Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3226/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 22.10.2009-cu il təvəllüdlü X1, 06.02.2013-cü il təvəllüdlü X2 və 18.09.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı 18.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 22.10.2009-cu il təvəllüdlü X1, 06.02.2013-cü il təvəllüdlü X2 və 18.09.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 16.09.2009cu ildə cavabdehlə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 22.10.2009-cu il təvəllüdlü Məryəm, 06.02.2013-cü il təvəllüdlü Əhməd və 18.09.2014-cü il təvəllüdlü Həmid adlı üç uşaqları var. İsmayıllı rayon Məhkəməsinin 02.11.2013-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikah pozulandan sonra uşaqlar onun yanında qalmışdır. O, uşaqların saxlanmasında maddi çətinlik çəkir. Cavabdeh uşağın saxlanması üçün maddi köməklik etmir. Odur ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.02.2015-ci il tarixli AZ-İ 210769 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə 07.01.2014-cü il tarixdə 03 nömrəli akt qeydi aparılmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.04.2010-cu il tarixli AZ-İİ № 434650 seriyalı, 20.04.2013-cü il tarixli AZ-İİİ № 095524 seriyalı və 3 saylı Bakı “Asan Xidmət mərkəzi tərəfindən verilmiş 08.08.2015-ci il tarixli AZ-İİİ № 595750 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan - 22.10.2009-cu il təvəllüdlü X4, 06.02.2013-cü il təvəllüdlü X5 və 18.09.2014-cü il təvəllüdlü X6 adlı üç övladı var. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş üç övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22.04.2021-ci il tarixdən başlayaraq cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - 22.10.2009-cu il təvəllüdlü X1, 06.02.2013cü il təvəllüdlü X2 və 18.09.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22.04.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3226/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3226/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver