Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3146/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağayeva X13 Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci təvəllüdlü X2 ölkə üzrə müəyyən edilmiş münimum əmək haqqı məbləğinin müəyyən mislənə uyğun sabit pul məbləğində alimentin tutulması; xx.xx.2020-ci təvəllüdlü X3 xəstəliyi üçün hər ay 200 manat əlavə xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması va Cavabdeh mediasiya üçün ödədiyi 50 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nkahdan xx.xx.2020-ci təvəllüdlü X7 dünyaya gəlmişdir. Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Goranboy rayon 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞG/MT/32-2024- 00767 saylı barışıq sazişinə əsasən xx.xx.2020-ci təvəllüdlü X3 ananın himayəsində qalması və hər ay 180 manat aliment ödənilməsi barədə razılıq əldə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, uşağının vəziyyəti gələcəkdə daha pisləşə bilər. Müalicəsi üçün hər ay dərman qəbul etməlidir. O, uşağının dərmanlarına 190 manat, bezinə isə 200 manat məbləğində pul xərcləyir .Uşaq hər növ yeməyi yemir. Beş ildir ki eyni yeməklərlə qidalanır. Su içmir. Onda əqli gerilik mövcuddur və psixoloq və loqopedə müraciət etməlidir. Lakin buna etməyə maddi imkanı kifayət etmir. Onu da qeyd etdi ki, Hal-hazırda o, cavabdehin borclarını da ödəməkdədir. Cavabdehin rəsmi olmasa da, qazancı vardır. O gecələri DJ kimi fəaliyyət göstərir, gündüzlər isə əkinçiliklə məşğul olur. Verilən suallara cavab olaraq bildirmişdir ki, uşaq dərmanları davamlı olaraq qəbul etməlidir. Yeni dərmanların təyin edilməsi üçün o, uşağı müayinəyə aparmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan: Bakı şəhəri Goranboy Rayon Məhkəməsinin 2(045)-252/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat şöbəsində 3622 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, iddia tələbi üzrə ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir. X9 Loqopedik Diaqnostikanın 12.06.24-cü il tarixli müayinə nəticəsindən görünür ki, X4 psixi nitq inkişaf ləngiməsi, davranış pozuntusu müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 1281 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci təvəllüdlü X5 uşaq autizmi, kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. 13 nömrəli Uşaq Polikinasının 12 fevral 2025-ci il tarixli arayışından görünür ki, X7 13 nömrəli Uşaq Polikinasında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, 027 nömrəli X6 görünür ki, xx.xx.2020-ci təvəllüdlü X5 uşaq autizmi diaqnozu qoyulmuş, qeyd edilmişdir ki, anamnez anasından toplanıb. İrsiyyət ruhiəsəb xəstəlikləri ilə ağırlaşması inkar olunur. Hamiləlik normal keçib. Doğuş 37 ci həftədə keysəriyyə ilə olub. Çəkisi 3700 qr olub. Xəstəliyin əlamətləri 2 yaş 6 ayından hiss olunmağa başlyıb. Anasının sözlərinə görə öz ətrafında fırlanmalar, adına reaksiyanın olmaması aqressivlik, eyni qidalara üstünlük verməsi, yuxu pozuntularının olması müşahidə olunub. Daimi psixoloq, loqopped məşgələlərində olub. Ünsiyyətə girmək çətindir, nitqi qüsurludur, göz kontaktı zəifdir. Verilən suallara və adına müraciətə reaksiya vermir. Əhvalruhiyyə aşağıdır qıcıqlıdır. Müayinə otağında oturmağa hövsələsi çatmır, davranışı narahatdır. Anasının köməyi ilə müvazinətə gətirilir. Somatik status: Artıq çəki qeyd olunur. Bütün fiziki inkişaf göstəriciləri yerindədir. Nevroloji status: Zahiri olaraq kobud patologiya yoxdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş: xx.xx.2025-ci il tarixli, 119148 nömrəli ödəniş satış çekinə əsasən, 1,25 manat məbləğində 3 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 119570 nömrəli satış çekinə əsasəm, 24,55 manat məbləğində 1 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 120617 nömrəli satış çekinə əsasən, 24,55 manat məbləğində 1 paket bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 122770 nömrəli satış çekinə əsasən, 4,95 manat məbləğində 20 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 122210 nömrəli satış çekinə əsasən, 1,67 manat məbləğində 7 ədəd, 122217 nömrəli satış çekinə əsasən, 2,50 manat məbləğində 10 ədəd, 122770 nömrəli satış çekinə əsasən, 1,67 manat məbləğində 7 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 12361 nömrəli satış çekinə əsasən, 2,50 manat məbləğində 10 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 122770 nömrəli satış çekinə əsasən, 24,55 manat məbləğində 1 paket, 122683 nömrəli satış çekinə əsasən, 4,14 manat məbləğində 17 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 123943 nömrəli satış çekinə əsasən, 31,05 manat məbləğində 2 ədəd Leyner məlhəm 20qr, 1 ədəd 1614 Bebeneo klassik butulka üçün əmzik, 1 ədəd prisipka 75qr, 1 paket bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 126583 nömrəli satış çekinə əsasən, 4,21 manat məbləğində 17 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 126788 nömrəli satış çekinə əsasən, 3,36 manat məbləğində 13 ədəd bez alınmışdır. xx.xx.2025-ci il tarixli, 127348 nömrəli satış çekinə əsasən, 27,40 manat məbləğində 10 ədəd bez, 1 ədəd Bambino klassik şüşə butulka üçün əmzik alınmışdır. “Eyyub pharm and beauty” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9649 nömrəli satış qəbzindən görünür ki, ümumilikdə 63,50 manat məbləğində dərman vasitələri alınmışdır. xx.xx.2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə X8 150ml, Butifen 150ml dərman vasitələri ilə müralicə tövsiyə edilmişdir. xx.xx.2025-ci il tarixli resept blankından görünür ki, xəstə X11-Redt kapsul dərman vasitəsi ilə müalicə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında aliment ödənilməsi barədə saziş yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müayinə sənədlərindən, ödəniş qəbzlərindən və resept blanklarından görünür ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmamış uşağı uşaq autizmindən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar daimi olaraq həkim müayinələrində olur, onun müalicəsi üçün dərman vasitələri, bez və digər vasitələr lazım olur. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və onun xəstəliyi ilə əlaqədar daimi müalicə almasını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq və xəstəliyi ilə əlaqədar xərclərdə iştirak etmək atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə qeyd edir ki, alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi, yəni 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2020-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulması 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2020-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulması 28 aprel 2025-ci il tarixdən hesablansın. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3146/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3146/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver