Məhkəmə qərarları › İş №2(004)-3116/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3116/2024

27.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3116/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən aylıq 276.50 manat olmaqla 3 ay, (2022-ci ilin dekabr ayı, 2023-cü il iin yanvar, fevral ayları) üzrə ödənilməmiş 829.50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət pulunun, həmin məbləğlərin vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq hər gecidirilmiş gün üçün 1 faizi hesablanmaqla cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi və ilkin mediasiya sessiyasında iştirakı ilə əlaqədar ödədiyi 60 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-də anbardar vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. Həmin vəzifəyə təyin olunarkən onun barəsində xx.xx.2018-ci il tarixli 409/k nömrəli əmr verilmişdir. 28 fevral 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2023-cü il tarixli 402/k saylı əmr ilə). Cavabdeh MMC-də anbardar vəzifəsində işlədiyi zaman əmək haqqı 300 manat olmuş, vergi, sosial sığorta haqqı və icbari ödəmələr tutulandan sonra kart hesabına aylıq olaraq 276.5 manat əmək haqqı köçürülüb (Azərbaycan Beynəlxalq Bankı tərəfindən xx.xx.2023-cü il tarixli ödəniş kartı üzə çıxarış əlavə edilir). İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 28 fevral 2023-cü ildə mənə son haqq hesab ödənilərkən yalnız istifadə edilməmiş məzuniyyətə görə 2023-cü ilin yanvar və fevral ayı üzrə hesablanıb verilmişdir. 2022-ci ilin bütövlükdə istifadə edilməmiş məzuniyyət pulu və 2022-ci il üzrə dekabr ayının, 2023-cü il üzrə isə yanvar və fevral aylarının isə əmək haqqları ödənilməmişdir. Pozulmuş əmk hüququnun bərpa olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş və müfəttişlik tərtəfındən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki. cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi hallar öz təsdiqini tapmış, lakin cavabdeh tərəfindən lazımi sənədlər müfəttişliyə təqdim edilmədiyindən araşdırma tam aparıla bilməmiş, istifadə etmədiyi məzuniyyət günlərinin sayı müəyyən edilə bilinməmişdir. Faktın cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması öz təsdiqini tapdığından X2 Xidməti tərəfindən cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra da yenə cavabdeh tərəfindən iddiaçının ödənilməmiş əmək haqqını və istifadə edilməmiş məzuniyyət haqqını ödəmədiyindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmışdır. Lakin hazırda qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmışdır. Cavabdeh təşkilat nə ona göndərdiyi təklif məktubuna cavab verməmiş, nə də mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda hüquqların bərpasından ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Muradlı X1 rayon Məhkəməsində iddia qaldıraraq 829,50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət haqqının, hər gecikdirilmış gün üçün 1% hesablamanın və 60 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. İddiaçı eyni məzmunlu şikayətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət elmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 barəsində MN ******* №-li, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Nümayəndə1 tərəfindən həmin inzibati tənbeh verilmə haqqında qərardan məhkəməyə şikayət verilmiş və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixil 3(006)-2257/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1583/2023 saylı, xx.xx.2023-cü ıl tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08,06.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Məhkəmə araşdırması zamanı tam təstiq edilmişdir ki, "xxxx" MMC-nin direktoru O.T.Əsgərov tərəfindən sabiq işçilərə ödənişlər edilmişdir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Ə.T.Əsgarovun barəsində başlanılmış inzibatı iş üzrə icraata xitam verilmişdir. Həmin Məhkəmə qərarları hazırda da qüvvədədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-o mnddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Həmin qərarlar hazırda elektron Məhkəmə sisteminə də əlavə edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçıya müəssisənin heç bir borcunun olmaması öz təstiqini tapdığından iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Qeyd olunan iddia tələbi ilə bağlı bildirilir ki, "Anbardar" vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin (bundan sonra - işəgötürən) sabiq işçisi İddiaçı ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də "anbardar vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində "tərəflərdən birinin təşəbbüsü" əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmiş və son haqq-hesabı isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Belə ki, İddiaçı "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət etmişdir. "Anbardar" vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin sabiq işçisi İddiaçı xx.xx.2023-cü il tarixində Müfəttişliyə şikayət edərək xx.xx.2023-cü il tarixində "tərəflərdən birinin təşəbbüsü" əsası ilə əmək müqaviləsinə xitam verildiyini, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, o cümlədən, 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı da daxil olmaqla son haqq-hesab ödənişinin verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və məşğulluq" alt sitseminə baxış keçirilməsi və vətəndaşlar tərəfindən təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışlarının təhlili nəticəsində "xxxx" MMCnin rəhbərliyi ilə İddiaçı Mirkamil oğlu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi, son haqq-hesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi, son haqq-hesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi müyyən edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən İddiaçı Mirkamil oğlununun "istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, o cümlədən, 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı da daxil olmaqla son haqq-hesab ödənişinin verilməməsi barədə müraciəti öz təsdiqini tapmamışdır. Göründüyü kimi, İddiaçı Mirkamil oğlunun bütün aylar üzrə məzuniyyət və əmək haqqları tam və düzgün hesablanmış ödənilmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti" mübahisə predmeli barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddəti ötürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də anbardar vəzifəsində işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 402/K nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. xx.xx.2023-cü il tarixi son iş günü hesab edilmişdir. İş materiallarında olan əmək haqqı bank hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə son haqq-hesab olaraq 373.49 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin 17 aprel 2023-cü il tarixli, 3-17-5/2-14- 13359/20 nömrəli məktubuna əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa əsasən ona Cavabdeh MMC tərəfindən son haqq-hesabın xx.xx.2023-cü il tarixdə ödənildiyini müəyyən edilmişdir. Bu səbəbdən, Optimal Elektronika” MMC-nin vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 14 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2257/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2257/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2257/2023 nömrəli qərarında "xxxx" MMC-də anbardar işləmiş İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilsə də, son haqq-hesabın xx.xx.2023-cü il tarixdə ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-00501 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışına əsasən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işçi İddiaçı ərizəsinə əsasən işəgötürən Cavabdeh MMC-nin 402/K nömrəli, 28 fevral 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar