Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3229/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuza dəymiş zərərin ödənilməsi və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuza dəymiş zərərin ödənilməsi və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi; Zeytun Pharmaceuticals MMC-yə məktub göndərməklə İddiaçı barəsində yazılmış məlumatların təkzib olunması və İddiaçı üzr istənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 10000 (on min) dollar borc almış və qarşılığında 6 il ərzində aybaay əlavə ödənişlər etməklə borcun müddətini uzatmışdır. Geri qaytarmağa gələndə isə Cavabdeh iddiaçıdan 3 qatını tələb etdi və əməl etməsə, dövlət orqanları ilə hədələdi və hədə-qorxu gəldi. 2 ildən çox müddətdə hər ay ona ödənişlər etmiş bu barədə qəbzləri Polis idarəsinə təqdim etmiş, lakin ödədiyi məbləğləri borcundan silməmiş və məcbur qalıb ödənişləri dayandırmış və Məhkəmənin onun üçün müəyyən edəcəyi borc məbləğini ödəyəcəyini bildirmişdir. Cavabdeh həyat yoldaşı Namik Davidov onun barəsində şikayət etmişdir. Bunun əsasında əvvəlcə Bakı şəhər Baş Polis idarəsinə məcburi aparılmış, 12 may 2023-cü ildə isə Nərimanov rayon Polis idarəsi çağırılmış və eyni məzmunlu izahatı yazmışdır. Amma həmin gündən etibarən onun bütün ətrafınə polis əməkdaşları zəng edir və polis şöbəsinə çağırırlar. Cavabdeh iddiaçının bütün qohumlarının yanında həqiqətə uygun olmayan şaiələr yayır. Onun vəsaitilə əsassız varlanmasına baxmayaraq əlavə ödənişlər tələb edir. Gəlirinə şərik durmaq üçün dövlət orqanlarına əsassız məlumatlar verir. Polisə izahat verməyinə baxmayaraq ətrafında olan insanların telefon nömrələrini polisə verir. Həyat yoldaşına məxsus və idarə etdiyi lazer aparatından istifadə edən müştərilərin də nömrəsini polisə verib onlara zəng etdirir. Müştərisi Emilya xanıma (*** *** ** **) və Muxayat xanıma (*** *** ** **), Nuridə xanıma (*** *** ** **) zəng ediblər. İddiaçının ləyaqətini alçaltmaq üçün və işgüzar nüfuzuna zərər vurmaq üçün bütün üsullara əl atır. Eyni zamanda salonda əvvəllər birgə fəaliyyət göstərdi X13, X1, Salmanova Günay, Salmanova Könülə polis vasitəsilə zəng etdirir. Sonra özü zəng edir. Bundan başqa iddiaçının rəfiqəsi X2 polis tərəfindən zəng olunub. Cavabdeh +994 50 *** ** ** mobil nömrəsi ilə iddiaçının bacısının yoldaşı Həsənov Raminə (əlaqə nömrəsi +**********37) zəng edir onun barəsində əsassız ittihamlar səsləndirir və bu yolla da narahat edir. Səbəbini isə hamı iddiaçıdan soruşur. Bütün günü stress içində keçir. Cavabdeh şəxs hərəkətləri ilə iddiaçının səhhətinə ve psixikasına zərər vurur və psixoloji təzyiq altında öz həyatına qəsd etmək dərəcəsinə kimi gətirib çıxardır. İddiaçının 67 yaşında anası onun ucbatından stress keçirir ve səhhəti pisləşir. Sonuncu vasitə kimi iddiaçının şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzuna zərər vermək üçün iş yerinə də böhtan xarakterli məktub ünvanlamışdır. Nəticədə, iş yeri olan "xxxx" MMC-də məndən izahat alınmışdır, izahatımda bütün həqiqəti olduğu kimi qeyd etmişdir. Lakin, rəhbərliyin və iş yoldaşlarının yanında özünü günahkar hesab edir. İş yerində intizam tənbehi almaq və ya işdən çıxarılmaq stressi ilə üz-üzə qalmışdır. "xxxx" MMC-nin 1094/05 saylı, xx.xx.2024cü il tarixli sorğuya cavab məktubundan da görünür ki, cavabdehin müraciəti daxil olmuşdur və onun müraciətinə xx.xx.2024-cü il tarixli cavab verilmişdir. Cavabdehin dövlət orqanlarına müraciətləri ilə bağlı xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Polis idarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 2024-cü ildə təkrar müraciət etmişdir, yenə də Nərimanov rayon Polis idarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hüquqi müstəvidə də iddiaçının heç bir qanunazidd əməl törətmədiyi öz təsdiqini tapmışdır. Məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab olunur ki, məhkəmə tərəfindən cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 10000 manatın cavabedeh Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi və Cavabdeh üzərinə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan və təhqiramiz məlumatları işlədiyi müəssisəyə (Zeytun Pharmaceuticals MMC) məktub yazaraq təkzib etməsi və üzr istəməsi vəzifəsinin qoyulmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, 28 May metrostansiyasının yaxınlığında yerləşən salonda lazeroloq işləyirdi, cavabdehi ilk əvvəllər müştəri kimi tanımış, sonralar onun iddiaçı ilə şərik olduğunu öyrənmişdir. İddiaçı ona demişdir ki, mənə necə hörmət edirsizsə cavabdehə də elə hörmət edin. İddiaçı ilə cavabdehin nəyi bölə bilmədiyini bilmir. Onlar arasında pul söhbəti olduğu barədə məlumatı yoxdur. Aralarında olan pul haqq hesabı barədə heç nə danışmayıblar, iddiaçı onlara onun şərikləri arasındakı məsələyə qarışmağa icazə vermirdi. Həmin salondan işdən çıxandan sonra polis ona zəng etmiş və polis əməkdaşı onun nömrəsini polisə cavabdehin verdiyini, əlavə olaraq digər işçilərin də nömrələrini verdiyini bildirmişdir. Cavabdeh onu məcbur edirdi ki, iddiaçı haqqında onun cavabdehə qarşı dələduzluq etməsi, ona pul atması barədə polisə ərizə yazsın. O isə ərizə yazmağa getməyib. Həmin vaxt artıq orda işləmirdi. Cavabdeh ona dayanmadan zəng edib narahat edirdi. Cavabdeh iddiaçı barəsində söyüş və təhqir istifadə etməyib. Sadəcə onu polisə ərizə yazması barədə məcbur edirdi. Cavabdeh iddiaçı haqqında deyirdi ki, “iddiaçı yalan danışıb, yalançıdır, iddiaçı mənə pul atıb, mənə qarşı dələduzluq edib. Sən də get polisə bunları de.” Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, 28 May metrostansiyasının yaxınlığında yerləşən salonda xadimə işləyirdi, iddiaçı və cavabdeh onun müdiri olub, onlar arasındakı münasibətləri bilmir, cavabdeh ona zəng etməyib, polis zəng edib, cavabdeh onun yanında iddiaçı barəsində təhqiredici ifadələr işlətməyib. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, 28 May metrostansiyasının yaxınlığında yerləşən salonda lazeroloq işləyirdi, iddiaçını müdiri kimi tanımışdır, cavabdehi isə iddiaçının şəriki kimi deyil tanışı kimi tanımışdır. Cavabdeh ona zəng etməyib, lakin polis idarəsində onun adını hallandırıb. Ona polis zəng etib soruşub ki, “siz də şahid olmusunuz?” Cavabdehin iddiaçı barəsində şikayət etdiyini polis idarəsində öyrənmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X8 xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərara əsasən X7 və Cavabdeh şikayət ərizələri əsasında toplanmış material üzrə tərəflər arasında əmələ gəlmiş münasibətlər mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş, X15 və Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərara əsasən X7 və Cavabdeh şikayət ərizələri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X15 və Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Nərimanov Rayon prokuroru Hidayət Nurəlibəyovun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” Qərarına əsasən X7 və Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərara əsasən X7 və Cavabdeh şikayət ərizələri əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X15 və Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı iş yeri olan "xxxx" MMC-nin direktoru Bəhruz Şirəliyevə ünvanlanmış ərizədə “mən Cavabdeh 2 az yaşlı körpə övladım vardır, xəstəyəm, dava-dərman qəbul edirəm. Belə ki, mən Sizin tabeçiliyinizdə işləyən İddiaçı (050) *** ** ** ilə tanış oldum. Onunla aramızda insani münasibət yarandı. O, məndə özünə qarşı inam və etibar yaratdı. Günay mənə “gəl birlikdə biznes quraq, sən mənə pul ver, mən də işlədiyim şirkətdən mənim əlim uzundur, tanışlarım var, lazer aparatı gətirək, birlikdə işləyib, qazanc əldə edək” bildirdi. Mən də ev, ipoteka kreditim, 2 körpə övladım, dolanışıq, çörək, dərman pulu və.s. bu kimi problemlərimi, qayğılarımı həll etmək məqsədilə ona cəmi 63.300 manat pul verdim. O, artıq, həmin lazer aparatını gətirib və bu günləri ondan yetərincə gəlir əldə edir və pul qazanır. Çox təəssüf ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq İddiaçı mənim ona verdiyim pulları geri qaytarmır, boyun qaçırır, yaymır, məni hər dəfə müxtəlif bəhanələrlə aldadır. O, sonda mənə açıq-aşkar şəkildə bildirdi ki, “sən bilirsən mən harada işləyirəm, bura kimlərə məxsusdur, hara istəyirsən get şikayət elə , onlar onsuz da məni müdafiə edəcəklər, lazımi yerlərə tapşıracaqlar, səni heç kim eşitməyəcək, mənim qorxum yoxdur deyir. Mən sıravi Azərbaycan vətəndaşı anlaya və başa düşə bilmirəm ki, axı bu necə ola bilər ki, sən haradasa, kiminsə şirkətində işləyəsən və onun adından, nüfuzundan suiistifadə edib, insanları aldadıb, cinayətkarcasma külli miqdarda pulunu mənimsəyəsən və sonda ona hədə-qorxu da gələ biləsən?! Axı bu heç kimə hüquq və əsas vermir ki, sənin haradasa, kimlərlə işləməyin səni toxunulmaz və əvəzedilməz etsin?! İddiaçı belə qanunsuz neqativ hərəkətləri, özbaşınalığı, dələduzluğu və onun işlədiyi şirkətin adından sui-istifadə edərək insanların əlindən külli miqdarda pulunu mənimsəməsi Zeytun Pharmaceuticals MMC kimi tanınmış bir şirkətin ölkəmizdəki və xaricdəki imicinə ciddi xələl gətirir və onun üzərinə kölgə salır!! Odur ki, yazıb Sizdən xahiş edirəm ki, mənim inam və etibarımdan və işlədiyi şirkətinizin adında sui-istifadə edərək, mənim əlimdən 63.300 manat pulumu alan İddiaçı pullarımı geri qaytarsın. Və onun barəsində işlədiyi şirkətin admdan sui-istifadə etdiyi üçün onun işdə qalıb-qalmaması barəsində lazımi tədbir görməyinizi öz adımdan və ailə üzvlərimiz adından Sizdən xahiş edirəm. Çox çətin yaşayıram, çörək və dərman puluna ehtiyacım vardır. İddiaçı məni belə çıxılmaz, dözülməz duruma salmışdır. Artıq yaşaya bilmirəm. Özümə intihar edəcəyəm. Başqa çarəm yoxdur. Artıq bu barədə lazımi dövlət orqanlarına məlumat vermişəm. Qoy mənim ölümümdə bütün məsuliyyət Günayın üzərinə düşsün” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin X4 Müştərilərlə İş Departamenti üzrə mütəxəssis İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru B.Ə.Şirəliyevə ünvanlanmış izahat məktubunda “haqqımda Şirkətə məktub ünvanlayan Cavabdeh ilə uzaq qohumluq əlaqələrimiz var və 6 il bundan öncə X5 iş birliyimiz olmuşdur. Bir müddət davam edən iş birliyimiz yaranan qarşılıqlı narazılıqlar səbəbindən davam etməmiş və bitmişdir. Bir müddət keçdikdən sonra qeyd olunan xanım müxtəlif qeyri-qanuni yollarla məndən heç bir hüquqi əsası olmayan əlavə ödənişlər tələb etməyə başlamışdır. Ailə böyüklərinin razılığa gəlməklə bağlı cəhdlərinə məhəl qoymamış və əməllərinə davam etmişdir. Bəzi tanışlarının nüfuzlarından istifadə edərək, onlara yalan məlumatlar verməklə hüquq-mühafizi orqanlarına müraciət edib. Həmin orqanlarda araşdırmalar aparıldıqdan sonra xanıma haqqını mülki qaydada məhkəmə yolu ilə axtarmaq tövsiyyə olunmuşdur. Yazdığı məlumatlar böhtan xarakterli olduğu və əlində heç bir hüqüqi əsası olmadığı üçün məhkəməyə müraciət etmir. Sonuncu vasitə kimi mənim şərəf və ləyaqətimi alçaltmaq, işgüzar nüfuzuma zərər vermək üçün çalışdığım Şirkətə böhtan xarakterli məktub ünvanlandırmışdır.Qeyd olunan məsələ ilə bağlı Bakı şəhər Baş Polis idarəsində izahatım var. 12 may 2023-cü il tarixində Nərimanov rayon Polis idarəsində eyni məzmunlu izahatımı yazmışam. Nəticə olaraq xanım polis orqanlarına dəvət edilmiş və məsələni hüququ yollarla həll etməsi ona tövsiyyə olunmuşdur. Bütün bunlara baxmayaraq dövlət orqanlarının verdiyi tövsiyyələrə məhəl qoymayan və dırnaq arası haqqlarını şər-böhtan atmaqla axtaran, məktublar yazıb hamını narahat etməyi özünə məşğuliyyət seçən bir "şəxsin" uyğun olmayan hərəkətlərinə məruz qalmağa davam edirəm. Öz növbəmdə xanımın bu hərəkətlərindən bu gün lazımı orqanlara şikayət edərək mənə verdiyi mənəvi zərərlə bağlı müraciətlər etmişəm. Məsələnin hüquqi müstəvidə həll olunmasına çalışıram. Sizə və Şirkətimizə yaratdığım bu narahatçılıq üçün çox məyusam. Bir daha bildirmək istəyirəm ki, xanımın yazdığı sözlərin heç bir hüquqi əsası yoxdur və məktubun məqsədi işgüzar nüfuzuma zərər verməkdir. Sizi belə xoşagəlməz hallarla qarşı-qarşıya qoyduğum üçün çox üzr istəyirəm. Şirkətimizin nüfuzu mənim üçün də çox dəyərlidir. Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlimdən gələni edəcəyəm” qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 26-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun xx.xx.1999-cu il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronika proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına əsasən, “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə Qərarda qeyd edilmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, “ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Məhkəmə bildirir ki, cavabdehin dövlət orqanına müraciət etməkdə məqsədi pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarının, habelə qanunla qorunan maraqlarının təmin olunmasına nail olmaqdan ibarət olmuşdur. Cavabdeh tərəfindən iddiaçının qanunsuz hesab etdiyi hərəkətləri barəsində edilmiş müraciəti və müraciətdə qeyd edilmiş faktların araşdırma zamanı öz təsdiqini tapmaması onlara istinad edən şəxsin mülki hüquqi məsuliyyətə cəlb edilməsinə əsas ola, həmçinin bu müraciətin əsassız olması iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilməməlidir, əks halda bu, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmək hüququndan onların məhrum edilməsi ilə nəticələnə bilər. Cavabdeh müraciət etmək hüququndan istifadə etməklə hüquq mühafizə orqanına müraciət etməsi halını iddiaçının işgüzar nüfuzunu zədələyən məlumatlar kimi qəbul edilməsini məhkəmə əsassız hesab edir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, Cavabdeh müvafiq hüquq mühafizə orqanlarına rəsmi qaydada müraciətlər etməklə İddiaçı şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatları kütləvi informasiya vasitələrində bu barədə bildirməklə, məlumat dərc etməklə və s. üsullarla yaymamışdır. Bu halın əksi barədə iddiaçı tərəfindən də hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, Cavabdeh müvafiq hüquq mühafizə orqanlarına etdiyi müraciətlərin iddiaçının işgüzar nüfuzunu zədələyən məlumat kimi qəbul edilməsi mümkün deyildir. Məhkəmə qeyd olunanlara əsasən iddia tələbinin 1-ci hissəsinə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, ona mənəvi zərər vurulması müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin 2-ci hissəsinə münasibətdə isə məhkəmə, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı iş yeri olan "xxxx" MMC-nin direktoruna ünvanlanmış ərizəsində öz təsdiqini tapmamış məlumatların qeyd olunmasını, həmin məlumatların onun iş yerinin rəhbərliyinə bildirilməsini İddiaçı işgüzar nüfuzunun ləkələnməsi, işgüzar nüfuzuna zərər vurulması kimi qiymətləndirir və hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh tərəfindən "xxxx" MMC-yə məktub göndərilməklə İddiaçı işgüzar nüfuzuna zərər vuran məlumatlar təkzib edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutmaqla hesab edir ki, iddia qismən təmin ediliməli, "xxxx" MMC-yə məktub göndərməklə İddiaçı barəsində yazılmış məlumatların təkzib edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-yə məktub göndərməklə İddiaçı barəsində yazılmış işgüzar nüfuza zərər vuran məlumatların təkzib edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3229/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3229/2024
18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver