Məhkəmə qərarları › İş №2(004)-318/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-318/2021

02.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-318/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “əmək haqqı” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən, iş materiallarında olan vergi ödəyicilərinin məlumatları çıxarışına əsasən Cavabdeh1 MMC-nin hüquqi ünvanının Biləsuvar rayonu, Ələt-ünvan 1 ünvanı, AZEMİS elektron çıxarışa əsasən digər Cavabdeh2 qeydiyyat ünvanının ünvan 2 ünvanı olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirmiş və mülki işin aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iddiaçıların istəyini nəzərə alaraq hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “əmək haqqı” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində, qərardaddan işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar