Məhkəmə qərarları › İş №2(004)-312/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-312/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-312/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment tələbi”nə dair ilkin iddia ərizəsi üzrə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 2000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 06.12.2003-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikah münasibətlərindən 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X4 adında iki övladı anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqları ilk gündən bu ilin may ayınadək ailə münasibətləri normal olmuş, son bir ildə isə onu başqa qadınlarla aldatdığını hiss etmiş olsa da, o, bir gün ailəsini, uşaqlarını atıb evdən çıxıb gədəcəyinə inanmamışdır. Bu səbəbdən də heç vaxt ailəsini dağıtmaq, uşaqlarının atasız böyümələrini istəməmişdir. Ümid etmişdir ki, cavabdehin nəhayət yanlış yolda olduğunu dərk edib, ailəsinə və uşaqlarına sahib çıxacaq. Çox təəssüf ki, belə olmadı. 15.05.2020-ci il tarixdə ona məlum olmuşdur ki, cavabdeh icarəyə götürdüyü “Ulduzum” qadın salonunda lazeroloq işləyən Səadət Vəkilova adında bir qadınla onu aldadır və o gündən də köçüb onunla birlikdə yaşayır. Çıxıb gədəndən bir həftə sonra, yəni 22.05.2020-ci il tarixdə, cavabdeh yaşadığı mənzilə gəlmiş və evdə olmamağından istifadə edərək uşaqlarının gözü qarşısında birgə nikah dövründə əldə edilmiş küllü miqdarda pulların və qızıl-ziynət əşyaların saxlanıldığı seyfi evdəki iri idman çantasına qoyub götürüb getmiş, həmin gün də axşam radələrində onun adına olan, lakin hər zaman sərəncamında və istifadəsində olan TOYOTA RAV-4 minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomaşını götürüb aparmışdır. O vaxtdan da iki aydır ki, cavabdeh Səadər Vəkilova ilə əlbir olub ona vatsap vasitəsi ilə şər və böhtan xarakterli mesajlar yazaraq, şərəf və ləyaqətini internetdən götürülmüş və fotoşop edilmiş şəkillər göndərməklə ondan birgə nikah dövründə əldə etdikləri əmlaklardakı payından onun xeyrinə imtina etməyi tələb edir. Bütün bunlar məqsədli şəkildə onlara məxsus əmlaklara sahiblənmək istəyən Səadət Vəkilovanın istəkləri əsasında edilir. Bu müddət ərzində isə cavabdeh himayəsində yaşayan iki övladının saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Cavabdehlə birgə yaşadıqları 16 il ərzində cavabdehin gəlirləri hər zaman yüksək olmuş və o, hər zaman uşaqlarının təminatını yüksək səviyyədə təmin etmişdir. Lakin hazırda 2 aydır ki,ümumiyyətlə uşaqları ilə maraqlanmır, onların gündəlik təminatlarını ödəmir. Əksinə onu birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payından imtina etdirmək məqsədi ilə uşaqlara mənəvi təzyiq göstərir, uşaqlara yazdığı mesajlarında "əgər ananız onun adına olan əmlaklardakı payından imtina etməsə, o, onların saxlanılması üçün vəsait ödəməyəcəyini "yazmaqla uşaqlara hədə-qorxu gəlir. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən də göründüyü kimi cavabdehlə birgə nikahda olduqları müddətdə onun adına bir çox daşınar və daşınmaz əmlaklar əldə edilmiş 2009-cu ildə Bakı şəhərində, Sübhi Salayev küçəsində yerləşən, 37a saylı evdə 4 otaqlı, 183,40 kv.m sahəli 45a saylı mənzil 2014-cü ildə Ülvi Bünyadzadə küçəsində yerləşən 2 saylı evdə 3 otaqlı, 133,1 kv.m sahəli 40 saylı mənzil, 2007-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1521a saylı bağ və bağ evi, 2006-cı ildən 2019-cu ilədək olan müddət ərzində TOYOTA CAMRY markalı 90 TH-303 dövlət qeydiyyat nişanlı, VAZ 21099 markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşınlar, 2017-ci ilin aprel-dekabr aylarında "ADVENTA CO MMC" ilə bağlanmış alqı-satqı müqavilələri əsasında alınmış ümumi dəyəri 162000 avro olan X5 və Nizami AVM-də istifadədə olan 2 ədəd "Saprano ACCORD" lazer epiyasiya və 1 ədəd "Accent Prime"xxxx"Effekt LTD MMC" ilə bağlanmış alqı-satqı müqavilələri əsasında alınmış və "Ulduzum", “Fizurə" gözəllik salonlarında və Nizami AVM-də istifadədə olan, ümumi dəyəri 85850 manat olan 3 ədəd “Honor İce 3D” lazer epilyasiya aparatları alınmış və həmin əmlaklardan cavabdeh hər gün xeyli miqdarda gəlir əldə edir, əldə edilən gəlirlərin xeyli hissəsi də uşaqların saxlanılmasına və təhsilinə sərf edilirdi. Qeyd edilmiş maddənin tələblərinə əsasən himayəsində yaşayan iki uşağın saxlanılması üçün onların əvvəkli yaşayış təminatını əsas götürməklə hər uşağa görə hər ay cavabdehdən 1000 manat, cəmi 2000 manat alimentin tutularaq ona ödənilməsi məqsədəmüvafiq sayılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X1 onun yanında saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə 06.12.2003cü il tarixində faktiki nikaha girməklə ailə həyatı qurmuşdur. Nikahları 03.12.2006-ci il tarixində 2884 nömrə ilə Bakı şəhəri Səadət Sarayında rəsmləşdirilmişdir. Birgə nikahlarından 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehlə münasibətləri yaxşı olmuş, lakin sonradan isə münasibətləri soyumağa başlamışdır. Hal-hazırda onunla birgə yaşamaqları mümkün deyildir, onunla xasiyyətləri bir-birinə uyğun gəlmir. Ona görə də cavabdehlə rəsmi nikahlarının pozulmasında qərarlıdır. 3-4 aydan artıq müddətdir ki, ayrı yaşayırlar. Cavabdehlə münasibətləri pozulduqdan sonra uşaqların vəziyyəti ilə daim maraqlanmış, onların saxlanması üçün maddi və mənəvi hər cür köməklik göstərmişdir. Cavabdehlə fakitiki olaraq ayrı yaşayırlar və nikahları formal xarakter daşıyır. O, yetkinlik yaşına çatanadək və ondan sonrakı müddətdə uşaqlarına baxmaq niyyətindədir. Qeyd etdiyi əsaslara görə cavabdehlə olan nikahın pozulması və uşaqların onun himayəsində qalması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, marketinq və reklam meneceri kimi lazer aparatlarının istismarı ilə əlaqədar sahibkarlara köməklik göstərir, bu səbəbdən daimi və sabit gəlirə malik deyil. Aliment tələbinə dair edilmiş müraciətə etiraz edir, orada yazılanlar tamamilə söz yığınından, şər və böhtandan ibarət cümlələrdir. Əksinə İddiaçı ailə dəyərlərini alt-üst edən biri kimi bu sözləri hansı təfəkkürlə yazdığı onda şübhə doğurur. Uşaqlarının qida, geyim, yaşayış yeri və digər xərclərini daim qarşılamışdır, bugünədək belədir. Bundan sonra da təbii ki, canının bir parçası olan övladlarını nəzarətsiz qoya bilməz. Onlara baxmağa hər bir halda hazırdır və məhz onun himayəsində qalmaları ən doğru addım olardı. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh hazırda 6 ədəd epilyasiya aparatını icarəyə verməklə külli miqdarda gəlir əldə edir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş uşaqlar hazırda repititor yanına gedirlər. Onların 14-15 yaşları var. Onların əlavə tələbatları da var. İlkin iddia üzrə iddiaçı da hazırda işləmir. Həmçinin iddiaçı nikahın pozulmasına razl deyil. Ona görə də o, məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsini xahiş etdi. Həmçinin o, ilkin iddia ərizəsini qismən qəbul edərək, yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalmasına və hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Həmçinin o, bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçının aylıq gəlirləri sabit deyil. Lazer aparatlarından gəlirin əldə edilməsi ilə bağlı bildirir ki, hazırda tərəflər arasında əmlak bölgüsünə dair məhkəmə işi davam edir, ona görə də həmin avadanlıqlardan gəlir əldə edilməsi sual altındadır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. İş materiallarında olan nikahın haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 06.12.2003-cü il tarixdə Bakı nikah evində 2884 saylı nömrə ilə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 03.01.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 26.11.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 07.12.2020-ci il tarixli, 1930/d saylı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X1 ilkin iddia tələbi üzrə İddiaçı himayəsində saxlanması məqsədəuyğun hesab edilmişdir. Rəyə əlavə edilmiş 03.01.2005-ci il təvəllüdlü X2 yazılı ifadəsindən görünür ki, o, anasının yanında qalmaq istəyir, bu yekun onun qərarıdır, anası tək qalmamalıdır, lakin o, atasını da çox istəyir. 26.11.2005-ci il təvəllüdlü X1 yazılı ifadəsindən görünür ki, o, anasının yanında qalmaq istəyir çünki anası tək qalmamalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı 06.12.2003-cü il tarixdə Bakı nikah evində 2884 saylı nömrə ilə nikaha daxil olmuşlar. Onların birgə nikahdan 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Hazırda ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment tələbi”nə dair ilkin iddia ərizəsi, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq və ilkin iddia ərizəsini araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulmalı, alimentin tutulma müddəti 11 avqust 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər(arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllləni 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia ərizəsinin araşdıraraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi də qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 06.12.2003-cü il tarixdə Bakı Şəhəri Səadət Sarayında 2884 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında saxlanmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Onlara barışıq üçün 3 ay vaxt verilmiş, lakin barışıq əldə edilməmişdir. İş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizədən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalmasına və hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan 07.12.2020-ci il tarixli, 1930/d saylı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X1 ilkin iddia tələbi üzrə İddiaçı himayəsində saxlanması məqsədəuyğun hesab edilmişdir. Rəyə əlavə edilmiş 03.01.2005-ci il təvəllüdlü X2 və 26.11.2005-ci il təvəllüdlü X1 yazılı ərizələrindən görünür ki, uşaqlar anasının yanında qalmaq istəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia ərizəsi qismən təmin edilsin. 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. Alimentin tutulma müddəti 11 avqust 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 06.12.2003-cü il tarixdə Bakı Şəhəri Səadət Sarayında 2884 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. 03.01.2005-ci il təvəllüdlü X3 və 26.11.2005-ci il təvəllüdlü X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında saxlansın. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar