Məhkəmə qərarları › İş №2(004)-3157/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3157/2021

30.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3157/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın hərracda satışı və məbləğin yarısının ödənilməsi ” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlakın hərracda satışı və məbləğin yarısının ödənilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 1160cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzilin üzərində iddiaçının ½ hissədə payının naturada ayrılaraq iddiaçıya verilməsi, payın naturada ayrılması mümkün olmadığı təqdirdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzilin ½ hissədə payın dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ya sözügedən mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən məbləğin ididaçı və cavabdehin paylarına mütənasib şəkildə İddiaçı və Cavabdeh ½ hissədə ödənilməsi, həmçinin iddiaçının və cavabdehin birgə nikah dövründə əldə etdikləri və həmin mənzildə olan ev əşyalarının dəyərinin yarısının, yəni 21450 manat (cəmi məbləğ 42900 manat) İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı, 3 otaqlı mənzilin üzərində iddiaçının ½ hissədə payının naturada ayrılaraq iddiaçıya verilməsi, payın naturada ayrılması mümkün olmadığı təqdirdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə. Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı, 3 otaqlı mənzilin ½ hissədə payın dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ya sözügedən mənzilin açıq hərracda satılması; mənzilin satışından əldə edilən məbləğin iddiaçı və cavabdehin paylarına mütənasib şəkildə İddiaçı qızma və Cavabdeh ½ hissədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən məbləğin iddiaçı və cavabdehin paylarına mütənasib şəkildə iddaiçı İddiaçı və Cavabdeh ½ hissədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə verdiyi izahatında Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı, 3 otaqlı mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən məbləğin iddiaçı və cavabdehin paylarına mütənasib şəkildə İddiaçı və Cavabdeh ½ hissədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, tərəflər arasında barışıq və ya hər hansı razılaşma olmamışdır. Keçən məhkəmə iclasından sonra cavabdehə mənzilin yarı dəyərinin ödənilməsi təklif olunsa da, hal-hazıradək cavabdeh tərəfindən hər hansı məbləğ ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, hazırkı tələb üçün iddiaçının öncə ona müraciət etməli olduğunu, 45 gün müddət gözlədikdən sonra məhkəməyə müraciət etməli olduğunu, bu haqda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı olduğunu bildirmiş, bu əsasla da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı ilə arasında barışıq və ya hər hansı razılaşma olmadığını, cavabdehin maddi imkanının olmadığını, hazırda iddiaçının tələb etdiyi məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı, 3 otaqlı mənzil birgə nikah dövründə alınmışdır və ½ hissədə iddiaçının pay hüququ tanınaraq onun adına çıxarış verilmişdir, onsuz da onun və birgə nikahdan olan uşaqlarınındır. Mənzilin həccarda satılmağına razı deyil, iddiaçı və uşaqları gəlib o evdə yaşasınlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX1049409 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzil ½ hissədə İddiaçı, ½ hissədə idə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı qeyd edilən əmlaka mülkiyyət hüququ 07.04.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, Cavabdeh qeyd edilən mənzilə mülkiyyət hüququ 20.04.2012-ci il tarixdə,********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Az-İ № 018575 seriya nömrəli nikahın bağlanması haqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh ilə X1 arasında 21.06.2003-cü il tarixdə Səadət Sarayında 1042 №-li akt qeyd ilə nikah bağlanmışdır. İş materiallarında olan 23.08.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olnur ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzilin tərəflər arasında ½ paylar şəklində bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə iş tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzilin İddiaçı və Cavabdeh birgə nikahı dövründə alınması, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı 3 otaqlı mənzilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə cavabdehin mülkiyyət hüququnun olması iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ididaçı İddiaçı, Cavabdeh oğunun paylı mülkiyyət hüququna malik olduqları əmlakın bölünməsi və ya ondan pay ayrılması ekspert rəyinə əsasən mümkün olmadığından, həmçinin cavabdeh tərəf iddiaçıya düşən payın məbləğini ödəməyə razı olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, İddiaçı və Cavabdeh oğunun hər birinin ½ hissədə paylı mülkiyyətçisi olduqları Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı, 3 otaqlı mənzil açıq hərrac vasitəsilə satılmalı və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq Foziya Pərviz qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddəsin 6-cı bəndinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 277 saylı, 3 otaqlı mənzili açıq hərracda satılsın. Mənzilin satışından əldə edilən məbləğ iddiaçı və cavabdehin paylarına mütənasib şəkildə İddiaçı və Cavabdeh ½ hissədə ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar