Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3191/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti verməkdən boyun qaçırmasına görə 3 il əvvəlki dövr üçün verməli olduğu alimentin və birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşina çatana kimi saxlanılması üçün uşağa görə 220 manat pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, cavabdehlə qeyrirəsmi nikah münasibətində olmuşdur .Birgə təsərrüfat idarə etmişlər. Qeyri- rəsmi nikahdan xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bildirir ki, uşaqların atasının cavabdeh olması atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələr ilə öz təsdiqini tapır. Cavabdeh bir neçə dəfə sonuncu dəfə Aylanur anadan olduqdan sonra onunla arasında olan qeyri-rəsmi nikah münasibətləri pozulmuşdur. Bu günə kimi övladları onun himayəsindədir və onları özü saxlamışdır. xx.xx.2017 ci il təvəllüdlü X6 anadan olduqdan sonra cavabdehdən uşağın saxlanılması üçün şifahi olaraq aliment tələb etmişdir. Lakin cavabdeh ona müxtəlif vədlər verərək, ona uşağın saxlanılması üçün kömək edəcəyini bildirərək onu aldatmışdır. Həmin dövrdə o, övladlarını saxlamışdır. Halbuki cavabdeh ona kömək elməli idi. Hal-hazırda cavabdeh ona xx.xx.2011-ci il təvəllüdlü X3 üçün 195 manat aliment ödəyir. Ancaq ikinci uşağın xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh ona 2023-ci il üçün uşaqların yaşayış minimumu həddində 220 manat aliment ödəməlidir. Bildirir ki, uşağların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblərini ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o gözdən əlildir. 1 uşağa 195 manat aliment ödəyir, ikinci uşağa 100 manat aliment ödəyə bilər. 220 manat aliment ödəməyə imkanı olmayacaqdır. Çünki 600 manat pensiya alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-2554/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən müəyyən edilir ki, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq 45 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin 19 dekabr 2012-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İV № 036839 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladları var. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı barəsində tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan müəyyən olunur ki, İddiaçı əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluğuna ehtiyacı vardır və 1-ci qrup əlildir. İş materiallarında olan elektron məhkəmə çıxarışından görünür ki, Cavabdeh 1-ci qrup əlildir və 603.74 manat məbləğində əlilliyə görə pensiya alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahda olmuşlar və onların birgə nikahından iki övladları olmuşdur. Məhkəmə qətnaməsi əsasında xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq 45 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilir. Hazırda iddiaçı digər övladı-xx.xx.2017-ci il təvəllüdlü X2 üçün aliment tələb edir. Bundan əlavə cavabdeh tərəfindən əvvəlki 3 illik dövr üzrə də aliment məbləğini də tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə uşağın yüksək mənafeyini, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını, tərəflərin sağlamlıq vəziyyətini, iddiaçı tərəfin də pensiya almasını nəzərə alaraq qeyd edir ki, iddia 220 manat məbləğində alimentin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Cavabdeh qızına ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cari il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda alimentin tutulması üçün yeganə əsas ola bilməz, bununla bərabər qnunvericiliklə müəyyən edilmiş digər əsaslar da olmalıdır. Bundan əlavə, məhkəmə bildirir ki, uşağı saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideyn kimi öhdəliyinə daxildir. Məhkəmə iddia tələbinin Cavabdeh alimenti verməkdən boyun qaçırmasına görə 3 il əvvəlki dövr üçün verməli olduğu alimentin tutulması hissəsində münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciətini və cavabdehin bundan imtinasını təsdiq еdən hеç bir sübut məhkəməyə təqdim еdilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qeyd edir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3191/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3191/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver