Məhkəmə qərarları › İş №2(004)-3067/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3067/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3067/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “3000 manat dəyərində qızıl-zinət əşyalarının geri qaytarılması” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “600 manat dəyərində qızıl zinyət əşyasının geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment tutulması, qızıl-zinət əşyalarının və ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 12 oktyabr 2023-cü ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində 3165 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması, xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və birgə nikahdan doğulmuş uşaqları 3 yaşına çatanadək uşağa qulluğa görə hər ay 100 manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, hədiyyə olaraq iddiaçıya alınmış və ona məxsus 3000 manat dəyərində, təxminən 30 qram çəkidə, 585 əyarlı ağ qızıldan hazırlanmış, zirkon qaşlı 1 ədəd üzük, bir cüt sırğa, 1 ədəd qolbağı və 1 ədəd boyunbağından ibarət bir dəst (komplekt) qızıl-zinət əşyalarının Cavabdeh alınıb iddiaçıya qaytarılması, yaşayış sahəsinə istifadə hüququnun tanınması, iddia qaldırılması üçün mediasiya haqqı olaraq ödənilmiş 50 manat, kargüzarlıq üçün ödənilmiş 10 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat, qızıl-zinət əşyalarına görə 50 manat olmaqla, cəmi 160 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini “yaşayış sahəsinə köçmək” hissəsində azaltmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2574/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment tutulması, qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair 2(004)-2574/2024 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment tutulması və ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddiası ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası ayrıca icraata ayrılması qərara alınmışdır. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 3000 manat dəyərində, təxminən 30 qram çəkidə, 585 əyarlı ağ qızıldan hazırlanmış, zirkon qaşlı 1 ədəd üzük, bir cüt sırğa, 1 ədəd qolbağı və 1 ədəd boyunbağından ibarət bir dəst (komplekt) qızıl-zinət əşyaları nişan mərasimində hədiyyə kimi İddiaçı verilmişdir. Lakin, o, evdən gedən zaman həmin qızılları götürməmişdir. Ona məlumdur ki, həmin qızıl əşyaları Cavabdeh tərəfindən satılmışdır. Odur ki, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “600 manat dəyərində qızıl zinyət əşyasının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1 (bir) ədəd ağ qızıldan ibarət 585 əyarlı qızıl üzük nişan mərasimində hədiyyə kimi Cavabdeh verilmişdir. Lakin, həmin üzük hazırda İddiaçıdır. Odur ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İlkin iddia üzrə İddiaçı məhkəməyə izahat verərək qarşılıqlı iddia tələbini qəbul etdiyini, mübahisə predmeti olan qızıl üzüyün onun sahibliyində olmasını, dəyərinin 600 manat olmasını qəbul etdiyini, özünün qızılları geri qaytarıldıqda həmin üzüyü də qarşılıqlı iddia üzrə iddiaçıya geri qaytaracağını bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə izahat verərək ilkin iddia tələbini qismən qəbul etdiyini, həmin qızılları hədiyyə kimi 3000 manata alındığını və İddiaçı nişan mərasimində bağışlandığını bildirmişdir. O, həmin qızılları 1200 manata satdığını, lakin qızılları satdığı adamdan yenidən geri aldığını bildirmiş, müvafiq qızılları iddiaçıya qaytaracağını etiraf etmişdir Məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, tərəflərin izahatlarına əsasən qızıl zinyət əşyalarının müvafiq olaraq əks tərəflərdə (iddiaçı və cavabdeh) olması, nikahdan əvvəl nişan mərasimində hədiyyə kimi əldə edilməsi mülki işin mübahisəsiz halıdır. Həmin əşyalar birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz, çünki nikahdan əvvəl nişan mərasimində hədiyyə olaraq tərəflərə təqdim edilmişdir. Deməli, həmin qızıl zinyət əşyaları üzərində tərəflərin fərdi mülkiyyət hüquqları mövcuddur. Məhkəmə nəzərə alır ki, ilkin iddia üzrə mübahisə predmeti olan qızıl-zinyət əşyaları cavabdeh tərəfindən satılmışdır. Lakin, qızıllar “metal olaraq” 1200 manata satılsa da, qızılların 3000 manat dəyərində alınması, həmin qızılların satıldığı şəxsdən yenidən geri alınaraq ilkin iddia üzrə iddiaçıya təhvil verilməsi barədə cavabdehin iradə ifadəsi mübahisəsiz haldır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlkin iddia üzrə Cavabdeh 30 qram çəkidə, 585 əyarlı ağ qızıldan hazırlanmış, zirkon qaşlı 1 ədəd üzük, bir cüt sırğa, 1 ədəd qolbağı və 1 ədəd boyunbağından ibarət bir dəst (komplekt) qızıl-zinyət əşyaları, bu mümkün olmadıqda dəyəri qismində 3000 (üç min) manat pul alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1 (bir) ədəd ağ qızıldan ibarət 585 əyarlı qızıl üzük, bu mümkün olmadıqda onun dəyəri qismində 600 (altı yüz) manat pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “3000 manat dəyərində qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddiası təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 30 qram çəkidə, 585 əyarlı ağ qızıldan hazırlanmış, zirkon qaşlı 1 ədəd üzük, bir cüt sırğa, 1 ədəd qolbağı və 1 ədəd boyunbağından ibarət bir dəst (komplekt) qızıl-zinyət əşyaları, bu mümkün olmadıqda dəyəri qismində 3000 (üç min) manat pul alınaraq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “600 manat dəyərində qızıl zinyət əşyasının geri qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1 (bir) ədəd ağ qızıldan ibarət 585 əyarlı qızıl üzük, bu mümkün olmadıqda onun dəyəri qismində 600 (altı yüz) manat pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar