Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3232/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə edilmiş, atasının aldığı mafioz boyunbağı 700 manat dəyərində, bibisi oğlunun aldığı üzük 300 manat dəyərində, cavabdehin anasının verdiyi bilərzik 500 manat dəyərində, cavabdehin dostunun verdiyi üzük 300 manat dəyərində, əlavə olaraq hədiyyə verilmiş üzük 1000 manat dəyərində qızıl-zinət əşyalarının, cehiz gətirdiyi soyuducu qonaq oytağında yerləşdirilmiş (1600 manat); qabyuyan balkonda (1000 manat); paltaryuyan (900 manat); ətçəkən (150 manat); tozsoran (300 manat); Qaşıq, çəngəl, bıçaq dəsti (çomadan) (200 manat); Qaşıq, çəngəl, bıçaq dəsti (narıncı rəng), bıçaq dəsti, kəfgir dəsti (yumru karobka), boşqab dəsti (48 ədədli), blender dəst, 3 dəst qutu qazan dəsti, şirəli qazan qapaqlı, ləyənlər (tas) 3 ədəd, 2 ədəd mətbəx dəsmalı, 3 dəst duz-istiot qabı, konfet qabı, madonna güldan, suvenirlər, mikser, samovar (65 manat), meyvə qabı xrustal (250) manat, güldan xrustal (500 manat), konfet qabı xrustal (350 manat), mürəbbə qabı xrustal (210 manat), külqabı xrustal (210 manat), kompot qabı xrustal (200 manat), bakal 12 ədəd xrustal (360 manat), rumka xrustal 12 ədəd (330 manat), versaci dəst 6 bokal. 6 rumka (60 manat), ləbləbi qabı xrustal (200 manat), 12 servis dəsti (450 manat), 12 stəkan xrustal (390 manat), 12 nəlbəki xrustal, 12 razetka xrustal, 12 dəst armudu stəkan nəlbəkili xrustal. padnos (80 manat), sok bokalı 6 ədəd rəngli (125 manat), şirniyyat qabı (2 ədəd), Yorğan 2 dəst, yastıq 2 dəst, blender tək, sokçəkən tək, ikinci paltaryuyan (500 manat), çaşka dəsti, həyətdə qaz balonu, yataq otağında iran peçi və orada olan bütün əşyalar, stol balkonda. 2 tok peçi. Yataq otağı kravat və 2 tumbaları, 1 lampa, paltar şkafı, güzgülü termo, uşaq çarpayısı, uşağın geyim əşyaları, 2 ədəd pərdə dəsti, yataq örtüsü (pakrval) çamadan (250 manat), sadə yataq örtüsü, 1 ədəd sintifon yorğan, döşək dəsti (200 manat ), paltar şkafında olan geyimlərinin, yataq dəst örtüləri, ayaqqabılar, uşaq döşəyi, uşaq geyimləri, başmaqlar, masa (stol) və 6 oturacaq (stul), televizor və altlığı (1000 manat), komot və 2 künc servantı, 2 çilçıraq (500 manat), 4 süfrə, 2 xalçanın cavabdehdən alınaraq ona verilməsi, əmlakların olmadığı halda dəyərinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə qurmuş və el adət ənənəsi ilə cavabdehin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmış, hazırda nikahları pozulmuşdur. Ailə quran zaman onun valideynləri tərəfindən ona hədiyyə olaraq cehiz əşyaları, mebel və məişət əşyaları verilmişdir. Bundan başqa toy hədiyyəsi olaraq ona qızıl-zinət əşyaları bağışlanmışdır. Cavabdehlə münasibətləri pisləşdiyi zaman sözügedən qızıl-zinət əşyaları və cehizləri həmin mənzildə qalmışdır. Cavabdehə və onun ailə üzvlərinə əmlakın geri qaytarılması ilə əlaqədar müraciət edən zaman ona həmin cehizləri verməkdən imtina etmişlər. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. Belə ki, tərəflər arasında nikah pozulmuşdur. İddiaçı tərəfin cehiz əşyaları və qızıl-zinət əşyaları cavabdehdə qalmışdır və hazırda onların geri qaytarılmasını tələb edirlər. Tərəflərin nə vaxt ailə həyatı qurması barədə məlumatı yoxdur. Nikah 1 il əvvəl pozulub. Nikahdan sonra Yasamal rayonu, 1-ci Alatava qəsəbəsində yaşayıblar. 1 ildir ki, nikah pozulsa da, cehiz əşyalarının iddiaçıya qaytarılmamasının səbəbi cavabdehin şərait yaradacağı, əşyaları sülh yolu ilə qaytaracağı barədə vədlər verməsi olmuşdur. Onlar bir müddət gözləmişlər. Lakin buna baxmayaraq, verilən vədlər yerinə yetirilmədi. Verilən məlumata görə cehiz əşyalarını götürməyə gedəndə evin yeni təmir olunmasına baxmayaraq döşəmədə cızıq var idi, bu da onu sübut edir ki, mebel əşyaları başqa yerə yerləşdirilmişdir. Başqa mənbədən aldıqları məlumata əsasən cehiz əşyaları cavabdehin dostunun evinə yerləşdirilmişdi. Bununla bağlı şahidlər də var. İddiaçı cavabdehdən cehiz əşyalarının qaytarılmasını tələb edib lakin tələb yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə prosesində iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, qarşı tərəfin iddiasını qismən qəbul edir. Qızıl əşyalarını alan adam iddiaçının atasının qohumudur. Onun yoldaşı ilə problemi olmayıb, anası ilə olub. İcra məmuru gələndə də bildirmişdir ki, boşanmaq istəmir. Qonaq otağı mebeli, soyuducu, paltaryuyan və qabyuyanı da iddiaçının atasının sağlığında onun Gürcüstanda müalicəsi ilə bağlı olaraq satmışlar. İcra məmuru evə gələrək aktlaşdırıb. Evdə qalan cehiz əşyalarının iddaçıya aid olduğunu qəbul edir və ona qaytarılmasına razıdır. Onlar əşyaların qaytarılması ilə bağlı ona müraciət etməyiblər. İcra məmuru və vəkil evə gələrkən o əşyaları apara biləcəklərini bildirmişdir. Əşyaların bir qismini – paltarları özünün iştirakı ilə aparıb. Məhkəmə prosesində iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun atasının dayısının nəvəsidir. Cavabdeh Bahar xanımla ailə həyatı qurandan sonra onu tanımışdır. O, sadəcə qızıl-zinət əşyaları ilə bağlı məlumat verə bilər. O, zərgərliklə bağlı Moskva univermağında işləmişdir. Ramil bəy və Bahar xanım hər ikisi öz qızıl-zinət əşyalarını satmaq üçün ona yaxınlaşmışlar. Qızılları satmaqlarının səbəbini soruşduqda Bahar xanım demişdir ki, atası xərçəng xəstəsidir və Gürcüstandadır. Ona görə də pul lazımdır. Hətta ona təəccüblü gəlmişdir ki, kürəkən qaynatasına görə aldığı qızıl-zinət əşyalarını satır. O, əşyalara qiymət qoymuş və bildirmişdir ki, onlar yenə də univermaq ərazisində bir neçə yerə yaxınlaşsınlar. Əgər kimsə daha çox qiymət qoyarsa, həmin şəxsə satarlar. Təxminən yarım saat keçəndən sonra yenidən ona yaxınlaşmış və demişlər ki, onun dediyi qiyməti verən olmamışdır. O da pulu vermiş və qızılları almışdır. Qızılların içində bir ədəd toy dəsti olmuşdur. İçərisində bir ədəd qolbaq, bir ədəd sırğa, bir ədəd üzük, bir ədəd sep və klon olmuşdur. Eyni zamanda bir ədəd əlavə bir üzük də olmuşdur. Bu hadisə təxminən 2 il əvvəl olub. Onun yanına gələndə onlar evli olmuşlar. O, onların toyunda da Bahar xanım tərəfdən qohum kimi iştirak etmişdir. Onlar hər zaman mehriban olmuşlar. Bahar xanımın atasının xəstə olduğunu və Gürcüstanda olduğunu da o, dəqiq bilir. Bahar xanımla Ramil bəy onun yanına gələndə ilk öncə Ramil bəy demişdir ki, İslam bəy Gürcüstandadır. Xəstəliyi ilə əlaqədar pul lazımdır. Hal-hazırda o həmin univermaqda işləmir. Daha öncə orada işləməyi ilə bağlı sənəd yoxdur, lakin şahidlər var ki, onun orada işlədiyini təsdiq edə bilərlər. Orada hər kəs qeyri-rəsmi işəyir. Qaimə faktura tərtib etmirlər. Heç kimdə qaimə fakturası yoxdur. Qızılları ya 5100 ya da 3100 manata almışdır. Lakin dəqiq xatırlamır. Qızılları satan zaman hər ikisi yanına gəlmişlər. Dəqiq hansı tarixdə olmasını xatırlamır. Onun atası ilə Baharın anası dayıqızı bibioğludurlar. Tərəflərlə heç bir ədavəti yoxdur. Məhkəmə prosesində iştirak edən Şahid ifadəsində bildirmişdir ki, Bahar xanım onun dostunun qızıdır. Ramil bəyi də onlar ailə həyatı qurandan sonra tanımışlar. Toy ərəfəsində o, İslama 6000 manat pul vermişdir. Ona demişdir ki, qızına mebel almalıdır. O, pulu İslama vermiş və o isə pulu toydan sonra ona qaytaracağını bildirmişdir. Toy oldu, bir müddət keçdi. Sonra İslam ona demişdir ki, İslamın yoldaşı Kifayət toyun axırında pulu götürdü. İslam ona demişdi ki, toyu edək, bitirək, sonra o pulu ona qaytarar. Uzun müddət keçəndən sonra İslam pulu ona qaytarmışdır. İslam pulu ondan toydan 1 həftə qabaq almışdır. Toyun olduğu tarix yadında deyil. Həmin toyda o da iştirak etmişdir. Təxminən 2 il əvvəl toy olmuşdu. Toy pandemiyanın başlamasından əvvəl olmuşdu. Artıq xəstələndikdən sonra İslam torpağı ilə bağlı ona etibarnamə vermişdi. Xəstəliyi üzə çıxandan sonra ona pul lazım oldu. Torpağı almaq istəyənlər ona müraciət edirdilər. O, əlaqə saxlamış və onlar özləri İslamla qiymət barəsində razılığa gəlmişlər. Həmin dövrdə İslam ağır xəstə idi. O, özü qiymətlə bağlı 21500 manata razılığa gəldi. İslamda qaraciyər serrozu olmuşdur. Müalicə üçün onu Tiflisə aparmışdılar. Onlar demişlər ki, getmə, Gəncədə bir həkim var, o baxsın. Yoldaşı isə dedi ki, getməlidir. İslam gedən günü qardaşına zəng etmiş və qardaşı gəlib onun maşınını sürüb getmişdir. İslamın qardaşına o, 5000-6000 manat pul vermiş, lakin demişdir ki, 2000 manatı saxla özündə, lazım olarsa, verərsən. Sonra qardaşı həmin pulu da İslama vermişdir. Pulun bir qismini verməməsini ona görə demişdir ki, pulun hamısı İslamın yoldaşının əlinə çatmasın. Yoldaşı pul yığırdı ki, İslamı aparıb əməliyyat etdirsin, halbuki həkimlər deyirdilər ki, onun qaraciyərinə toxunmaq olmaz, artıq gecdir. 2 il sağ qala bilər ancaq. Qardaşı onun yanında yaşadığına görə pulu ona vermişdi və demişdir ki, əgər İslam özü ona desə, pulu ona verərsən. O, İslamın yoldaşına etibar etməmişdir. Çünki onlar onun evində yaşayıblar. O, ona demişdir ki, onun oğlu evlənməlidir, onun evini boşaltsınlar. O evə İslam və o, qeydiyyatda olmuşlar. Onlar İslamla bir yerdə işləmişlər. Yoldaşı isə hər yerdə demişdir ki, ev onlarındır. İslamın adına o, maşın da almışdır. Xəstələnəndə o, sənədlərini göndərmişdir ki, ona notariusda vərəsə versinlər. Bu zaman hələ İslam əməliyyata getməmişdi. İslam ona demişdir ki, hər şeyə ona vərəsə vermişdir, maşını onun adından çıxartsın, çünki o əməliyyata gedir. Həm də dedi ki, onun orada 11000 manat pulu var. Əgər pulun hamısı ödənilərsə, etibarnaməni cırarsan. Sonra o, dostu Şükürdən soruşdu ki, gör o pulu çatdırıblarmı. Şükür də ona dedi ki, İslamın yoldaşı ona deyir ki, o pulu Ramil alıb. O, da demişdir ki, onda o etibarnaməni cırır, ona lazım deyil. İslamın yoldaşından şübhələnir. Ola bilsin ki, heç pulu yığıb müalicəsinə belə verməyib. Axırda hər kəs yığıldı və 25000 manat pul çatdırıldı. İslamın qızı ona heç bir kömək etməmişdi. Ola bilməz ki, qızı ona kömək etsin. Qızı işləmirdi, ona necə kömək edə bilərdi. Ramilin İslama kömək edib-etmədiyini bilmir. Digər şahidi isə tanımır. Eşitdiyinə görə xəstəliklə bağlı İslamın 25000 manat xərci çıxıb. İslamın qohumlarının yardımı sayəsində o pul yığılmışdı. Hətta onun bir qohumu Rusiyadan ona pul göndərmişdi. 5000 manat da o, vermişdir. Ona qızı tərəfindən dəstək olunduğunu o, bilmir. Bu barədə heç nə deyə bilməz. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, bu əmlaklar: İddiaçıya məxsus yataq otağında kravat və 2 tumbaları, 1 lampa, paltar şkafı, uşaq çarpayısı, 2 ədəd pərdə dəsti, yataq örtüsü (pakrval) çamadan, sadə yataq örtüsü, 1 ədəd sintifon yorğan-döşək dəsti, 5 dəst yataq dəst örtüləri, 1 ədəd uşaq döşəyi, 2 ədəd çilçıraq, 4 ədəd süfrə, 2 ədəd xalça, 2 ədəd mətbəx dəsmalı, 2 dəst yorğan, 2 dəst yastıq, 1 ədəd tozsoran, qaşıq-çəngəl-bıçaq dəsti (narıncı rəng), boşqab dəsti (48 ədədli), 2 qutu dəst qazan dəsti, şirəli qazan qapaqlı, ləyənlər (tas) 3 ədəd, 2 dəst duz-istiot qabı, 6 ədəd konfet qabı, 1 ədəd madonna güldan, suvenirlər, 1 ədəd blendr (başlıqlarsız), 1 ədəd meyvə qabı xrustal, 1 ədəd xrustal güldan, 2 ədəd mürəbbə qabı xrustal, 1 ədəd külqabı xrustal, kompot qabı xrustal, bakal 12 ədəd xrustal, rumka xrustal 12 ədəd , versaci dəst 6 bokal - 5 rumka, 1 ədəd ləbləbi qabı xrustal, 12 nəfərlik servis dəsti, 12 stəkan xrustal, 12 nəlbəki xrustal, 12 razetka xrustal, 12 ədəd armudu stəkan nəlbəkili xrustal, padnos, 6 ədəd sok bokalı rəngli, 2 ədəd şirniyyat qabı, çaşka dəsti, 1 ədəd həyətdə qaz balonu ünvan 2 ünvanında aşkar edilmiş, borclu Cavabdeh tələbkara məxsus paltarlar, ayaqqabılar, uşaq paltarları və saç fenini tələbkara təhvil vermişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus yataq otağında kravat və 2 tumbaları, 1 lampa, paltar şkafı, uşaq çarpayısı, 2 ədəd pərdə dəsti, yataq örtüsü (pakrval) çamadan, sadə yataq örtüsü, 1 ədəd sintifon yorğan-döşək dəsti, 5 dəst yataq dəst örtüləri, 1 ədəd uşaq döşəyi, 2 ədəd çilçıraq, 4 ədəd süfrə, 2 ədəd xalça, 2 ədəd mətbəx dəsmalı, 2 dəst yorğan, 2 dəst yastıq, 1 ədəd tozsoran, qaşıq-çəngəl-bıçaq dəsti (narıncı rəng), boşqab dəsti (48 ədədli), 2 qutu dəst qazan dəsti, şirəli qazan qapaqlı, ləyənlər (tas) 3 ədəd, 2 dəst duz-istiot qabı, 6 ədəd konfet qabı, 1 ədəd madonna güldan, suvenirlər, 1 ədəd blendr (başlıqlarsız), 1 ədəd meyvə qabı xrustal, 1 ədəd xrustal güldan, 2 ədəd mürəbbə qabı xrustal, 1 ədəd külqabı xrustal, kompot qabı xrustal, bakal 12 ədəd xrustal, rumka xrustal 12 ədəd , versaci dəst 6 bokal - 5 rumka, 1 ədəd ləbləbi qabı xrustal, 12 nəfərlik servis dəsti, 12 stəkan xrustal, 12 nəlbəki xrustal, 12 razetka xrustal, 12 ədəd armudu stəkan nəlbəkili xrustal, padnos, 6 ədəd sok bokalı rəngli, 2 ədəd şirniyyat qabı, çaşka dəsti, 1 ədəd həyətdə qaz balonu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan göründüyü kimi Cavabdeh tələbkara məxsus paltarlar, ayaqqabılar, uşaq paltarları və saç fenini tələbkara təhvil vermişdir. Məhkəmə yuxarıda qeyd edilən əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi üzrə qeyd edir ki, həmin əşyalar aktla iddiaçıya qaytarıldığından iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı özünə məxsus olan iddia ərizəsində göstərilən əşyalarını cavabdehdən geri tələb etdiyi üçün həmin əşyaların həqiqətən də hazırda cavabdehin qanunsuz sahibliyində olması xüsusatlarını sübut etməlidir. Lakin iddiaçı iddianın əsası kimi istinad etdiyi göstərilən əşyaların cavabdehə məxsus evdə yerləşdiyini sübut edəcək əsaslı bir dəlil məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçıya məxsus yataq otağında kravat və 2 tumbaları, 1 lampa, paltar şkafı, uşaq çarpayısı, 2 ədəd pərdə dəsti, yataq örtüsü (pakrval) çamadan, sadə yataq örtüsü, 1 ədəd sintifon yorğan-döşək dəsti, 5 dəst yataq dəst örtüləri, 1 ədəd uşaq döşəyi, 2 ədəd çilçıraq, 4 ədəd süfrə, 2 ədəd xalça, 2 ədəd mətbəx dəsmalı, 2 dəst yorğan, 2 dəst yastıq, 1 ədəd tozsoran, qaşıq-çəngəl-bıçaq dəsti (narıncı rəng), boşqab dəsti (48 ədədli), 2 qutu dəst qazan dəsti, şirəli qazan qapaqlı, ləyənlər (tas) 3 ədəd, 2 dəst duz-istiot qabı, 6 ədəd konfet qabı, 1 ədəd madonna güldan, suvenirlər, 1 ədəd blendr (başlıqlarsız), 1 ədəd meyvə qabı xrustal, 1 ədəd xrustal güldan, 2 ədəd mürəbbə qabı xrustal, 1 ədəd külqabı xrustal, kompot qabı xrustal, bakal 12 ədəd xrustal, rumka xrustal 12 ədəd , versaci dəst 6 bokal - 5 rumka, 1 ədəd ləbləbi qabı xrustal, 12 nəfərlik servis dəsti, 12 stəkan xrustal, 12 nəlbəki xrustal, 12 razetka xrustal, 12 ədəd armudu stəkan nəlbəkili xrustal, padnos, 6 ədəd sok bokalı rəngli, 2 ədəd şirniyyat qabı, çaşka dəsti, 1 ədəd həyətdə qaz balonu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3232/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3232/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver