Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3097/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək məcburi məzuniyyət dövründə olduğu müddətdə əmək haqqının 2/3 hissəsinin yəni 30358 manat, ixtisarla əlaqədar işdən çıxarkən ödənilməyən 2 aylıq vəzifə maaşı yəni 684 manat və “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq 6 ay üçün vəzifə maaşı həcmində müavinətin yəni 2052 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 yanvar 1993-cü ildə 9K saylı Əmrlə Sumqayıt Aliminum zavoduna (sonradan adı dəyişdirilərək Cavabdeh ASC) köçürmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.2009-cu ildə zavod üzrə verilmiş əmrə əsasən müddətsiz öz hesabına məzuniyyətə buraxılmışdır. xx.xx.2022-ci ilə qədər ödənişsiz əmək məzuniyyətində olmuşdur. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, 68K saylı əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət üzrə verilmiş xx.xx.2009-cu il tarixli əmrlə razılaşmır. Hesab edir ki, həmin əmr onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh Əmək Məcəlləsinin 114 və 146-cı maddələrinin tələblərinə əməl etmədən onu 2009-2022-ci illərdə ödənişsiz məzuniyyətə göndərmişdir. Halbuki onun razılığı olmadan hər il üçün 60 gün müddətində məzuniyyətdə ola bilərdi. Lakin cavabdeh qanunun tələbinə əməl etməmişdir. Ödənişsiz məzuniyyətə buraxıldığı tarixdən işdən çıxan tarixə qədər olan müddət 161 aydır. Hər il üçün 2 təqvim ayı çıxılsa o 135 ay ödənişsiz əmək məzuniyyətində olmuşdur. Hesab edir ki, cavabdehdən boşdayanmaya görə 135 ay üçün vəzifə maaşının 2/3 hissəsi məbləğində pulun tutulması, ixtisarla əlaqədar işdən çıxarkən ona ödənilməyən 2 aylıq vəzifə maaşının ödənilməsi və “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq ona 6 ay üçün müavinətin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra Cavabdeh ASC-nin nümayəndəsi İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, boşdayanmaya görə kompensasiyanın verilməsi tələbi ilə Cavabdeh ASC-yə qarşı iddia qaldıran vətəndaş İddiaçı 2009-cu ilədək faktiki işçilər sırasında olmuşdur. Dünya maliyyə-iqtisadi sistemində və Alüminium sənayesində 2008- 2009-cu illərdə yaranmış böhran nəticəsində Cavabdeh ASC-də iş həcminin kəskin azalması, istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. Səhmdar Cəmiyyətinin hal-hazırkı vaxtadək hər-hansı istehsalat fəaliyyəti yoxdur, istehsalat sahələri Konservasiya rejimində saxlanılır. İstehsalat fəaliyyətinin tam dayanması işəgötürənin təqsiri olmadan baş verdiyindən, qarşısı alına bilinməyən hallar mövcud olduğundan boşdayanma deyil forsmajor halı kimi qiymətləndirildiyindən müəssisədə zəhmətkeşlərin hüquqlarını müdafiə edən yerli azad Həmkarlar İttifaqı Komitəsinin razılığı əsasında 2009-cu ilin aprel ayından İddiaçı da daxil olmaqla bütün işçilər qrup halında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq ödənişsiz məzuniyyətə buraxılmışlar (razılıq Protokolları əlavə olunur). Belə ki, Səhmdar Cəmiyyətində istehsalın və işin dayanması ilə əlaqədar olaraq işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi prosesinə başlanılmışdır və onlar barələrində yeni əmrlər verilməklə hər 42 gündən bir ödənişsiz məzuniyyətə buraxılmışlar. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi boşdayanma, işəgötürən tərəfindən qarşısı alına bilinməyən halların, yəni fors-major halın mövcud olması səbəbindən baş vermişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixli 68K saylı əmr ilə xitam verilmişdir. İşlədiyi dövrə aid ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 1237,06 manat hesablanaraq özünün də təsdiq etdiyi kimi ödənişi təmin edilmişdir. Cəmiyyətin hal-hazırda ona əmək haqqı və ya əmək haqqına bərabər hər-hansı borcu yoxdur. Əmlakının və səhmlərinin 100 % - i dövlətə məxsus təsərrüfat hesablı dövlət müəssisəsi olan Cavabdeh ASC-nin istehsalat fəaliyyəti 2009-cu ilin aprel ayından tam dayandığından Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 2570 saylı Sərəncamı ilə Cavabdeh ASC-nin struktur vahidlərindən biri olan Sumqayıt “Alüminium” İstehsalat Sahəsi ləğv edilmişdir. Cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını, habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün Cavabdeh ASC-nin tabeçiliyi digər struktur vahidləri ilə birlikdə "xxxx" ASCyə verilmiş, hazırda təhvil-təslim işləri yekunlaşma ərəfəsindədir və Sərəncamnan irəli gələn məsələlərin həlli istiqamətində müvafiq işlərin görülməsi davam etdirilməkdədir. Daha sonra Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, Cavabdeh ASC-nin fəaliyyəti 2009cu ildən etibarən dünya bazarında baş vermiş böhran nəticəsində dayandırılaraq konservasiyada saxlanıldığı dövrdə işçilər, o cümlədən İddiaçı Əmək Məcəlləsinin 129, 146-cı maddələrinə, "Azərbaycan Alüminiumu” ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiq edilmiş Kollektiv Müqaviləyə əsasən ödənişsiz məzuniyyətə göndərilmişdir və ödənişsiz məzuniyyətlə bağlı bütün hallar həmin tarixdən aşkar olmuşdur ki, bu da 2009-cu ildən bu günədək 14 (on dörd) ildən artıq müddətin keçdiyini özündə əks etdirir. Yuxarıda qeyd olunanları və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyini nəzərə alaraq, 1 (bir) il müddətin keçməsilə əlaqədar iddia müddəti tətbiq edilsin və ixtisarla bağlı 2 (iki) aylıq müavinətin ödənilməsinə dair tələb istisna olmaqla, iddianın digər hissələrinin rədd olunması barədə qətnamə qəbul edilsin. Habelə Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə Ödənişin etirafı barədə ərizə ünvanlayaraq, əmək müqaviləsinə xitam verilərkən müddətlər buraxılaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin müddəalarının həqiqətən pozulmasını nəzərə alaraq ixtisarla bağlı 2 aylıq müavinətin ödənilməsinə etirazları olmadığını bildirmiş və bu hissədə iddiaçının tələbini qəbul etdiklərini qeyd etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddiasını müdafiə edir. 1993-cü ildə Sumqayıt Alüminium zavoduna işə qəbul edilmişdir və xx.xx.2009-cu ildə məcburi məzuniyyətə göndərilmişdir. Məzuniyyətə göndəriləndən sonra Əmək Məcəlləsinin 146-cı və 169-cu maddəsinə əsasən əmək haqqının 2/3 hissəsi ödənilməli olsa da, ödənilməmişdir. xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilə qədər məcburi məzuniyətin məbləği ödənilməyib. Qanuna əsasən ya məcburi məzuniyyətdə olduğu dövrdə əmək haqqı ödənilməli idi, ya da 2 ay sonra ixtisar olunmalı idi. Lakin belə etmədilər. 1993-cü ildən 2009-cu ilə kimi orada işləmişdir. 2009-cu ildə məcburi məzuniyyətə çıxardıblar. Rəhbər onları çağırmış və demişdir ki, istehsalatı işlədə bilmirlər ona görə də onları məcburi məzuniyyətə çıxardırlar. 1995-ci ildə də belə hal olmuşdu. Daha sonra televiziyadan öyrənmişlər ki, Prezidentin sərəncamı ilə Sumqayıt İstehsalat Sahəsi ləğv olunur və bundan sonra əldə olunan pullardan hər kəsin əmək haqqı ödənilməlidir. 2022-ci ilin sentyabrında ixtisarla işdən çıxarılmışdır. O vaxta kimi onları işdən ixtisarla çıxarmaq istəmirdilər, hədə-qorxu gəlirdilər ki, gəlib ərizələrini yazıb çıxsınlar. O isə ərizə yazmamış və Prezident aparatına, ombudsmana, İqtisadiyyat Nazirliyinə, Əmək Müfəttişliyinə şikayətlər etmişdir. Keçmiş istehsalat direktoru Vidadi Məhərrəmovu çağırıb cərimələmişdilər və demişdilər ki, 30 gün ərzində bu qanun pozuntularını aradan qaldırmalıdır. Pozuntular aradan qaldırılmadığı üçün bir daha Əmək Müfəttişliyinə müraciət etmiş və bildirmişlər ki, məhkəməyə müraciət etsin. 2009-cu ildən əmr verilən tarixədək Əmək Məcəlləsinin 146-cı və 169-cu maddələrinə uyğun olaraq ona əmək haqqının 2/3 hissəsi ödənilməli idi. Həmçinin onu işdən çıxarmazdan 2 ay əvvəldən xəbərdarlıq verməli idilər, lakin xəbərdarlıq etməmişlər. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən xəbərdarlıq olunmadığı üçün əmək haqqının 2 misli həcmində pul ödənilməlidir. Əmri aparıb Məşğulluq İdarəsinə verəndə sığortadan yararlana bilməmişdir. Pulu ona köçürmədiklərinə görə işsizliyə görə müavinəti ala bilməmişdir. Əmək haqqı 341 manat idisə, onun 2/3 hissəsini 2009-dan 2022-ci ilə kimi hər aya görə ödəməli idilər. Dövlət Sosial Müdafiə Fondunun ödəmədən imtina etməsinin səbəbi budur ki, 2009-cu ildən bu tərəfə heç olmasa 2 illik maaş Əmək Müfəttişliyinin sistemində oturmalı idi. Oturmadığına görə sığorta haqqı verə bilməzlər. Kollektiv müqaviləni ancaq ildə iki ay verə bilərlər. İki aydan artıq həmin əmrləri verməyə Həmkarlar İttifaqı Komitəsinin ixtiyarı yoxdur. Bütün əmək münasibətləri Əmək Məcəlləsi ilə həll olunur. Ona görə də həmin əmrlər qüvvədən düşmüş hesab olunur. Onlara hər dəfə demişlər ki, tezliklə zavod işləyəcək. Ona görə də bu müddət ərzində müraciət etməmişdir. Hər il iki ay çıxmaqla on ay ödəməlidirlər. 135 ayın 2/3 hissəsini ödəməlidirlər. 2 ilin məbləği ödənilsə və sığortaya köçürülsə də, buna razıdır. Həmçinin qarşı tərəfin etirazında Həmkarlar İttifaqı Komitəsinin protokollarına əsaslanır. Lakin bildirmək istəyir ki, həmin protokollar əsassızdır. Bütün bunlar Əmək Məcəlləsi ilə tənzimlənir. Həmçinin ombudsmanın məktubunu da əlavə etmişdir. Orada da qeyd olunur ki, sistemə oturmadığına görə ona sığorta verilməyib. Maaşı 342 manat nəzərə alır. Maaşla bağlı arayışı işlədiyi dövrdə mühasibatlıqdan ona vermişdilər. Maaşının 2/3 hissəsini hesablamış, onu da 135 aya vurmuş və 30358 manat edib. Həmçinin xəbərdarlıq verilmədiyinə görə 342-ni 2 aya vurmuş və 684 manat edib. Sığortanı hesablayarkən də 342-ni 6 aya vurmuş 2052 manat edir. Ümumilikdə 33060 manat edir. Qarşı tərəf ödənişləri etsə və məşğulluğun sistemində otuzdursa, məşğulluq tərəfindən ona 2000 veriləcək. O, əmrlərlə tanış olmamışdır. O gözləmişdir ki, zavod fəaliyyətə başlasın. Ödənişsiz məzuniyyətdə olmağını hamı bilirdi, lakin gözləyirdi ki, sonu necə olacaq. Qanunvericiliyə əsasən 2 aydan artıq onları ödənişsiz məzuniyyətə çıxara bilməzlər. İşə çağırıb növbə ilə dəyişməyə imkanları var idi, onun vəzifəsində də son günə kimi işdə qalan olub. O, sığorta şirkətinə müraciət etdikdə, onlar ona müəssisə tərəfindən onun işləmədiyi 2 illik müddət üçün ödənişlərin edilmədiyini və onun bu səbəbə görə sığorta xidmətlərindən yararlana bilməyəcəyini bildirmişlər. Buna görə o həmin ödənişi də cavabdeh tərəfdən tələb edir. Çünki sığorta xidməti üçün 2 illik müddət ərzində heç bir köçürmələr edilməyib. Çünki həmin müddət ərzində o işsiz sayılmamışdır. Həmin ödənişlər edilmədiyinə görə sığorta şirkəti 6 aylıq ödənişi etmir. Buna görə də həmin məbləği cavabdehdən tələb edir. Əgər cavabdeh qurum əmək haqqını hesaba köçürməsə o sığortadan yararlana bilməyəcək. Digər işçilərdə də eyni hal baş vermişdi. Onlar şikayət etdikdən sonra əmək haqqı köçürüldü və onlar sığortadan yararlana bildilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. xx.xx.2022-ci il tarixində Prezident tərəfindən "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı sərəncam verilmişdir. O sərəncama əsasən “Sumqayıt İstehsalat Sahəsi” ləğv olunaraq onun ərazisi “Kimya Sənayesi Parkı”na keçirilmişdir. “Sumqayıt İstehsalat Sahəsinin” ləğv olunması zamanı həyata keçirilən satışın öhdəliyi Əmlak Xidmətinin üzərinə qoyulmuşdu. Onlar da həmin öhdəliyi icra etmişdilər və əldə olunan gəlir “Sumqayıt İstehsalat Sahəsi”ndə işləyən işçilərin və ora daxil olan digər borcların bağlanılmasına yönləndirilmişdi. Həmçinin sərəncam hüququ da Əmlak Xidmətində qalmışdı. "xxxx" ASC-nin təsisçisi Əmlak Xidmətidir, lakin idarə heyəti Azərbaycan Sənaye Koorperasiyasına verilmişdi. Bu məsələnin tənzimlənilməsi ilə bağlı müəyyən işlər görülməkdədir. 2008-ci ildə dünya böhranı baş vermişdi və onun nəticəsində istehsalat sahəsi öz fəaliyyətini dayandırmışdı. Konservasiya formasında işləyirdi, yəni bütün işçilərini onların kollektiv müqavilələrinə, Həmkarlar İttifaqı Komitəsinə və Əmək Məcəlləsinə əsasən hər 42 gündən bir ödənişsiz məzuniyyətə göndərmişdilər. "xxxx" ASC 3 istehsalat sahəsindən ibarət idi: Sumqayıt İstehsalat Sahəsi, Gəncə İstehsalat Sahəsi və Daşkəsən İstelsalat Sahəsi. Hər üçündə istehsalat dayanmışdı və o səbəbdən kütləvi şəkildə bu qərarın verilməsi nəticəsinə gəlinmişdi. İddiaçı 1993-cü ildən işlədiyini bildirir, lakin "xxxx" ASC 2000-ci ildə yaranmışdır. Ondan əvvəlki dövrdə həmin müəssisənin əmlakları digər şirkətlərin paylarında olub. Etirazları da ondan ibarətdir ki, iddiaçı 2009-cu ildən bu məsələ ilə bağlı məlumatlı idi. 2021-ci il 9 aprel sərəncamı ilə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı yaranıb. Bir məsələni də qeyd edim ki, buna oxşar digər məsələlər də bizdə olub və orada da biz öz etirazımızı həmin qaydada bildirmişik. Hər 42 gündən bir onlar bütün işçilərə məzuniyyət vermişlər. Əmr 31 martda verilib və əmrdə işçilərin 1 apreldən məzuniyyətə buraxılmaları nəzərdə tutulur. Xanımın özünün də imzası var. 2 aylıq vəzifə maaşı ilə bağlı hissədə əmrlərin rəsmiləşdirilməsi aparıldığı zaman kütləvi işlər getdiyindən və təhvil-təslim zamanı olduğundan bu hal baş vermişdir. Həmin halla bağlı protokol da tərtib olunmuşdur və məhkəməyə təqdim olunmuşdur. Bu hal keçmiş rəhbərliyin rəsmiləşdirmədiyi səhlənkarlıq səbəbindən olduğuna görə onlar həmin hissəni qəbul edirlər. “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq 6 aylıq vəzifə maaşının ödənilməsi ilə bağlı hissədə belə hesab edirlər ki, bu Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşən məsələdir. Onun ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirməlidir. X4 Komitəsinin üzvü olub və ödənişsiz məzuniyyətlərin də həyata keçirilməsi Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə həyata keçirilib. Əmr də kollektiv şəkildə həyata keçirilib. Əlvə olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, əvvəlki iclasda barışıqla bağlı rəhbərliklə danışacağını bildirmişdir. Rəhbərliyin dediyinə görə qanunvericiliyin tələblərinə əsasən 2 aylıq xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsini nəzərə alaraq həmin hissədə razılıq vermişdir. Lakin digər hissədə yekun qərara gəlinməmişdi. Onların sənədləri toparlana bilmirdi. Çünki Sumqayıt İstehsalat Sahəsinin ləğvi ilə bağlı sərəncama əsasən ora aid olan sənədlər Milli Arxivə təhvil verilib. Təqdim etdikləri sənədləri də çətinliklə tapmışlar. Çünki onlar artıq onlarda deyil. Faktiki olaraq Sumqayıt İstehsalat Sahəsi onlara aid deyil. Belə ki, Sumqayıt İstehsalat Sahəsində İqtisadiyyat Nazirliyinin yanında Ləğvetmə Komissiyası yaradılmışdır ki, o da Sumqayıt İstehsalat Sahəsinə aid bütün borcları onun ödəməsinə həvalə etmişdir. Əmək Müfəttişliyinin təqdim etdiyi sənədlə tanış olmuşdur. Əmək Müfəttişliyi araşdırmasını apardığı zaman onlara hər hansı sorğular göndərməyib. Çünki orada imzalanan əmrlər Vidadi Məhərrəmova aiddir. Vidadi Məhərrəmov isə uzun müddətdir ki, "xxxx" ASC-də qərar qəbul edən şəxslər siyahısında deyil. Sumqayıt İstehsalat Sahəsinə aid hissə əmrlə ona həvalə edilmişdi. Belə hesab edir ki, Əmək Müfəttişliyi Xidmətinə zəruri sənədlər təqdim olunmadığından həmin nəticəyə gəliblər. Çünki sırf bu araşdırma ilə bağlı məlumatlar Vidadi Məhərrəmova aid olduğu üçün əldə olunmur. Nəticədə sadəcə Vidadi Məhərrəmovun cərimələndiyini görmüşlər. İşçilərin məzuniyyətdən geriyə qaytarılması və yenidən göndərilməsi eyni əmrdədir. Qarşı tərəf "xxxx" ASC-nin təqsirinin olduğunu bildirir. Lakin "xxxx" ASC dövlət müəssəsidir. Heç bir müəssisənin marağında olmaz ki, uzun müddət fəaliyyətini dayandırsın. Bütün işçilərin məzuniyyətə göndərilməsinin əsas səbəbi bu idi ki, istehsalatı yenidən bərpa etmək niyyəti var idi. Hansı ki, iqtisadi və dünyada olan böhran məsələlərindən alınmamışdı. İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsində məqsəd bundan ibarət idi ki, yenidən bərpa olunan kimi bütün işçilər yenidən işə cəlb olunsun və yenidən işçilərin axtarışına böyük bir vaxt sərf olunmasın. 2009-cu ildən bu günə qədər işçilərin ödənişsiz məzuniyyətdə olmasına baxmayaraq, işdən azad olan işçilər ərizəsini yazanda onlar onlara uyğun müvafiq əmrləri vermişlər. Belə müraciət etməyən şəxslər ödənişsiz məzuniyyətdə qalıblar. Əmrlər hər 42 gündən bir təzələnib. Əmrləri təqdim etmişlər, lakin bəziləri arxivdədir, əgər zərurət olarsa, onlar arxivdən sənədləri təqdim edə bilərlər. Sadəcə vaxt alacaq. 2009-cu ildən 2022-ci ilə kimi əmrlərə Vidadi Məhərrəmov imza atıb. Müəssisədə minimum sayda işçi saxlanılıb. İşçilər ödənişsiz məzuniyyət barədə məlumatlı idilər. İddiaçı həmin vaxt etiraz bildirə bilərdi. Onlar müddətin gözlənilmədən iddiaçının ixtisarına görə müəyyən məbləğdə pul ödəməyə razıdırlar. Çünki burada qanunazidd şəkildə iddiaçının ixtisarını qəbul edirlər. Bu, məbləğ olaraq 342 manat təşkil edir. Onlar işçilərə sığorta ilə bağlı hər hansı bir ödəniş etməmişlər. Yalnız son haqqhesabla bağlı ödənişlər edilib ki, burada da işçilərin ödənişsiz məzuniyyətdə olmaları nəzərə alınıb. Ola bilsin ki, iddiaçı tərəf Dövlət Sosial Müdafiə Fondu tərəfindən edilmiş ödənişlərlə nəyisə səhv salır. İşçilərin də işdən çıxması bütün qanunvericiliyin tələbləri, o cümlədən kollektiv müqavilələr nəzərə alınmaqla edilmişdir. Yekunda cavabdehin nümayəndəsi iddia tələbinin qismən qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan X1 məxsus ******* nömrəli Əmək Kitabçasından görünür ki, Cavabdeh ASC-də İnzibati İşlər Departamentində ümumi işlər üzrə mütəxəssis vəzifəsində işləyən X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq ixtisarla bağlı onlara xəbərdarlıq edilmədən xx.xx.2022-ci il tarixində həmin Məcəllənin 70-ci maddəsinin “b" bəndinə (işçilərin sayı və ya ştatiarı ixtisar edildikdə) əsasən onunla cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hal boşdayanma hesab edilir və işçilərə həmin Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş qaydada işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilir. Cəmiyyət rəhbərliyinin təqdim etdiyi sənədlərdən qanunvericiliyin tələblərinə əsasən nəzərdə tutulmuş həmin əmək haqqının ona ödənilmədiyi, eyni zamanda əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilməsinə baxmayaraq, son haqq-hesabının Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq, xx.xx.2022-ci il tarixində ödənildiyi, hərnçinin məzuniyyət hüququnun pozulduğu məlum olmuşdur. Qeyd olunanlarla bağlı AR İXM-nin 192.4, 192.5 və 192.6-cı maddələri nəzərə alınmaqla, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN1497955 nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əsasən tərəfindən cəmiyyətin baş direktorunun müavini X2 barəsində AR İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli MN0020931 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sumqayıt Kimya Sənaye parkını ərazisinin genişləndirilməsi və Cavabdeh ("xxxx") Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 9 aprel 2021-ci tarixli Sərəncamına əsasən İqtisadiyyat Nazirliyinə Cəmiyyətin Sumqayıt istehsalat sahəsini müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışının təşkil edilməsi və əldə edilən vəsaitin Cəmiyyətin Sumqayıt istehsalat sahəsin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu Sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etmək tapşırılmışdır. Sərəncamın icrası ilə bağlı yaradılmış komissiya tərəfindən Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışı həyata keçirilmiş və Sərəncamın qüvvəyə mindiyi tarixədək cəmiyyətin mühasibat uçotu sənədlərində, göstərilən kreditor borclarının tam ödənilməsinə yönəldilmişdir. Həmin tarixə Cavabdeh Səhmdar Cəmiyyətinin mühasibat sənədlərində Sumqayıt istehsal sahəsinin işçilərinə heç bir kreditor borcu qalmamışdır. Əmək haqqının, müavinətin hesablanıb ödənilməsi ilə bağlı yaranmış digər suallarla bağlı Cavabdeh ASC-yə müraciət etməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli N 68-K nömrəli Əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrinə əsasən Cavabdeh ASC-nin Sumqayıt istehsalat sahəsinin ləğv edilməsi ilə əlaqədar İnzibati İşlər Departamentində ümumi işlər üzrə mütəxəssis vəzifəsində işləyən Musayeva (Azayeva) Nəzakət Əlisa qızı ödənişsiz məzuniyyətdən geri çağırılması və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b’ bəndinə (ştatın ixtisarına) əsasən həmin Məcəllənin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2022-ci il tarixindən ləğv edilməsi və tutduğu peşədən azad edilməsi, Musayeva (Azayeva) Nəzakət Əlisa qızına əmrin surəti, işçinin əmək kitabçasının verilməsi, istifadə edilməmiş 36 gün əsas məzuniyyətinə görə pul əvəzi, orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin birdəfəlik ödənilməsi əmr edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli “Sumqayıt Kimya Sənaye parkının ərazisinin genişləndirilməsi və Cavabdeh ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən onun adına hesablanmış 1237,06 manat son haqq-hesab məbləği düzdür və həmin məbləğə heç bir iradım yoxdur. Yuxarıda göstərilən məbləğ mənə ödənildikdən sonra cəmiyyət tərəfindən mənə ödənilməli borc qalmır” məzmununda olan İltizam İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış və ƏM-nin 70a, 77.3, 146, 169 və AR Konstitusiyasının 60-cı maddələrinə əsasən hüqquqlarının olmasına dair qeyd əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009cu il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixli və s. tarixli Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsi üzrə qəbul edilmiş Əmrlərdən görünür ki, Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin adları həmin əmrin əlavəsində göstərilmiş işçilərinin (işçi X3 da daxil olmaqla) hər dəfə iki aylıq müddət olmaqla əmrdə qeyd edilən tarixdən ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin HİK-nin xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixli Protokollarından görünür ki, müəssisədə yaranmış vəziyyətlə əlaqədar olaraq istehsalat sahələrinin işçilərinin iki aylıq ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il, xx.xx.2011cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il tarixli Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsi üzrə qəbul edilmiş Əmrlərdən görünür ki, Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin adları həmin əmrin əlavəsində göstərilmiş işçilərinin (işçi X3 da daxil olmaqla) hər dəfə iki aylıq müddət olmaqla əmrdə qeyd edilən tarixdən ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin HİK-nin xx.xx.2010-cu il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il tarixli Protokollarından görünür ki, müəssisədə yaranmış vəziyyətlə əlaqədar olaraq istehsalat sahələrinin işçilərinin iki aylıq ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsi üzrə qəbul edilmiş Əmrlərdən görünür ki, Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin adları həmin əmrin əlavəsində göstərilmiş işçilərinin (işçi X3 da daxil olmaqla) hər dəfə qırx iki təqvim günü müddətində olmaqla əmrdə qeyd edilən tarixdən ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin HİK-nin xx.xx.2014-cü il xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Protokollarından görünür ki, müəssisədə yaranmış vəziyyətlə əlaqədar olaraq istehsalat sahələrinin işçilərinin qırx iki təqvim günü müddətində olmaqla ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsi üzrə qəbul edilmiş Əmrlərdən görünür ki, Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin adları həmin əmrin əlavəsində göstərilmiş işçilərinin (işçi X3 da daxil olmaqla) hər dəfə qırx iki təqvim günü müddətində olmaqla əmrdə qeyd edilən tarixdən ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin HİK-nin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Protokollarından görünür ki, müəssisədə yaranmış vəziyyətlə əlaqədar olaraq istehsalat sahələrinin işçilərinin qırx iki təqvim günü müddətində olmaqla ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ASCnin xx.xx.2022-ci il tarixli N 68-K nömrəli Əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrinə əsasən Cavabdeh ASC-nin Sumqayıt istehsalat sahəsinin ləğv edilməsi ilə əlaqədar İnzibati İşlər Departamentində ümumi işlər üzrə mütəxəssis vəzifəsində işləyən Musayeva (Azayeva) Nəzakət Əlisa qızı ödənişsiz məzuniyyətdən geri çağırılması və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b’ bəndinə (ştatın ixtisarına) əsasən həmin Məcəllənin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2022-ci il tarixindən ləğv edilməsi və tutduğu peşədən azad edilməsi, Musayeva (Azayeva) Nəzakət Əlisa qızına əmrin surəti, işçinin əmək kitabçasının verilməsi, istifadə edilməmiş 36 gün əsas məzuniyyətinə görə pul əvəzi, orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin birdəfəlik ödənilməsi əmr edilmişdir. Hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək məcburi məzuniyyət dövründə olduğu müddətdə əmək haqqının 2/3 hissəsinin yəni 30358 manat, ixtisarla əlaqədar işdən çıxarkən ödənilməyən 2 aylıq vəzifə maaşı yəni 684 manat və “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq 6 ay üçün vəzifə maaşı həcmində müavinətin yəni 2052 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, Cavabdeh ASC-nin fəaliyyəti 2009cu ildən etibarən dünya bazarında baş vermiş böhran nəticəsində dayandırılaraq konservasiyada saxlanıldığı dövrdə işçilər, o cümlədən İddiaçı Əmək Məcəlləsinin 129, 146-cı maddələrinə, "Azərbaycan Alüminiumu” ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiq edilmiş Kollektiv Müqaviləyə əsasən ödənişsiz məzuniyyətə göndərilmişdir və ödənişsiz məzuniyyətlə bağlı bütün hallar həmin tarixdən aşkar olmuşdur ki, bu da 2009-cu ildən bu günədək 14 (on dörd) ildən artıq müddətin keçdiyini özündə əks etdirir. Yuxarıda qeyd olunanları və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyini nəzərə alaraq, 1 (bir) il müddətin keçməsilə əlaqədar iddia müddəti tətbiq edilsin və ixtisarla bağlı 2 (iki) aylıq müavinətin ödənilməsinə dair tələb istisna olmaqla, iddianın digər hissələrinin rədd olunması barədə qətnamə qəbul edilsin. Fərdi əmək mübahisələri üzrə iddia müddətinin tətbiq edilməsi AR ƏM-nin 296-cı maddəsi ilə nizama salınır. AR ƏM-nin 296-cı maddəsinə əsasən:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası ƏM-nin 296.4-cü maddəsindən də göründüyü kimi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin “b’ bəndinə (ştatın ixtisarına) əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, mövcud iddia tələbi ilə bağlı məhkəməyə müraciət xx.xx.2023-cü il tarixdə olunmuşdur. Qanunvericiliyin müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı yalnız məhkəməyə müraciət etdiyi tarixdən 1 il əvvələ qədər olan pul məbləğini tələb edə bilər, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan pozuntu hesab etdiyi məbləği. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək məcburi məzuniyyət dövründə olduğu müddətdə əmək haqqının 2/3 hissəsinin yəni 30358 manat məbləğləri tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia tələbinin 2022-ci ilin may ayına qədər olan hissəsində iddia müddəti keçdiyindən, iddianın bu hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia müddətinin ötürülmədiyi iddia tələbinin müvafiq hissəsinə gəldikdə isə iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək məcburi məzuniyyət dövründə işçi ödənişsiz məzuniyyətə buraxılması barədə məlumatlı olmuş, bu müddət ərzində pozuntu ilə bağlı məhkəməyə müraciət etməmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli “Sumqayıt Kimya Sənaye parkının ərazisinin genişləndirilməsi və Cavabdeh ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən onun adına hesablanmış 1237,06 manat son haqq-hesab məbləği düzdür və həmin məbləğə heç bir iradım yoxdur. Yuxarıda göstərilən məbləğ mənə ödənildikdən sonra cəmiyyət tərəfindən mənə ödənilməli borc qalmır” məzmununda olan İltizam İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış və ƏM-nin 70a, 77.3, 146, 169 və AR Konstitusiyasının 60-cı maddələrinə əsasən hüqquqlarının olmasına dair qeyd əlavə edilmişdir. Bundan əlavə iş materiallarında olan əmrlərdən, habelə tərəflərin məhkəmədə verdiyi izahatlardan da müəyyən olunur ki, Cavabdeh ASC Sumqayıt “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin adları həmin əmrlərin əlavəsində göstərilmiş işçilərinin (işçi X3 da daxil olmaqla) hər dəfə iki aylıq və ya müvafiq olaraq 42 günlük müddət olmaqla əmrdə qeyd edilən tarixdən ödənişsiz məzuniyyətə buraxılması əmrləşdirilmiş və qanunvericiliyin tələbi nəzərə alınmaqla işçilərin ödənişsiz məzuniyyətə çıxarılmasından əvvəl "xxxx" ASC-nin HİK-nin işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə dair razılığı alınmış və müvafiq protokollarla sənədləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək məcburi məzuniyyət dövründə olduğu müddətdə əmək haqqının 2/3 hissəsinin yəni 30358 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin olunmamalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi ixtisarla əlaqədar işdən çıxarkən ödənilməyən 2 aylıq vəzifə maaşının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən:
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli N 68-K nömrəli Əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrindən də görünür ki, Cavabdeh ASC-nin Sumqayıt istehsalat sahəsinin ləğv edilməsi ilə əlaqədar İnzibati İşlər Departamentində ümumi işlər üzrə mütəxəssis vəzifəsində işləyən Musayeva (Azayeva) Nəzakət Əlisa qızı ödənişsiz məzuniyyətdən geri çağırılması və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisarına) əsasən həmin Məcəllənin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2022-ci il tarixindən ləğv edilməsi və tutduğu peşədən azad edilməsi, Musayeva (Azayeva) Nəzakət Əlisa qızına əmrin surəti, işçinin əmək kitabçasının verilməsi, istifadə edilməmiş 36 gün əsas məzuniyyətinə görə pul əvəzi, orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin birdəfəlik ödənilməsi əmr edilmişdir. Habelə Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə Ödənişin etirafı barədə ərizə ünvanlayaraq, əmək müqaviləsinə xitam verilərkən müddətlər buraxılaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin müddəalarının həqiqətən pozulmasını nəzərə alaraq ixtisarla bağlı 2 aylıq müavinətin ödənilməsinə etirazları olmadığını bildirmiş və bu hissədə iddiaçının tələbini qəbul etdiklərini qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi “ixtisarla əlaqədar işdən çıxarılarkən ödənilməyən 2 aylıq əmək haqqı” hissəsində cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq 6 ay üçün vəzifə maaşı həcmində müavinətin yəni 2052 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iddia tələbi xx.xx.2009-cu ildən xx.xx.2022-ci ilədək məcburi məzuniyyət dövründə olduğu müddətdə əmək haqqının 2/3 hissəsinin ödənilməsi hissəsində təmin olunmadığından, habelə iddiaçı tərəf bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi faktı təsdiq edən halları sübuta yetirə bilmədiyindən bu hissədə də iddia tələbi təmin olunmamalıdır. Odur ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ixtisarla əlaqədar işdən çıxarılarkən ödənilməyən 2 aylıq əmək haqqı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ixtisarla əlaqədar işdən çıxarılarkən ödənilməyən 2 aylıq əmək haqqı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Məmmədli