Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3236/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yanında yaşayan 22 mart 2007-ci il təvəllüdlü X6 müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısının Cavabdeh onun xeyrinə alınaraq verilməsi və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan 22 mart 2007-ci il təvəllüdlü X13 adlı uşağı vardır. Nikahları məhkəmə qaydasında pozulmuşdur, nikahlarınıın pozulması 05 iyul 2008-ci il tarixli 213 saylı qeydlə Yasamal rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır. Hazırda onlar ayrı yaşayırlar. Uşağı anadangəlmə xəstədir. “Qulluq və müalicə tələb edən ciddə davranış pozuntusu. Baş beyninüzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan ağır ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) daim kənar şəxsin himayəsinə ehtiyacı var. İQ-20 MMSE-10. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Müddətsiz” diaqnozu qoyularaq birinci dərəcəli əlillik təyin edilmişdir. Uşağı onun yanında yaşayır. Cavabdeh uşağın saxlanılmasına hər hansı köməklik göstərmir, uşağı çətinliklə olsa da, təkbaşına saxlayır. Uşağının müalicə xərcləri və qulluğu çox vəsait tələb edir. Təkbaşına həmin xərcləri qarşılaya bilmir. O, aralarındakı mübahisə könüllü həll etmək üçün Cavabdehla əlaqə yaratmaq istəsə də, o, onunla əlaqədən qaçır. Mediasiya şurasına müraciət etsə də, Cavabdeh üzrsüz səbəbdən mediasiya sessiayasında iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 2007-ci il təvəllüdlü X2, müalicəsi və digər xərclərinə aid ayda 700 manat Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh 05 iyun 2025-ci il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı ona qarşı Yasamal rayon Məhkəməsinə iddia ilə müraciət edərək, birgə nikahdan doğulmuş 22 mart 2007-ci il təvəllüdlü X1 üçün çəkilmiş xərclərin yarısının, eləcə də 100 (bir yüz) manat məbləğində rüsumun məndən tutularaq ona verilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərib ki, adıçəkilən uşağın saxlanılması üçün o, hər hansı bir köməklik göstərmir və əlavə xərclərin yarısının könüllü surətdə ödəməkdən imtina edir. Bununla yanaşı, onunla əlaqə yaratmaq istəsə də, o, bu tip əlaqələrdən qaçır və mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də məsələnin həllini məhkəməsiz qaçılmaz hesab etmişdir. Məlumat üçün bildirmişdir ki, birgə nikahdan olan Hüseyn Fərid oğlunun saxlanılması üçün 2008-ci ildən 2025-ci ilin aprel ayınadək dövlət məvaciblərimdən (əməkhaqqı və əlavələrdən) qanunvericiliyə uyğun olaraq 53 947 (əlli üç min doqquz yüz qırx yeddi) manat məbləğində aliment tutulmuşdur. Aliment öhdəliyini tam şəkildə və vaxtında yerinə yetirmişdir. Hal-hazırda ilk uşağı - X11 yetkinlik yaşına çatmış olsa da, 1-ci dərəcə əlilliyi olduğu üçün səhhəti ilə əlaqədar çəkilmiş xərclərin yarısının əvvəlki dövrlərdə deyil, məhz aliment öhdəliyi bitdikdən sonra tələb edilməsi müəyyən suallar yaratmaqla yanaşı, mövcud vəziyyətdə bu kimi tələb maliyyə imkanlarını aşır və əsassız hesab edir. Hazırki dövrdə onun himayəsində ikinci nikahdan iki azyaşlı (xx.xx.2013-cü il təvəllüdlü X19 və xx.xx.2024-cü il təvəllüdlü X10) övladları da var. Onlardan biri - on iki yaşlı X19 uşaqlıqdan epilepsiya xəstəliyindən müalicə alır və görmə zəifliyi olan xəstə uşaqdır. Digər övladı - altı aylıq X10 isə böyrək əməliyyatı keçirmiş və hal-hazırda da müalicəsi davam etdirilən körpədir. Ailəsinin əsas təminatçısı olaraq azyaşlı uşaqlarının saxlanılmasına, müalicələrinə və gündəlik xərclərinə ciddi vəsait ayırmalı olur. Bununla bağlı müxtəlif banklardan müalicə məqsədilə ayrı-ayrı məbləğlərdə kreditlər götürmüş və aylıq ödənişlər həyata keçirir. Əmək haqqısı faktiki olaraq ailə xərclərini tam qarşılamır və əlavə gəliri də yoxdur. Banklardan əldə etdiyi kreditlər azyaşlı və xəstə uşaqlarının müalicəsi, qulluq və baxımı ilə birbaşa əlaqəlidir. İddiaçı - İddiaçı birgə olan uşağının saxlanılmasında hər hansı köməklik göstərməməkdə və aralarındakı mübahisəni könüllü həll etmək üçün əlaqələrdən qaçmaqda, mediasiya sessiyasında iştirak etməməkdə onu ittiham edir. O, və İddiaçı 2003-cü ildən 2025-ci ilin əvvəllərinədək eyni qurumda (inzibati binada) çalışmışlar. Sonuncunun dövlət sektorunda daimi işlə təmin olunmağı, hər ay kifayət qədər məbləğdə dövlət məvacibi almağı və uşağın 1-ci dərəcə əlilliyi ilə əlaqədar pensiya almağı, eləcə də 18 il ərzində aliment ödənişlərini etməyi nəzərə alınmaqla, iddiaçının maddi şəraiti ilə bağlı ərizədə qeyd etdikləri həqiqəti əks etdirmir və əsassız olduğunu hesab edir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 98 saylı Qərarının 5-ci hissəsinə əsasən, mükafatlardan alimet tutulmadığı müəyyən edildiyi halda, aliment öhdəliyində həmin hissə nəzərə alınmamış və bununla da aliment tutulmuşdur (əlavə olunur). Bununla yanaşı, qanunvericilikdə ikinci nikahdan uşağın (və ya uşaqların) anadan olması ilə əlaqədar alimentin məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulsa da, sözügedən hüquqlarından istifadə etməmişdir. Mövcud vəziyyətimi nəzərə alaraq, növbəti dövrlərdə hər ay mütəmadi olaraq uşağı X1 üçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində aliment ödəməkdən imtina etmir. Hesab edir ki, qeyd edilənlər və təqdim olunan arqumentlər məhkəmədə ciddi əsas kimi qəbul oluna bilər. İddiaçının daha əvvəllər çəkilmiş xərclərlə bağlı iddia irəli sürməsi əsassızdır, mövcud vəziyyətdə təmin edilə bilməz. Bu baxımdan əvvəlki dövrlərdə aliment öhdəliyini yerinə yetirdiyini nəzərə alaraq, iddiaçının ötən illərdə X1 üçün çəkilən xərclərlə bağlı tələbinə etiraz edir. Ailə və real maddi vəziyyətini, digər azyaşlı övladlarının saxlanılması üçün ehtiyaclarını, eləcə də qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiası əsassız olduğundan, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərmişdir ki, övladı 1-ci qrup əlildir və 470 manat pensiya alır. Cavabdeh indiyədək yalnız alimentin ödənilməsində iştirak edib, uşağa başqa heç bir yardım göstərməmişdir. Uşağın xəstəliyi ilə əlaqədar onu dəfələrlə xarici ölkəyə aparmış və bütün xərci özü çəkmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, yenidən ailə həyatı qurmuş və həmin nikahdan iki uşağı anadan olmuşdur. Onun övladı ilə olan görüşünə iddiaçı tərəfindən müxtəlif maneələr yaradılmışdır. Üstəlik ikinci nikahından olan hər iki övladının da səhhətində ciddi problemlər var. Lakin təbii ki, anlayır ki, 22 mart 2007-ci il təvəllüdlü X13 da övladıdır və o da xəstəlikdən əziyyət çəkir. Lakin hazırki maddi vəziyyətini, himayəsində olan uşaqların da səhhətini nəzərə alaraq, 22 mart 2007-ci il təvəllüdlü X1 üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş AZ-İİ 089291 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22 mart 2007-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1615/08 saylı, 30 may 2008-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan 09 iyun 2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah qeydiyyatının pozulması, boşanma haqqında şəhadətnamə verilərkən Cavabdeh 11 (on bir) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, İddiaçı bu rüsumdan azad edilməsi, 22 mart 2007-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanması, Cavabdeh 22 mart 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 aprel 2008-ci il tarixdən etibarən hər ay aylıq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş AZ-İ 080907 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 05 iyul 2008-ci il tarixdə 213 nömrəli akt qeydi ilə ləğv edilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-nın müayinə olunan şəxs üzrə məlumatından görünür ki, X7 müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnozu baş beynin üzvi xəstəliyi nəticəsində yaranan ağır ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) daim kənar şəxsin himayəsinə ehtiyac var. İQ-20 MMSE-10. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Cavabdeh ünvanladığı 30 may 2025-ci il tarixli məktubuna əsasən o, Komitənin aparatında işlədiyi dövr ərzində əmək haqqı və digər gəlirlərindən aliment tutularaq İddiaçı hesabına köçürülmüşdür. Alimentin ümumi məbləği 53947,71 manat təşkil etmişdir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ-İ 620050 saylı, xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 06 noyabr 2010-cu il tarixdə nikah bağlanmış və həmin nikah 1432 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. - Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ-İİİ 171711 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 27 avqust 2013-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. - 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ-V 076067 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 noyabr 2024-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. - X18 01 iyun 2019-cu il tarixli arayışına əsasən 27 avqust 2013-cü il təvəllüdlü X16 epilepsiya diaqnozu qoyulmuşdur. - “X22” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli epikriza əsasən xx.xx.2024-cü il təvəllüdlü X8 ləyən-sidik axarı birləşməsinin obstruksiyası ilə gedən hidronefroz, pülüyün artıq olması, fimoz və parafimoz diaqnozu qoyulmuşdur. AZEMİS-dən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində dövlət qulluqçusu-aparıcı məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 2152 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasında dövlət qulluqçusu- məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 3040 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2007ci il təvəllüdlü X13 anadan olmuş, tərəflər arasında olan nikah 2008-ci il tarixdə pozulmuşdur. xx.xx.2007-ci il təvəllüdlü X9 baş beynin üzvi xəstəliyi nəticəsində yaranan ağır ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) daim kənar şəxsin himayəsinə ehtiyac var. İQ-20 MMSE-10. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları dianozu qoyulmuşdur. Cavabdeh 2010-cu ildə yebidən nikaha daxil olmuş, həmin nikahdan iki uşaqları var, uşaqlar yetkinlik yaşına çatmamışlar və hər iki uşağın səhhətində problemləri var. Hazırda ididaçı İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X3 üçün 700 manat məbləğində aliment tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, hər ay 250 manat məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunur ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Ailə Məcəlləsinin 80.2-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhkəmə, xx.xx.2007-ci il təvəllüdlü X6 hal-hazırki sağlamlıq durumunu, xüsusi qulluğa ehtiyacı olmasını, ona dövlət tərəfindən verilən müavinətin məbləğini, eyni zamanda iddiaçı və caavbdehin maddi vəziyyətini (əmək haqqı gəlirlərinin məbləğini), eləcə də cavabdehin yenidən nikaha daxil olub himayəsində iki övladının olmasını, hər iki uşağın səhhətində problemlərin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 250 (iki əlli) manat sabit pul məbləğində aliment tutulması ağlabatandır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. X15 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən hesablanmalı və dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məhkəmə məsrəfinin (50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu) 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, məhkəmə məsrəfi digər hissədə İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məhkəmə məsrəfinin (50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu) 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, məhkəmə məsrəfi digər hissədə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3236/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3236/2025
13.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver