Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-321/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyyə Fehruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə aralarında Bakı şəhəri 50 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi əsassızdır və formal olaraq bağlanmışdır. Belə ki, qeyri-rəsmi yaşadığı şəxs X11 hazırkı iş üzrə Cavabdeh qohumu X12 qarşı dələduzluq edərək, onun 10000 manat pulunu mənimsəmişdir. X2 Siyasət Əsəd oğlunun oğlunu işə düzəltmək adı ilə aldatmış və X7 10000 manat pul almışdır. Ona görə də X1 Namiq Arif oğlundan şikayət etmiş və onun barəsində cinayət işi başlanılmışdır. Həmin vaxt X11 ondan xahiş etmişdir ki, X14 şikayətini geri götürməsi və ondan şikayət etməməsi üçün X10 qohumu Cavabdeh ilə kredit müqaviləsi bağlasın. Ona bildirmişdir ki, cinayət məsuliyyətindən azad olunandan sonra həmin borcu özü ödəyəcək. O da, inanıb Cavabdeh ilə xx.xx.2018-ci ildə kredit müqaviləsi bağlamışdır. 10000 manat məbləğində pulun 3000 manatı onunla, 3000 manatı X4 qardaşı X8 ilə, 4000 manatı isə X4 qızı X9 ilə bağlanmışdır. O və digər iki şəxs notarial qaydada kredit müqaviləsi bağladıqdan sonra X1 Namiq Arif oğlundan şikayətçi olmadığı və dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ərizə vermiş və məhkəmənin qərarı ilə X11 3000 manat məbləğində cərimə olunmuşdur. Bu faktı təsdiq edən şahidləri də var. X11 məsuliyyətdən azad olunsa da, o, borcu ödəməmişdir. Ona görə də Cavabdeh ona qarşı iddia tələbi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə notariat kontoruna gedərək, ona 3000 manat borc pul vermişdir. Cavabdeh ümumiyyətlə tanımır. Nə də ki, həmin şəxs onu tanımır. Onu bir dəfə notariat kontorunda görmüşdür. Sual olunur ki, həmin şəxs onu tanımadığı halda 3000 manat pulu niyə verib? Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nağd pul verməmiş, nə də ki, notariusun depozit hesabına pul köçürülməmişdir. Məhkəmə bütün bunları aydınlaşdırmadan kredit müqaviləsinə əsasən qətnamə qəbui etmiş və iddia tələbini təmin etmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. Ona pul verilmədiyi halda ondan pııl tələb olunması qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, aralarında bağlanmış müqavilə ləğv edlfməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X13 iddia tələbinə uyğun olaraq izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək tam əsassız olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən borcverən borc alana 3000 manat məbləğində pul borc vermiş, borcalan isə həmin borcu xx.xx.2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Cavabdeh və borcalan İddiaçı tərəfindən imzalanmış, Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təsdiq olunaraq, reyestrdə 3M-180 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. Qusar Rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli, 2(029)-205/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin olunaraq, cavabdehdən 3000 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində kredit müqaviləsinin formal olaraq bağlandığını, cavabdeh tərəfindən ona pul məbləğinin verilmədiyini qeyd etsə də, məhkəmə araşdırılması zamanı bunu sübut edə bilməmişdir, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Ona görə də, iddiaçının müqavilənin ləğv verilməsi ilə bağlı iddiası rədd edilməli, ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-321/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-321/2021
28.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver