Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3157/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 birgə nikahlarından olan 10 oktyabr 2006-cı il təvəllüdlü X1, 03 sentyabr 2009-cu il təvəllüdlü X4 və 07 mart 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X10 ilə 2005 il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan 10 oktyabr 2006-cı il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 adlı üç uşaqları anadan olmuşdur. Cavabdehlə nikahıları Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Azyaşlı uşaqlarını özü saxlayır. O, uşaqların saxlanması üçün lazım olan xərcləri tək başına çəkməli olmuşdur. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir kömək etmir. Bu isə onun üçün bir sıra ciddi maddi problemlər yaradır. Çünki, uşaqların saxlanmasına ayda ***-**** manata qədər vəsait lazım olur ki, həmin vəsaitin onun tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. O, alimentin tutulması ilə bağlı Mediasiya Şurasına müraciət etdikdə, cavabdeh iclasda iştirak etmiş və hər uşağa görə ayda 100 manat cəmi 300 manat alimenti ödənilməsi barədə barışıq sazişi bağlamışdır. Lakin cavabdeh sazişə əməl etmir və aliment ödəmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, ondan 10 oktyabr 2006-cı il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 adlı uşaqlarınınn saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 193 manat olmaqla ümumilikdə 579 manat miqdarında aliment tutulmalıdır. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. (cavabdeh X10 xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 iyun 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 269089 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 iyun 2017-ci il tarixdə 320 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Süleymanova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 21 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ № 849006 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 oktyabr 2006-cı il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X9 yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İ № 363075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03 sentyabr 2009-cu il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X9 yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 aprel 2012-ci il tarixdə verilmiş AZ-İİ № 863420 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07 mart 2012-ci il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X9 yazılmışdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş, MŞB/6-339 nömrəli 12 fevral 2022-ci il tarixli barışıq sazişindən görünür ki, həmin barışıq sazişinə əsasən X10 xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün İddiaçı 2022-ci ilin aprel ayından etibarən (aprel ayı daxil olmaqla) hər ayın 10-u 20-si aralığında (20-sindən gec olmamaq şərti ilə) hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat olmaqla aliment ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X10 ilə İddiaçı rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Tərəflərin birgə nikah münasibətlərindən 10 oktyabr 2006-cı il təvəllüdlü X8, 03 sentyabr 2009-cu il təvəllüdlü X11 və 07 mart 2012-ci il təvəllüdlü X12 anadan olmuşdur. X10 ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 iyun 2017-ci il tarixdə 320 nömrə ilə qeyd edilmişdir. Uşaqlar İddiaçı himayəsindədir. X12 ilə İddiaçı arasında bağlanılmış barışıq sazişinə əsasən X10 xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün İddiaçı 2022-ci ilin aprel ayından etibarən (aprel ayı daxil olmaqla) hər ayın 10-u 20-si aralığında (20-sindən gec olmamaq şərti ilə) hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat olmaqla aliment ödəməyi öhdəsinə götürmüşdür. X10 barışıq sazişini könüllü şəkildə icra etməmiş, İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməmişdir. İddiaçı cavabdeh tərəfindən barışıq sazişi icra edilmədiyindən, həmçinin sazişlə müəyyən edilmiş məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən aliment tələbinə dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X10 yetkinlik yaşına çatmamış X8, X11 və X5 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin, tərəflərin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə birgə nikahından olan uşaqların saxlanması üçün tutulan sabit pul məbləğində alimentin miqdarı hər ay 150 manat müəyyən edilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşağın maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 10 oktyabr 2006-cı il təvəllüdlü X1, 03 sentyabr 2009-cu il təvəllüdlü X4 və 07 mart 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 18 may 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3157/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3157/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver