Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3087/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 20ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179,6 kv.m olan 72A nömrəli fərdi yaşayış evinin hərracda satılmasının nəticələri haqqında 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Nikoyl İKB ASC ilə iddiaçı arasıda bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank ona 48 ay müddətinə, illik faiz dərəcəsi 26 olmaqla 80.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "Nikoyl İKB ASC ilə onun arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04 ha ölçüdə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilin aprel axında "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 70445.24 manat məbləğində əsas kredit borcunun, 59513.77 manat məbləğində faiz borcunun, 10752.08 manat cərimə, 18 dekabr 2018-ci il tarixdən 04 aprel 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesabı ilə 1067.2 manat məbləğində borcunun, cəmi 141778.29 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı "xxxx" ASC-nin (keçmiş "Nikoyl İKB ASC) xeyrinə əsas borca görə 70445.24 manat, faiz borcuna görə 59513.77 manat, cəriməyə görə 200 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1067.2 manatın, cəmi 131226.21 manatın tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən olunması, evin hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, kredit müqaviləsi üzrə əsas və faiz borcunun və eləcə də evin ilkin satış qiymətinin məbləği ilə razı olmadığını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(060)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3234/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 nömrəli iş üzrə olan 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179.6 kv.m olan 72A nömrəli fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxardılmış və Bakı Hərrac Mərkəzi MMC-nin 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli, yekun protokoluna görə əmlakın ilkin satış qiyməti 210000 (iki yüz on min) manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: "İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda- 15% və 43.7-ci maddəsinə əsasən 25 % əmlakın son satış qiyməti isə 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat müəyyən edilmiş və keçirilən iki hərrac baş tutmadığına görə "İpoteka haqqında" AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin (keçmiş "Nikoyl İKB ASC) əmlakı 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manata almışdır. Bununla bağlı "Yelo Bank” ASC-yə AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər iddiaçının ünvanına gəlməmiş, hərracın vaxtı və yeri barədə ona məlumat verilməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt Şəhəri İcra İdarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. O, hərracın keçirilməsində iştirak hüququndan məhrum edilmişdir. Hərracın keçirilməsindən təxminən 40-45 gün sonra xəbəri olmuşdur. Hətta vəkili tərəfindən hərracın keçirilməsi barədə 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli protokolun surətinin alınması ilə bağlı cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC-və sorğu verilsə də, qeyd olunan protokol cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı protokolun surətini icra məmurundan əldə etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179,6 kv.m olan 72A nömrəli fərdi yaşayış evinin hərracda satılması nəticələri haqqında 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Qabil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı hərrac keçirilən müddətdə ölkə daxilində olmamışdır. Belə ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində ölkədən kənarda olmuş və hərrac onun xəbəri olmadan keçirilmişdir. Belə olan halda iddia tələbi əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının sözügedən iddia tələbindən hər üç instansiya məhkəməsində məlmatı olmuşdur. Eyni zamanda Hərrac Mərkəzi tərəfindən iddiaçının ünvanına bildirişlər göndərilmiş, yaşadığı ünvandan bildirişlər qəbul edilmiş, bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəzetdə elan verilmişdir, yəni hərrac mərhələsi qanunvericiliyin tələbinə uyğun keçirilmişdir. Bu səbəbdən iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 13 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1561/2020 nömrəli icra vərəqəsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək həmin mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(060)- 13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 210000 manat müəyyən edilmiş, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilsin, 5 manatı iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən (əvvəlki "xxxx" İKB ASC) tutularaq cavabdeh İddiaçı verilməsi müəyyən edilmişdir. Qətnamə qalan hissədə- cavabdeh İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 70445,24 (yetmiş min dörd yüz qırx beş manat iyirmi dörd qəpik) manat əsas, 59513,77 (əlli doqquz min beş yüz on üç manat yetmiş yeddi qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1067,2 (min altmış yeddi manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 131226.21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanm yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanm ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m vardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" İKB ASC) ümumilikdə 131226.21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx"KB ASC) xeyrinə ödənilməsi, cavabdeh İddiaçı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTREOOO0ÖOOOOÖOOO2O885O1) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 17 dekabr 2021-ci il tarixli 683/21 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə 210.000 (iki yüz on min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 12 yanvar 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 22 dekabr 2021-ci il tarixdə İddiaçı qeydiyyatda olduöu ünvandan qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 14 yanvar 2022-ci il tarixli 683/21 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə 178,500 (yüz yetmiş səkkiz min beş yüz) manat məbləğində (105.000-15%=89.250) açıq auksion formasında təkrar hərracın keçirilməsi 31 yanvar 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildirişlər 19 yanvar 2022-ci il və 21 yanvar 2022-ci il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvandan qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri İcra idarəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və İddiaçı ünvanladığı 14 yanvar 2022-ci il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra şöbəsinin 12 noyabr 2021-ci il tarixli 187 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərrac baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “MARKET” qəzetində elan dərc edilmişdir. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əlkdə olunması barədə 09 fevral 2022-ci il tarixli protokol və eyni tarixli müqavilənin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evi 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat dəyərində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus AZE C03442163 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ölkədən çıxış etmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. 11 may 2022-ci il tarixli 13984 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1561/2020 nömrəli icra vərəqəsi icra şöbəsinin 12 noyabr 2021-ci il tarixli 187 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Market” qəzetində elan dərc edilmişdir. İddiaçı keçirilmiş müvafiq hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçirilmiş hərraclarla bağlı məlumatı olmadığından, hərracın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçı şəxsə göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3087/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3087/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver