Məhkəmə qərarları › İş №2(004)-3116/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3116/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3116/2023 09.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması və nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqlarının özünün himayəsində saxlanmasını xahiş etmiş və cavabdehdən heç bir aliment tələbi olmadığını qeyd etmişdir. Daha sonra İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək bildirmişdir ki, cavabdehdən aliment tələbi olsa da sonradan öz ərizəsi ilə alimentdən imtina etmiş, daha sonra barışıq üçün onlara 3 ay vaxt verilmişdir. Sonra fikri dəyişmiş və hazırda Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə həyatlarının ilk illərində ər-arvad münasibətləri normal olsa da, sonradan cavabdehlə münasibətləri pozulmağa başlamışdır. Artıq neçə aylardır ki, övladları cavabdeh tərəfindən tam təminatsız saxlanılmışdır. Buna görə də nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə dair iddia tələbini müdafiə etdiyini və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında boşanmaq istəmədiyini, uşaqların ananın himayəsində saxlanması və aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 22, 76-cı maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218, 220 və 234.2.1-ci maddələrini və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 xx.xx.2013-cü il tarixdə Qax Rayon Qeydiyyat Şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 173 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 464780 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 018656 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2017-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 572958 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, tərəflərin uzun müddətdir ki, ailə münasibətləri pisləşmişdir və formal xarakter daşıyır, bərpa olunması qeyri-mümkündür. Tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş lakin barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında boşanmaq istəmədiyini, uşaqların ananın himayəsində saxlanması və aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Qax Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 173 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmalı, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdehdən aliment tələbi olsa da sonradan öz ərizəsi ilə alimentdən imtina etmiş, daha sonra barışıq üçün onlara 3 ay vaxt verilmişdir. Sonra fikri dəyişmiş və hazırda Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. İddiaçının alimentin tələb olunması ilə bağlı ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edildiyindən alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Qax Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 173 nömrə ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar