsə də iddia ərizəsində həmin əşyaların markası, modeli, rəngi, təsviri göstərilməmiş həmçinin qızıl-zinət əşyalarının əyarı, qramı və digər məlumatları qeyd edilməmişdir. Bu səbəblə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bildirilmişdir ki, əmlakların adı, markası, rəngi, istehsalçı ölkəsi ayrı-ayrılıqda qiymətləri, qızıl –zinət əşyalarının əyarı, ölçüsü və təsviri dəqiq göstərilməlidir, iddia tələbi dəqiqləşdirilməyəcəyi halda iddia ərizəsinin baxılmamış saxlanılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlak, qızıl-zinət əşyası və pul” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar