Məhkəmə qərarları › İş №2(004)-3143/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3143/2021

25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3143/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzilin, ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın, tərəflərin ½ hissəsinə olan hüquqlarına münasibətdə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1357/2020 saylı, 28.07.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və əmlak bölgüsü tələbinə dair” ilkin iddiası və eləcə də İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü tələbinə dair” iddiaları təmin edilmişdir. Əmlak bölgüsü ilə bağlı məhkəmə aşağıdakı məzmunda qətnamə qət etmişdir: X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, 1/2 hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı mülkiyyət hüququ müəyyən edilməklə bölünsün. Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilin ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı mülkiyyət hüququ müəyyən edilməklə bölünsün. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi. 125 saylın evin 9 nömrəli mənzilin ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı payları (mülkiyyət hüququ) müəyyən edilməklə bölünsün. ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı payları müəyyən edilməklə böiünsün. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Məhkəmə qətnaməsindən sonra dəfələrlə cavabdehlə əlaqə yaradaraq əmlakların qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, bu günə qədər heç bir razılıq əldə edilməmişdir. Cavabdeh faktiki olaraq mənzildə yaşayır, o isə kirayədə və ya qohumları evində qalmağa məcbur olur. Belə olan halda qeyd edilən əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda isə qanunvericiliyin tələb etdiyi qaydada mübahisənin həll edilməsi labüddür. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, X4 markalı, ** FN *** d/q nişanlı avtomobilin, Yasamal rayonu, N.ünvan 2 ünvanındakı yaşayış binasının 1-ci giriş 1-ci mərtəbəsində olan sahəsi 21.0 kv.m. olan 5 saylı qarajın və Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin tərəflərin payına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə keçirilmiş məhkəmə texniki tikinti ekspertizasınn müvafiq rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli əmlakların natirada bölünməsi qeyri-mümkündür. Eyni zamanda tərəflərindən cavabdehə onlara məxsus payın əvəzinin ödənilməsi yolu ilə alınması təklif edilsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. MM-nin 220.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Onlar real bazar qiymətinə uyğun olaraq əmlakları cavabdehə təklif etmişlər. Onlara məxsus olan əmlakların hissəsini 300000 manata cavabdehə satmağa razıdırlar. Cavabdehin təklifi ilə də razı deyillər. Belə ki, cavabdehin özündə saxlamaq istədiyi əmlaklarla ona təklif olunan əmlaklar arasında qiymət fərqi çoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzilin və X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onda qalması, digər əmlakların isə iddiaçıda qalmasına razıdır. İddiaçı tərəfindən onlara əmlakların 300000 manata alınması təklif edilsə də, həmin məbləğdə pul vəsaitini ödəmək cavabdehin maddi imkanları xaricindədir. Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş ardıcıllıq iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən təklifində qiymət göstərilməmişdir. Elə bu səbəbdən də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1357/2020 saylı, 28.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia qismən təmin edillərək, İddiaçı ilə Cavabdeh arasında 29.09.1998-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində 1450 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; 19.04.2005-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalmasının (saxlanılması) müəyyən edilməsi; 19.04.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi; alimentin tutulma müddətinin 15.01.2020-ci il tarixdən (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1357/2020 saylı, 14.02.2020-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla) müəyyən edilməsi; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi; X6 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, 1/2 hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməklə bölünməsi; Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilin ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməklə bölünməsi; Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzilin ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı paylarının (mülkiyyət hüququ) müəyyən edilməklə bölünməsi; Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 45 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı paylarının müəyyən edilməklə bölünməsi; ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində olan təsis payının ½ hissəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, ½ hissəsinə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı payının müəyyən edilməsi; ilkin və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/2653 saylı, 10.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sergev Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilin və ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21.0 kv.metr olan 5 nömrəli qarajın təyinatına görə istifadə edilməsi mümkün olmadığı üçün, faktiki vəziyyətinə görə, mənzillərin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 05.10.2021-ci il tarixli təklifdən görünür ki, İddiaçı onun payına müvafiq olaraq real bazar qiymətlərinə uyğun kompensasiya ödəməklə onun payını almasını, yaxud payların real bazar qiymətinə uyğun olaraq əvəzləşdirilməsinin keçirilməsini, təklif üzrə fikirlərini 10 gün müddətində ona bildirilməsini Cavabdeh təklif etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; Bakı şəhəri, Xətai rayonu, Sergev Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzil; Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzil və ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın 1/2 hissəsində İddiaçı, 1/2 hissəsində isə Cavabdeh payı olmaqla, tərəflərin paylı mülkiyyətindədir. Avtomobildən payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün deyildir, digər əmlaklara münasibətdə isə məhkəmə araşdırması zamanı təyin edilmiş və tətqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/2653 saylı, 10.09.2021-ci il tarixli ekspert rəyinə əsasən mübahisə predmeti olan həmin əmlakların faktiki vəziyyətinə görə, mənzillərin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun 1/2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Cavabdeh payının dəyərinə görə iddiaçıya kompensasiya vermək istəmir. Belə ki, işə məhkəmədə baxılan zaman İddiaçı onun payına müvafiq olaraq real bazar qiymətlərinə uyğun kompensasiya ödəməklə onun payını almasını, yaxud payların real bazar qiymətinə uyğun olaraq əvəzləşdirilməsinin keçirilməsini, təklif üzrə fikirlərini 10 gün müddətində ona bildirilməsini Cavabdeh təklif etmiş və məhkəmə iclas protokoluna da, qeyd edilməklə mübahisəli əmlaklara münasibətdə öz paylarını 300000 manat məbləğində dəyərləndirərək, həmin məbləğədə alınmasını cavabdeh tərəfə təklif etsə də, cavabdeh tərəf bu təkliflə razılaşmayaraq hal-hazırda bu qədər maddi vəsaitlərinin olmamasını və mübahisənin yalnız əmlakların əvəzləşdirilməsi yolu ilə həll edilməsinin mümkünlüyünü bildirmiş, iddiaçı isə öz növbəsində həmin təkliflə razılaşmayaraq işə aidiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; Bakı şəhəri, Xətai rayonu, Sergev Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzil; Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzil və ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajda payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdeh payının dəyərinə görə iddiaçıya kompensasiya vermək istəmədiyindən, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçıdan tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; Bakı şəhəri, Xətai rayonu, Sergev Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzil; Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzil və ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qaraj açıq hərracdan satılsın. Əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçıdan tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar