Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3182/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 28.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 12.02.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, cavabdehlə 2006-cı ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur, 22.08.2008-ci ildə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 28.08.2008-ci il təvəllüdlü X2 adlı bir uşağı var. Onların nikahı 18.09.2015ci il tarixdə Rusiya Federasiyasında pozulmuşdur. Nikah pozulandan sonra övladı Yeva onun yanında qalmışdır. Hazırda o, iki ildir heç bir yerdə işləmir və uşağın saxlanmasında maddi çətinliyi var. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə onun birgə nikahdan 28.08.2008-ci il təvəllüdlü X2 adlı bir uşağı var. Uşaq iddiaçının yanında qalır, o, uşaq tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının maddi imkanları yaxşıdır, gəmidə işləyir. Heç bir yerdə işləmir, onun özünün maddi ehtiyaclarını qardaşı təmin edir. Onun uşağın saxlanması üçün iddiaçıya aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Rusiya Federasiyası Rostov vilayəti Volqodonsk şəhəri İnzibati İdarəsi VVAQ şöbəsi tərəfindən verilmiş 27.10.2015-ci il tarixli İİ-AH 709073 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, Rusiya Federasiyası Rostov vilayəti Volqodonsk məhkəmə rayonu 3 saylı məhkəmə sahəsinin barışıq hakiminin 17.08.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh arasında bağlanmış nikaha 18.09.2015-ci il tarixdən xitam verilmişdir. Bu barədə 27.10.2015-ci il tarixdə 653 nömrəli akt qeydi aparılmışdır. Rusiya Federasiyası Rostov vilayəti Volqodonsk şəhəri İnzibati İdarəsi VVAQ şöbəsi tərəfindən 29.03.2016-cı il tarixdə təkrar verilmiş İV-AH 508816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 28.08.2008-ci ildə RF Rastov vilayəti Volqodonsk şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, 28.08.2008-ci ildə RFda doğulmuş X2 Azərbaycan Respublikasının vətəndaşıdır. (FİN 8XJ79A5), vəsiqə 27.08.2023-cü ilə kimi etibarlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - 28.08.2008-ci il təvəllüdlü X1 (FİN 8XJ79A5) yetkinlik yaşına çatana qədər saxlanılması üçün 20.04.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia tələbi - alimentin 12.02.2021-ci il tarixdən başlayaraq tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı hazırkı iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - 28.08.2008-ci il təvəllüdlü X1 (FİN 8XJ79A5) yetkinlik yaşına çatana qədər saxlanılması üçün 20.04.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi - alimentin 12.02.2021-ci il tarixdən başlayaraq tutulması hissəsində rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3182/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3182/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver