Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3045/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X3, xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində, ümumilikdə 600 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx xxxxx 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdeh hərbiçidir. Birgə nikahlarından onların xx xxxxxx 2012-ci il təvəllüdlü X3, xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Cavabdeh ilə ailə münasibətlərində baş vermiş mübahisədən sonra iddiaçı azyaşlı övladları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh azyaşlı uşaqların saxlanmasında, yəni aliment ödəməkdə könüllü iştirak etmir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə əsas məqsədi övladlarının saxlanılması üçün cavabdehdən alimentin tutulmasıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı 2020-ci ilin aprel ayında evdən çıxaraq atası gilə getmişdir. O vatdan bu günə kimidə uşaqlar iddiaçının yanındadır. O, və onun yaxın qohumları iddiaçı ilə barışmalarına cəhd göstərmələrinə və bu məqsədlə evlərinə getmələrinə baxmayaraq iddiaçının valideynləri onları yaxın buraxmamış və polisə şikayət edəcəkləri ilə hədələmişlər. O uşaqlarının maddi cəhətdən saxlanılmasına etiraz etmir, lakin məhkəmə qaydasında alimentin tutulmasına etiraz edir. Belə ki, iddiaçı ilə onun arasında bağlanmış rəsmi nikah pozulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh ilə eyni məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı, cavabdeh və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunları N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 32 nömrəli arayışdan görünür ki, Cavabdeh X10 N saylı hərbi hissəsində işləyir. Aylıq məvacibi gəlir vergisi və sosial sığorta haqqı tutulduqdan sonra 1227,51 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, məhkəmədə müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikahda olmalarına baxmayaraq 2020-ci ilin aprel ayından ayrı-ayrı ünvanlarda yaşayır, birgə təsərrufat idarə etmirlər, uşaqlar iddiaçının himayəsindədirlər və cavabdeh uşaqların saxlanılmasında heç bir maddi köməklik göstərmir. Məhkəmə hesab edir ki, tərəflər ayrı yaşadıqlarından və yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2012-ci il təvəllüdlü X3, xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X5 iddiaçının himayəsində olduğundan iddiaçının onların saxlanılması üçün aliment tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. İstinad olunan maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, aliment aliment verməyə borclu olan valideynin qazancının (gəlirin) müəyyən hissəsi kimi tutulur. Hazırki iş üzrə tərəflər onların birgə nikahlarından doğulmuş övladlarının saxlanılması üçün aliment barədə məhkəməyə saziş təqdim etməmişlər. Bundan əlavə həmin maddəyə əsasən 3 uşağa görə aliment aliment verməyə borclu olan valideynin qazancının yarısı miqdarında tutulmalıdır. Lakin iddiaçı alimentin cavabdehin qazancının müəyyən hissəsi kimi, yəni yarısı miqdarında deyil hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin aylıq qazancı 1227 manat olduğundan, həmin qazancın yarısı 613,50 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddiaçının alimentin sabit pul məbləğində tutulmasına dair xahişini, cavabdehin əmək haqqısının ½ hissəsinin 613,50 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və hər ay hər bir uşaq üçün tutulmalı alimentin məbləği 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, aliment iddia ərizəsinin verildiyi tarixdən, yəni xx xxx 2020ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, aliment tələbi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X3, xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx xxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün Cavabdeh 200 (iki yüz) manat sabit pul məbləğində, ümumilikdə 600 (altı yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikası MPM-in 234.2.1ci maddəsinə əsasən dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3045/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3045/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver